İranda Azərbaycan Mədəniyyəti günləri

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 31 Ocak, 2008

Azərbaycan Mədəniyyəti Günlərinin İran, Türiyə və Gürcüstanda keçirilməsi planlaşdırılır. “OLAYLAR”ın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hazırda adıçəkilən ölkələrdə danışıqlar aparıldığını deyib. Bununla yanaşı Ukraynada da mədəniyyət günlərinin təşkili nəzərdə tutulub. Qeyd edək ki, martın 27-də Almaniyada Azərbaycan Mədəniyyəti İli açılacaq. İlk dəfə açılan Azərbaycan Mədəniyyəti İlinin təntənəli açılışı Berlin Dövlət Filarmoniyasında olacaq. Mədəniyyət ilində Azərbaycan musiqiləri, filmləri göstəriləcək, sərgilər açılacaq. Bununla yanaşı teatrlarımız da Berlində tamaşalar göstərəcəklər.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 3,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın