İlə görə arxiv: Ocak 2008


Güney Azərbaycan yazıçısı sürgün cəzasına məhkum edilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Ocak, 2008

Həmid Arğışın əsərlərinin nəşrinə üç il müddətinə qadağa qoyulub
Güney Azərbaycanli yazıçı və jurnalist Həmid Arğış (Rüstəmi) Xoy İnqilab Məhkəməsinin qərarıyla 1 il şərti həbs və 2 il Bicar şəhərinə sürgün cəzasına məhkum edilib. Azərbaycan Siyasi Məhbuslarının Hüquqlarını Müdafiə Komitəsindən (ASMEK) verilən məlumata görə, məhkəmə onun əsərlərinin nəşrinə də 3 il müddətinə qadağa qoyub. Həmid Arğış [...]



Sorğu: “Evrovision-2008″-də Azərbaycanı kim təmsil etsin?

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Ocak, 2008

Kultaz: Portalımızın forumunda musiqi bölməsində “”Evrovision-2008″-də Azərbaycanı kim təmsil etsin?” deyə sorğu keçirilir. Mövzunu istifadəçilərdən biri açsa da, aktuallığını nəzərə alıb, hər kəsi sorğuda fəal olmağa, münasibət bildirməyə dəvət edirik. Sorğuda iştirak etmək üşün forumda qeydiyyatdan keçmək lazımdır.
Link: http://forum.qaynar.info/viewforum.php?f=10



Niyazi Mehdi. Azərbaycan Post-modernizminə giriş

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 24 Ocak, 2008

POST-MODERNİZM VƏ PLYURALİZM. “PLYURALİZM” ANLAYIŞINDA NƏYİ UNUTMUŞUQ
 Bu yazıda çağdaş Azərbaycan sənət düşüncəsi üçün gərəkli ola biləcək bəzi düşüncələri bölüşmək istərdim. Bu düşüncələrin çoxu “Post-modernizm” deyilən və yeni nəsl yazarlarının arasında populyar olan olayla bağlıdır. Post-modernizm Batı düşüncəsinin məhsuludur, bəziləri onu XIX yüzilin ikinci yarısına, bəzilərisə XX yüzilin ikinci yarısına aid edirlər. Ancaq hər iki halda [...]



Orxan Pamuku öldürmək istədilər

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Ocak, 2008

Kultaz: Xəbər verildiyi kimi, Türkiyədə Dünya Azərbaycanlıları Konresinin İH-nin üzvü general Vəli Kiçik və onun tərəfdarları həbs olunub. “Ergenekon”adlanan dəstə bir sıra gizli əməliyyatların keçirilməsində və terror hadisələrində ittiham olunur.
Keçirilən əməliyyatla bağlı “Vətən” qəzeti sensasiyalı xəbər yayıb. Məlumata görə, polis “Ergenekon”un üzvlərinin telefon danışıqlarını dinlədikdən və onları təqib etdikdən sonra təşkilat tərəfindən qətlə yetiriləcək



Türkmənistanda sirk, balet və opera ölkənin mədəni həyatına qaytarıldı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Ocak, 2008

Kultaz: Türkmənistan öz yaxın keçmişindən son dərəcə ehtiyatla ayrılmaqdadır.
“Die Presse” nəşrinin Türkmənistandan verdiyi xəbərə istinadən, prezident Berdımühəmmədov opera, balet və sirkin yenidən ölkənin mədəni həyatına qayıtmasına izin vermişdir. Bəllidir ki, onun sələfi böyük Türkmənbaşı bu sənət janrlarını “türkmən ruhuna yad” elan etmişdi. Təsəvvür edək ki, bu gün 800 minə yaxın əhalisi olan paytaxt Aşqabatda



Azərbaycanı “Eurovision-2008” müsabiqəsində təmsil edəcək namizədlərin dosyesi

Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 23 Ocak, 2008

Fevralın 2-də “Eurovision-2008” müsabiqəsində Azərbaycanın təmsilçisi müəyyənləşəcək. Yarışmada Azərbaycanı təmsil etmək uğrunda “Unformal” rok qrupu, müğənni Aynur İsgəndərli və Elnur Hüseynov mübarizə aparır. Namizədlərin dosyesi ilə tanış olun.



Aliyə. Seriallar, dizilər…

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 23 Ocak, 2008

Əyləncəli telekanalların bel sütunu teleseriallardır. Janrından asılı olmayaraq teleseriallar reytinq üzrə ən baxımlı televiziya layihəsidir. Onlar tamaşaçıların təbəqələşmə meyarı da ola bilir: məsələn, lirik-dramatik-ailə-məişət serialları evdar qadın, komik-əyləncəli seriallar gənc, detektiv-döyüş serialları kişi tamaşaçıların inhisarındadır. Seriallar üçün adətən, ailə-sevgi mövzusu daha işləkdir. Amma bacaran heyət mövzunu ikinci dərəcəli məsələ edə bilər. Azərbaycan teleefiri üçün serial [...]



Elmin Həsənli. Yeni Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 23 Ocak, 2008

elminhesenli@gmail.com
milena üçün növbəti şeir
…bu gün biz öpüşmədik
bu gün qar yedik göydən
bu gün biz yox -
əlcəklərimiz tutmuşdu əl-ələ…
bu günün- bilirdim-
sonu ağlamaqla bitəcək
bilirdim



“Tenqid.net”in 4-cü sayı satışda

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Ocak, 2008

Azərbaycanda yeganə akademik ədəbi tənqid dərgisi olan “Tənqid.net”-in 4-cü sayı işıq üzü görüb. Tanınmış tənqidçi Tehran Əlişanoğlunun baş redaktorluğu ilə nəşr olunan jurnalın bu sayında aşağıdakı maraqlı yazıları oxuya bilərsiniz:



Rza Fərruxfal. ƏDƏBİ MƏTNLƏRİN REDAKTƏSİ

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 22 Ocak, 2008

Fars dilindən çevirəni: Məsiağa Məhəmmədi
Məşhur amerikan-ingilis şairi T.S.Eliot 1921-ci ildə bir neçə həftə istirahət etmək və əsəblərinə dinclik vermək üçün Lozannaya getmiş, o sakit guşədə XX əsrin ən gözəl və eyni zamanda ən bədbin əsərlərindən biri olan «İtirilmiş torpaq» (1) poemasını yazmışdı. Əksər Qərb tənqidçiləri bu poemanı şah əsər sayır və onun barəsində yazdıqları şərh [...]



Xalq artisti Lütfiyar İmanov vəfat edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Ocak, 2008

Yanvarın 21-də gecə saatlarında SSRİ xalq artisti Lütfiyar İmanov vəfat edib. APA-nın məlumatına görə, xalq artisti 79 yaşında dünyasını dəyişib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, mərhumla vida mərasimi bu gün saat 13:00-dan 15:00-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.



Azərbaycan yazarlarının Türkiyədə kitabı nəşr olunub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Ocak, 2008

Kultaz: Bu günlərdə Türkiyənin «Ufuk Ötesi Yayınları» nəşriyyatında Azərbaycan yazıçılarının əsərlərindən ibarət «Dört dörtlük» kitabı işıq üzü görüb. Kitabda 1980-90 –cı illər Azərbaycan prozasını təmsil edən nasirlərdən Əlabbas, Aslan Quliyev, Nəriman Əbdülrəhmanlı, Uğurlu Fəxrinin hekayə və povestləri daxil edilib. Bunlar Azərbaycan oxucusuna da yaxşı tanış olan «Mərənd ölüsü», «Gəlin», «Gözəl» (Əlabbas),



Qardaşxan Əzizxanlı, şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 22 Ocak, 2008

Şair ruhu, qadağan saatı
Hər yanda qadağan saatı,
Yaz, Allah amanatı!
İcazə vərəqəsiz doğulan misralarım
Qanunsuz doğulan bir uşaq.
Uzaq, uzaq,
Hərbi komendantın,
Patrul əsgərlərin gözündən uzaq!



Bakıda Vısotskinin yubileyi qeyd ediləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Ocak, 2008

Azərbaycan Rus İcmasının Rus Mədəniyyət Mərkəzində məşhur aktyor-musiqiçi Vladimir Vısotskinin 70 illiyinə həsr olunan konsert keçiriləcək. Qurumdan APA-ya verilən məlumata görə, yanvarın 26-da keçiriləcək tədbirdə V. Vısotskinin mahnıları ifa olunacaq. Onun repertuarında yer alan musiqiləri tamaşaçılara İbrahim İmaməliyev,



Milli kinematoqrafiya müsabiqəsi keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Ocak, 2008

Bu ilin yay aylarında Kinematoqrafçılar İttifaqının X qurultayı keçiriləcək. Bu barədə APA-ya kinematoqrafçılar ittifaqının katibi Abbas Əliyev məlumat verib. Onun sözlərinə görə, bu il qurumun təşkilatçılığı ilə “Şərq-Qərb” kino festivalı keçiriləcək.



İSLAM RZAYEV VƏFAT ETMƏYİB

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Ocak, 2008

Xalq artisti koma vəziyyətindədir
Azərbaycanın xalq artisti İslam Rzayevin vəfat etməsi barədə məlumat təkzib olunur. Xanəndənin ailəsindən APA-ya bildirilib ki, onun vəziyyəti ağırdır, koma vəziyyətində Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsindədir.
Ailəsindən muğam ustasının ifaçısının vəziyyətinin bu gün bir az yaxşılaşdığı da söylənilib:



İki Portal bir araya gəldi

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 21 Ocak, 2008

Lit.az  və Kultaz.com birgə layihələr həyata keçirəcək
Bu gün mədəniyyət sahəsində fəaliyyət göstərən iki aparıcı internet portalı arasında mühüm razılaşma əldə olunub. Belə ki, kultaz.com (Azərbaycan Mədəniyyət Portalı) və lit.az (Azərbaycan Ədəbiyyat Portalı) daimi əməkdaşlıq barəsində müqavilə imzalayıblar.
Müqavilə tərəflərin bir-birinə dəstəyini və bir sıra birgə layihələri



Prezident sərəncamı ətrafında qalmaqal yarandı

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 20 Ocak, 2008

150 cildlik «Dünya ədəbiyyatı kitabxanası»na daxil olunmuş əsərlərin siyahısını hazırlayanlar naşılıqda, pulgirlikdə, savadsızlıqda və «xalturşik»likdə ittiham edildi
  
 Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısı sərəncamla dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik «Dünya ədəbiyyatı kitabxanası»na daxil olunmuş [...]



ERSKİN KOLDUELL, Bomboş otaq

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 19 Ocak, 2008

Xalq yazıçısı Elçinin tərcüməsində
Mən onu ilk dəfə toylarından bir il, bir ildən bir az keçmiş gördüm. Dəfn mərasimi sona çatdı, hamı dağılışdı və biz evdə tək qaldıq. Mən bilmirdim ki, ona nə deyim, o isə səhərdən bir kəlmə də olsun, ağzını açmamışdı. O, bir ildən bir az artıq idi ki, Finliyə ərə getmişdi və onun [...]



ELÇİN, Borc

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 19 Ocak, 2008

Müxbirlər, ya oxucular mənə sual verəndə ki, hansı yazıçıları yüksək qiymətləndirirsiz, gəncliyinizdə kim sizə təsir edib, kimi çox mütaliə etmisiniz, mən Amerika nasiri Erskin Kolduellin də adını çəkirəm və çox zaman da görürəm ki, onu tanımırlar, heç adını da eşitməyiblər, ya da xatırlamırlar. Kolduell müasir dünya ədəbiyyatının o böyük yazıçılarından biridir ki, oxucular arasında da, [...]