Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı İslam Rzayev bu gecə 69 yaşında vəfat edib. Xanəndənin müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinin həkimi Vüqar Ömərli APA-ya açıqlamasında xəbəri təsdiqləyib: “Xəstə ürək-damar, böyrək çatışmazlığından əziyyət çəkirdi. Həkimlərin səyinə baxmayaraq, İslam Rzayevi komadan çıxartmaq mümkün olmayıb”.
Qeyd edək ki, görkəmli muğam ifaçısı İslam Rzayev yanvarın 18-də ürək-damar və tənəffüs çatışmazlığı, şəkərli diabet diaqnozu ilə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
« Güney Azərbaycan yazıçısı sürgün cəzasına məhkum edilib | Əsas səhifə | “Contempo” ansamblının Türkiyədəki festivalda çıxışı baş tutdu »




Bölmə: 








