Türkmənistanda sirk, balet və opera ölkənin mədəni həyatına qaytarıldı
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Ocak, 2008Kultaz: Türkmənistan öz yaxın keçmişindən son dərəcə ehtiyatla ayrılmaqdadır.
“Die Presse” nəşrinin Türkmənistandan verdiyi xəbərə istinadən, prezident Berdımühəmmədov opera, balet və sirkin yenidən ölkənin mədəni həyatına qayıtmasına izin vermişdir. Bəllidir ki, onun sələfi böyük Türkmənbaşı bu sənət janrlarını “türkmən ruhuna yad” elan etmişdi. Təsəvvür edək ki, bu gün 800 minə yaxın əhalisi olan paytaxt Aşqabatda bir kinoteatr belə yoxdur, lakin prezident bu məsələnin də yoluna qoyulacağını vəd etmişdir. Qərb müşahidəçiləri bütün bunları ölkənin dünyaya açılacağına işarə kimi görürlər.
Bundan başqa, Aşqabatda artıq bir neçə internet-kafe açılmışdır, yeni prezident ölkəyə turistlərin cəlb edilməsinin lüzumunu başa düşür. Tarixi və arxeoloji abidələrdə bu məqsədlə restavrasiya işlərinin görüldüyü barədə xəbərlər verilir.





Yüklənir...