Qaynar xəbər portalı

Kitab dünyası


KultAz: Azərbaycan BMT və “Film Your Issue” təşkilatı tərəfindən sosial mövzuda keçirilən “Problem haqqında öz filmini çək” gənc rejissorların filmləri müsabiqəsində iştirak edə bilər. Bu barədə BMT-nin İctimai İnformasiya Departamentinin Bakı ofisinin mətbuat xidmətindən məlumat verilib. 2008-ci ildə gənc kino istehsalçılarına müsabiqə üçün altı qlobal problem təqdim olunur: iqlim dəyişiklikləri, beynəlxalq miqrasiya, sülh, tolerantlıq, insan haqları və əqli mülkiyyət. Bundan əlavə, müsabiqə iştirakçıları istənilən digər sosial problemə həsr olunan film çəkmək hüququna malikdirlər.
Bu arada Ümumdünya İnsan Haqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyilə əlaqədar olaraq BMT-nin İctimai İnformasiya Departamenti insan haqları üzrə ən yaxşı filmin müəllifinə xüsusi mükafat təsis edib. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı isə əqli mülkiyyətə həsr olunan ən yaxşı qısametrajlı filmin müəllifinə mükafat təqdim edəcək.
15 yaşdan 24 yaşadək yuxarı sinif şagirdləri və tələbələr müsabiqənin iştirakçıları ola bilərlər. Şərtlərə görə iştirakçılar təşkilatçılara 30-120 saniyəlik qısametrajlı işlər təqdim etməlidirlər. Müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu 2008-ci il aprelin 1-də bitir.
Keçən il BMT-nin qlobal problemləri kateqoriyalarından birinə çəkdikləri “Xarici görünüş aldadıcı olur” filminə görə Rio-de-Janeyrodan olan doqquz tələbə müsabiqənin qalibləri olub.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: