Qaynar xəbər portalı

Kitab dünyası


   Pişəvəri hökumətinin sonuncu naziri 90 yaşında Bakıda qızı ilə birgə vəhşicəsinə qətlə yetirildi…
  
   Nikolaydanqalma köhnə Bakı…
   Önündə
   Nuhun yadigarı tut ağacı…   
   O tut
   arxasındakı yeni tarixdən özünü
   ancaq bir baş uca bilmiş,
   göylərə ancaq
   bir azacıq uça bilmiş,
   o tutu ancaq
   sərxoşlar qucaqlaya bilmiş
   “Kleopatra” barından çıxdıqdan,
   bir dəfə yıxıldıqdan
   sonra.
  
   O tut səni əvvəlcə aldadacaq,
   özünü cənnət ağacına oxşadacaq,
   sonra səni ayıldacaq
   ayaqların altında qalmış
   it-pişik nəcisini
   qəfildən gördüyün zaman…
   Avara “Jiquli”lərin zəif işığıyla
   nura boyanan
   kirli divarlardan
   sənin kölgəndir
   bütün bu oğraşlıqlara baxan…
   
   həmin bu an
   divar dibinə sığınıb
   limon satan
   Lənkəran arvadlarına baxıb
   fikirləşəcəksən:
   “Sarı limonlar Lənkərandamı,
   ağacdamı,
   yoxsa dilənçi kökünə düşmüş
   millətin ovcundamı bitir?”
  
   Ya İmam sahib əz-zaman
   özünü bizə yetir!
  
   Nəfəsim, inan, kəsilir…
   Bütün sallaqxanalardan axan
   nahaq qanlar,
   yan ötmək
   istəmir
   məndən…
  
   * * *
   Bu mənzərələr içində
   Pişəvərinin taleyi
   hələ də yaşayarmış…
   Onun 90 yaşlı sonuncu naziri
   İsmayıl Şəms də
   2-ci Albalı bağlar sahəsində
   KQB ruhlarının əhatəsində
   2008-də qətlə yetirildi…
  
   1947-ci il yenidən dirildi…
  
   Eh, Pişəvəri,
   sənin ruhunu sonuncu dəfə
   öldürdü
   maştağalı bir avara usta…
   Bəli, səni öldürmüşdü
   İngilis, amerikalı,
   Kremldəki rus da!!!
   ələlxüsus da
   yol kənarında bitən bir tikan kolu…
  
   1947-də sürücü nişan götürdü onu,
   dəyişdi düz yolunu…
   Yadımda saxlamışam 1947-ci ilin
   bu ilk avtoşunu!!!
   Seyrək saçına sığal çəkən oğraş
   Bakının ilk
   realiti-şousunu…
  
   Hə, bizdən də yaxşı görürdü
   bu qətli,
   cinayəti, həqiqəti,
   KQB-çi Nuru Qasanoviçin
   sifətindəki artıq əti
   avtosalondakı əyri güzgü,
   Moskvadakı qəlyanlı gürcü…
   Yevlax çöllərində diksinən sarı tülkü…
  
   Tanımadığımız bir özümüzkü…
  
   Ancaq Pişəvərinin gücü
   2008-ə qədər yaşayırmış
   2-ci Albalı bağlar səhəsində,
   588 saylı bağ evində…
  
   İsmayıl Şəmsin başına dəyən
   kəsici o küt alətdə
   Allahım, tarixin sirri varmış…
   Bunamı görə sən Şəms,
   müqəddəs “Avesta”nı atam Qafar
   Kəndli ilə birgə
   cümlə-cümlə dilimizə çevirirdin?
  
   Eh, Pişəvərinin sonuncu naziri, varisi,
   sən də
   qətlə yetirildin…
   Küçədəki neon işıqlarından
   kasıb komanın halal payını
   istəmədin…
   Polis deyir ki, cibindəki kibritin
   son çöpünü
   hələ ki işlətməmişdin…
   Taxçandakı almaların birini də
   götürüb dişləməmişdin…
  
   Allah cəzanızı versin…
   Bana gələn sizə gəlsin,
   Dünya sizə kahr etsin
   yar…yar…yar…
  
   Xəzərə bir qaşıq bulanıq su axıdan
   Arazın
   bu tayındakılar!!!
  
   Ay oğraşlar…
   Kommunizmin manifestini cırıb
   vərəqlərindən
   Nikolay samovarlarını
   alışdıranlar!
   Əsrin əvvəllərində əmmamələrini,
   əsrin sonunda qırmızı qalstukunu
   çıxarıb yerə atanlar!
  
   Həşəratlar!
   İmansızlar!
   Kitabsızlar!
 






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, Yanvar 27th, 2008 tarixində 15:04 radələrində Köşələr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

4 şərh var


  1. MANIS adlı istifadəçi, Yanvar 28, 2008 tarixində, saat 06:07 yazıb:

    Hə… Bu bizim əjdahalardan biridir!
    Əvvəli əladır. Amma buradan -
    İsmayıl Şəmsin başına dəyən
    kəsici o küt alətdə
    Allahım, tarixin sirri varmış…
    Bunamı görə sən Şəms,
    müqəddəs “Avesta”nı atam Qafar
    Kəndli ilə birgə
    cümlə-cümlə dilimizə çevirirdin?
    - başlayaraq sanki gözümüzün önündə bir müddət öz pis vərdişindən əl çəkmiş, amma dözməmiş bir insan təsiri bağışlayır bizlərə.
    Sonrası isə elə o tip insanlarda olduğu kimi “gitdi-gideli”, dayandırmaq olmur səni, başlayır oxuculara mövzuya dəxli olmayan ibarələr deməyə, bu son zamanlar “Gecə kanalı”nda da nəzərə çarpır.
    Xülasə, Həmid ağa, sən REFRESH ET ÖZÜNÜ.


  2. Novarg adlı istifadəçi, Yanvar 29, 2008 tarixində, saat 17:21 yazıb:

    Sozsuz ki, Hemid bey “2-ci Albali baglar sahesi”ni qeleme alanda Chexov`u xatirlayib, ya da Chexov “Albali bagi”ni yazanda Hemid bey`i dushunub…


  3. Modern_Azerbaycan adlı istifadəçi, Yanvar 31, 2008 tarixində, saat 17:50 yazıb:

    MANIS, Həmid əjdaha filan deyil. Həmidin publisistikası bir az maraqlıdır, digər yazılarını apar tulla. Vəssalam.


  4. sherif adlı istifadəçi, Mart 5, 2008 tarixində, saat 18:35 yazıb:

    yaxshidir. bir az chox qishqirma var.
    limon meselesi ise superdir. hemid abimiz mehz bele obrazlarin ustasidir.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: