Yan
22
Fars dilindən çevirəni: Məsiağa Məhəmmədi
Məşhur amerikan-ingilis şairi T.S.Eliot 1921-ci ildə bir neçə həftə istirahət etmək və əsəblərinə dinclik vermək üçün Lozannaya getmiş, o sakit guşədə XX əsrin ən gözəl və eyni zamanda ən bədbin əsərlərindən biri olan «İtirilmiş torpaq» (1) poemasını yazmışdı. Əksər Qərb tənqidçiləri bu poemanı şah əsər sayır və onun barəsində yazdıqları şərh və təhlillərdə əsərin çox mürəkkəb və mükəmməl bir struktura malik olduğunu qeyd edirlər. Onlar həmçinin «İtirilmiş torpağ»ın oxucuya çatana qədər (yəni 1922-ci ildə ilk dəfə çap olunmazdan qabaq) ciddi və əsaslı redaktəyə məruz qalmış əsərlərin bir nümunəsi olduğunu göstərirlər. Deyirlər, bu poema əslində 800 misra imiş və Eliot səfərdən qayıtdıqdan sonra onu öz rəyini bildirmək üçün dostu Ezra Paunda vermişdi. Paund əsərin təqribən 400 misrasını, yəni yarısını lazımsız saymış və heç bir mərhəmət göstərmədən artıq misralar kimi onların üstündən xətt çəkmişdi. Davamı…
Yan
22
Yanvarın 21-də gecə saatlarında SSRİ xalq artisti Lütfiyar İmanov vəfat edib. APA-nın məlumatına görə, xalq artisti 79 yaşında dünyasını dəyişib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, mərhumla vida mərasimi bu gün saat 13:00-dan 15:00-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Davamı…
Yan
22
Kultaz: Bu günlərdə Türkiyənin «Ufuk Ötesi Yayınları» nəşriyyatında Azərbaycan yazıçılarının əsərlərindən ibarət «Dört dörtlük» kitabı işıq üzü görüb. Kitabda 1980-90 –cı illər Azərbaycan prozasını təmsil edən nasirlərdən Əlabbas, Aslan Quliyev, Nəriman Əbdülrəhmanlı, Uğurlu Fəxrinin hekayə və povestləri daxil edilib. Bunlar Azərbaycan oxucusuna da yaxşı tanış olan «Mərənd ölüsü», «Gəlin», «Gözəl» (Əlabbas), Davamı…
Yan
22
Şair ruhu, qadağan saatı
Hər yanda qadağan saatı,
Yaz, Allah amanatı!
İcazə vərəqəsiz doğulan misralarım
Qanunsuz doğulan bir uşaq.
Uzaq, uzaq,
Hərbi komendantın,
Patrul əsgərlərin gözündən uzaq! Davamı…