Nobel iddiasında olan daha bir türk yazar

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 29 Ocak, 2008

Rasim Şükrü GüngörTürkyəli yazar Rəcəb Şükrü Güngörün: “Dünyanın ən uzun romanını yazıb Nobel ödülü almaq istərəm”

Yeni nəsil Türkiyə yazarlarından Rəcəb Şükrü Güngörün “Yas ayni” adlı hekayələr kitabı bu günlərdə Bakıda dərc olunub. “Yeni Galery” İncəsənət Mərkəzində kitabın təqdimat mərasimi keçirilib. Təqdimatda yazıçının özü də iştirak edib. Gənc yazıçı İbrahim Selin Türkiyəli yazarla müsahibəsini diqqətinizə təqdim edirik.
- Rəcəb bəy, sizin ilk kitabınız Azərbaycanda yayınlandı. Bir Turk yazarı üçün Azərbaycanda kitabının yayınlanması nələri ifadə edər?

- Kəndimi yad bir ölkədə görmürəm. Buranı vətənim bilirəm. Azərbaycan xalqından sayıram özümü. “İki ölkə, tək millət” ifadəsi boş yerdən yaranmayım.. Sizin ayağınıza burada tikan batsa, orada bizim canımız acıyar.Kitablara gəlincə, mənim iki kitabım ilk kəz Azərbaycan dilində yayınlandı. Türkiyədə yayınlanan hekayələrimin qardaş ölkədə yayınlanması məni çox təsirləndirdi. Kamal Tahirdən, Əziz Nesindən, Nazım Hikmətdən, Nəcib Fazıldan, Mehmət Akifdən sonra burada oxunmaq, bilinmək bu ölkənin əsil ruhlu xalqını mənə daha da yaxınlaşdırır.
- Hekayələrinizdə sadə Türk insanının psixoloji dramını gözlər önünə sərirsiniz. Daha böyük həcimli romanlarda daha dərin dramatikliyi əks elətdirmək niyyətiniz varmı? Nədən hekayə ədəbi janrını seçdiniz?
-Bir janrda əsər yazmağa əhəmiyyət verirəm. Hər işi görərəm diyən, bir iş görə bilməz. Amma bir işi görən o işi yaxşı görər düşüncəsindəyim. Mən də sadəcə hekayə və hekayə üzərinə çalışıram. Bizim ədəbiyatımızda sadəcə hekayə yazmış isim az deyil. Ömər Seyfətdin, Sait Faik, Sabahattin Ali gibi isimlər sadəcə hekayə yazmışlar. Rasim Özdənörən, Şevkət Bulut, Sadık Yalsızuçanlar, Mustafa Kutlu, Hüseyin Su, Nəcip Tosun, Cəmal Şakar, Abdullah Harmancı, Ömər Faruk Dönməz kimi isimlər də sadəcə hekayə yazırlar. Hekayə haqqında yazılarını da bu babda dəyərləndirirəm. Bir isim var ki, o da sadəcə hekayə tənqidi və hekayə araştırması yazır: Ömər Ləkəsiz. Başqa bir janrda əsər yazmaq istəmirəm. Hərdən-birər misralar köksümə dolur. Başından basıram. Roman miqyasında anladılacaq strukturlar, dramlar çoxalır içimdə, onları da basdırıram. Amma bir gün dünyanın ən uzun romanını yazıb Nobel ödülü almaq istərəm.
Qısa yazmağı sevirəm. Sürətlə yaşayan toplumun hərəkət halı məni də təsirləndirir deyəsən. Yazdıqlarımın hekayə formatına uyğun düşdüyünü gördükdən sonradır ki bu sahədə daha irəli getdim. Başqa janrlar arasında dolaşdım. Hər janrda yazmağı yoxladım və sonunda hekayədə qərar qıldım. İçimi ən rahat töktüyüm janr hekayə oldu. Dərdimi bu sahədə daha yaxşı anlatdığımı gördüyüm üçün hekayədə israrla davam edirəm.
- Artıq əsərləriniz Ruscaya çevrildi və kitablarınız Almaniyada, Fransada yayınlandı. Bir Türk yazarı olaraq hədəfləriniz nədir?
- Başqa dillərdə oxunmaq, başqa millətlərin qəlbinə sözcüklərlə  yazar üçün böyük xoşbəxtlikdir. Biz insanlığın ortaq mirasını yaşartmağa çalışırıq. Ədalət, huzur, sükun, əmniyyət kimi ortaq qayğılarımız var. Hansı millətdən olursaq olaq bunlar lazım. Bu təməl ətrafında oralarda da oxucularla sokakda yürümək, evdə dinlənmək, iş yerində çalışmak məni dünyaya qarşı daha güçlü yazmağa sövq edir. Bir Türk yazarı olaraq hədəfim, əsərlərimin bütün dillərə çevrilməsi, bütün ölkələrdə oxunan bir yazar olmaqdır.
Dünyaya əlbəttə bir söyləmək istədiyim bir mesaj var: Ortaq dəyərlərimiz qeyb olmasın. İnsanlıq kimi böyük bir miras yox olmasın. Terrörizm böyüməsin. Hansı ad altında olursa olsun terror insanlığa qarşı bir suçdur. Mən hekayələrimdə təhsilin funksional olmaqdan çıxarıldığını yazıram. Təhsil işlək olmalıdır fikrini aşılamağa çalışıram. Okullar funksiyalarını yenidən icra edə bilməlidir, deyirəm. Böyük Türk şairi Namiq Kamal bundan yüz əlli il öncə millətin qurtuluşunu təhsildə, təhsilin qurtuluşunu da müəlimlərin yetişdirilməsində görürdü. Nə həzin ki eyni əksiklik günümüzdə fazlasıyla var. Tərbiyə edənlər yaxşı tərbiyə edilsə o zaman toplumlar qurtular. Klassik əsərləri hər ölkədə oxunaqlı edən bir təməl özəllik var. O da budur, hansı millətdən, dindən olursa olsun ortaq doğrular var. O klassik əsərlər o ortaq dəyərləri əks elətdirir. Məsələn, Suç və Cəza, peşmanlıq duyğusunu, Səfillər hırsızlığın yanlış olduğunu anlatır. Karamazov Qardaşlar, dört qardaşın ailə ilişkilərini əks etdirir. Mən də hekayələrimdə dil, din, irq fərqi gözətmədən ortaq acıları, hüzünləri anladıram.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın