YUNESKO ilə aşıq layihəsi hazırlanır
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 31 Ocak, 2008Layihə aşıq sənətini dünyada tanıtdıracaq
Muğam sənətimiz kimi aşıq sənəti də qorunacaq. Artıq bu istiqamətdə işlərə start verilib. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri hazırda Parisdədilər. YUNESKO ilə aşıq sənəti ilə bağlı layihə hazırlanacaq. “OLAYLAR”ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, layihə əsasında Azərbaycanın milli sənəti olan aşıq sənəti dünyaya yayılacaq: “Bədnam qonşular daima Azərbaycanın milli sərvətlərini mənimsəməyə çalışırlar. Bu layihə bizə yardım edəcək ki, aşıq sənətinin Azərbaycanın milli sənəti olduğunu sübuta yetirək. Muğam kimi aşıq sənətinə də sahib çıxılacaq”.





Yüklənir...