Qaynar xəbər portalı

Kitab dünyası


Səfəvi şahı Süleyman şahın sifarişi ilə XVII əsrdə tərtib olunan “Türk sözləri lüğəti”nin surəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna gətirilib. Bu barədə APA-ya məlumat verən AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu bildirib ki, tədqiqatçılar tərəfindən çoxdan axtarılan bu lüğəti Berlində yaşayan soydaşımız Məhəmmədəli Hüseyni Tehran Universitetinin Mərkəzi Kitabxanasında aşkar edib. Ön sözdə müəllif Əbdülcəmil ibn Məhəmmədrza 1669-cu ildə şah Süleyman tərəfindən sarayın baş münşisi olan atasına osmanlı, cığatay, Azərbaycan və Rusiya ərazisində yaşayan türklərin dilini əhatə edən lüğət tərtib etməyi tapşırıldığını yazıb. Lüğət üzərində 20 il çalışan atası Məhəmmədrza öləndən sonra kitabı oğlu tamamlayıb. Kitab türk dillərinin xüsusiyyətləri haqqında müqəddimədən və 4 ayrıca sözlükdən ibarətdir. Dil tarixi üçün böyük əhəmiyyət kəsb edən bu lüğətin Əlyazmalar İnstitutu tərəfindən nəşri və tədqiqi nəzərdə tutulub.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: