Qaynar xəbər portalı

Kitab dünyası


Fevralın 2-də “Eurovision-2008” müsabiqəsində Azərbaycanın təmsilçisi müəyyənləşəcək. Yarışmada Azərbaycanı təmsil etmək uğrunda “Unformal” rok qrupu, müğənni Aynur İsgəndərli və Elnur Hüseynov mübarizə aparır. Namizədlərin dosyesi ilə tanış olun.

“Unformal” rok qrupu

Uniformal rok qrupuİki qız (Delya – vokal, Fəridə – bas) və üç oğlandan (Luper və Rüstəm – gitara ifaçısı, Yevgeniy – bayançı) ibarət qrup 2001-ci ilin oktyabrında B.İ.C. Prodüser Mərkəzi tərəfindən təşkil olunan “Azerbaijan Rock Award Competition” mükafatının təqdimetmə mərasimində ilin ən yaxşı qrupu elan edilərək “Qızıl Aypara” mükafatına layiq görülüb. Həmin tədbirdə qrup debütünü elan edib. “Unformal” qrupu 2003-cü ildə Gürcüstanda keçirilən festivalda iştirak edib və daha sonra Azərbaycanda qastrollara başlayıb. Həmin il Heydər Əliyev adına Sarayda konsert verən qrup 2004-2005-ci illərdə 11 festivalda iştirak edib. 2006-cı ilin oktyabrında tərkibi yenilənən “Unformal” qrupu solo konsert verib. Qrupun Hard rokdan alternativ musiqiyə keçidi isə səs-küyə səbəb olub. Musiqi qrupunun “İlk Sui-qəsd” konserti ilə çıxışı ukraynalı məşhur prodüser Vitaliy Klimov tərəfindən yüksək qiymətləndirilib. V. Klimov “Unformal” qrupu ilə müqavilə imzalayıb. Qrup Serb musiqiçisi, “Ocean Elzi” qrupunun pianoçusu Miloş Yeliçin rəhbərlik etdiyi Kiyevin Filarmonik Orkestri ilə “Sonsuz Yol” yeni sinqlini yazdırıb. Həmin mahnı “Unformal” qrupunun “Sirat Körpüsü” filmi (direktor Samir Kərim oğlu) üçün yazdığı saundtrekinin bir parçası hesab olunur. Hazırda “Unformal” qrupu səs rejissoru Vitaliy Telezinin iştirakı ilə Kiyevdə Ukrayna səsyazma studiyasında ilk albomunu yazdırır. 2007-ci ilin martında “Unformal” qrupu “Sonsuz Yol” (direktor Samir Kərim oğlu) mahnısı üçün klip çəkdirib. Mahnı 2007-ci ilin avqustunda Ukraynanın M1 televiziya kanalının “Top onluq”unda üst sıralarda yer tutub.

Aynur İsgəndərli

Aynur İsgəndərli1987-ci il avqustun 20-də Bakıda musiqiçi ailəsində anadan olan A. İsgəndərli 1994-2005-ci illərdə 5 saylı ümumtəhsil məktəbində və 16 saylı 5 illik musiqi məktəbində fortepiano sinfində təhsil alıb. 7 yaşında “Hər birimiz bir çiçək” televiziya verilişinin solisti olub. Məktəb yaşlarından “Şərq ulduzları” Uşaq Vokal Ansamblının tərkibində konsertlərlə çıxış edib. 2004-cü ildə “Azəri-star” tele-layihəsində iştirak edib və həmin müsabiqədə III yeri qazanıb. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada – vokal oxuma fakültəsinə daxil olub. Həmin il “8-ci Beynəlxalq Asiya Festivalında” iştirak edərək “Gələcəyin ən perspektivli müğənnisi” nominasiyasını qazanıb. Hazırda 3-cü kurs tələbəsidir, Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Aypara” qrupunun solistidir.

Elnur Hüseynov:

Elnur Hüseynov1987-ci il martın 3-də Türkmənistanın Aşqabad şəhərində hərbiçi ailəsində anadan olub. Anası musiqi nəzəriyyəçisi olan E. Hüseynov fortepiano sinfində təhsil alıb. O, 1999-cu ildə Bakıya gəlib, 2000-ci ildə Tibb Texnikumunda diş texniki fakültəsinə, 2001-ci ildə isə Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olub. Bir müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib. 2003-cü ildə “Sing your Song” tele-layihəsində “Qran-pri” mükafatına layiq görülüb. 2004-cü ildə məktəbi bitirdikdən sonra stilist-bərbər peşəsini öyrənib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında kapella hazırlayıb. Kilsə xorunda da çalışan E.Hüseynov Sevda Məmmədovadan və Fidan Hacıyevadan sonra indi də Rəşad Həşimovdan dərs alır.// APA
 






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, Yanvar 23rd, 2008 tarixində 20:54 radələrində Musiqi bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

3 şərh var


  1. Emin adlı istifadəçi, Yanvar 26, 2008 tarixində, saat 04:43 yazıb:

  2. aishen aliyeva adlı istifadəçi, Yanvar 27, 2008 tarixində, saat 12:54 yazıb:

    men de ele dushunurem!


  3. A.Uğur Olgar adlı istifadəçi, Fevral 2, 2008 tarixində, saat 15:30 yazıb:

    Üç iştiraqçıya da başarılar dileyirem. Hansısı leiqse o temsil eylesin Azerbaycan’ımızı.. Mahnılarda Azeri yerel motifler de olarsa mence daha yaxşidir. Beleliqle Azerbaycan hamı dünyada daha yaxşi tanıdılmış olar. Şenbe axşamı Itv başında olmaq üzere, helelik.

    A.Uğur Olgar
    http://azerbaycan994.sitemynet.com

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: