“Contempo” ansamblının Türkiyədəki festivalda çıxışı baş tutdu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Ocak, 2008

AkdenizKultAz: Xəbər verdiyimiz kimi, 19-26 Yanvar 2007-ci ildə İstanbulda keçirilən “V Akdeniz Çağdaş Müzik Günləri” festivalında Azərbaycanı təmsil etməli olan “Contempo” solistlər ansamblının Türkiyəyə getməsi üçün maddi problem yaranmışdı. Ansambl bunun üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, müsbət cavab ala bilməmişdi. Yalnız məsələ mətbuatda işıqlandırıldıqdan sonra problemin həlli mümkün olub. Belə ki, festival rəhbərliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Bakıdakı “Mozart” kafesinin sahibi Resul Turanın dəstək və maddi köməkliyi nəticəsində “Contempo” Türkiyəyə gedə bilib və festival çərçivəsində yanvarın 20-də əsasən müasir Azərbaycan bəstəkarlarının (Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyov, Elmir Mirzəyev, Rena Geli, Firudin Allahverdi və s.) əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Musiqiçilərimizin xahişi ilə həmin konsert 20 yanvar faciəsinə həsr olunub. Festivalın bədii rəhbəri, türkiyəli bəstəkar professor Əhməd Yürür konsertdən öncə dinləyicilərə 20 yanvar faciəsi haqqında ətraflı bilgi verib. Konsertə, Azərbaycandan həmin gün İstanbulda başqa bir tədbirdə – 20 yanvar faciəsinə həsr olunmuş bir kitabın təqdimetmə mərasimində iştirak edən millət vəkili Asim Mollazadə və həmin kitabı türk dilinə çevirən, kultura.az portalının baş redaktoru, yazıçı Əli Əkbər də qatılıb.
  
 

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın