İlə görə arxiv: Fevral 2008


Ramin Cahangirzadə. Şeirlər (Güney Azərbaycan)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 29 Fevral, 2008

1
Ay orağa dönüb
Xırman vaxtıdır
Göydəki əkinçinin qollarını çırmayıb
Ulduzları biçməsiyçün



Nəiminin “Cavidannamə”si Azərbaycana gətirildi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 Fevral, 2008

KultAz: Azərbaycanın görkəmli filosofu və şairi Fəzlullah Nəiminin Tehran Universitetinin kitabxanasında saxlanılan “Cavidannamə” əsərinin surəti Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna gətirilmişdir.



ƏDƏBİYYAT TARİXİMİZİN OXUNMAMIŞ SƏHİFƏLƏRİ

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 29 Fevral, 2008

Məsiağa Məhəmmədi
Azərbaycan ədəbiyyatı tarixinin elmi şəkildə öyrənilməsinin Firudin bəy Köçərlidən üzü bəri zəngin bir ənənəsi formalaşmışdır. Həmin ənənə istər araşdırmaların təməl daşını təşkil edən mətnşünaslıq çalışmalarını, istərsə də nəzəri və tipoloji tədqiqatları ehtiva edir. Bunula belə orta əsrlər ədəbiyyatımızın tarixində «ağ ləkə»lər, qaranlıq səhifələr də az deyil. Xüsusən anadilli şerimizin Nəsimi, Füzuli, Vaqif kimi zirvələri [...]



Rafiq Tağının bütün hekayələri “Kultaz”da!

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 Fevral, 2008

KultAz: Tanınmış yazıçı Rafiq Tağının bütün hekayələri ilk dəfəolaraq yazıçının razılığı ilə tam halında internetə yerləşdirildi.
Belə ki, yazıçının “Gənc Qraf Kenterberiyski”, “Şahzadə Dipendranın məhəbbəti” və “Ucaboy liliput” kitabları bütünlüklə Kultaz - Mədəniyyət portalının kitab blogunda yer alıb.



“İnsanlar və kitablar” layihəsi çərçivəsində tədbir keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 Fevral, 2008

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Almaniya Xarici İşlər Nazirliyinin, Alman Tədqiqat Mərkəzi və Höte İnstitutunun birgə elan etdiyi “İnsanlar və kitablar” layihəsi çərçivəsində tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov həyata keçirilən layihəni yüksək qiymətləndirib: “İlk dəfə ötən il Almaniya səfirliyinin təşəbbüsü ilə kitabxanaya böyük sayda [...]



Ukraynada Azərbaycan nağıllarından ibarət kitab nəşr olunub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 Fevral, 2008

Ukraynada Azərbaycan nağıllarından ibarət nəşr olunub. Bu barədə Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun Bakı ofisindən məlumat verilib. Ukrayna dilində işıq üzü görən kitaba Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, fəlsəfə elmləri doktoru Tələt Əliyev ön sözü yazıb.



Bakıda GUAM ölkələri gənc yazıçılarının I beynəlxalq toplantısı keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Fevral, 2008

KultAz: Bakıda GUAM ölkələri gənc yazıçılarının I beynəlxalq toplantısı keçiriləcək. Bu barədə Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun Bakı nümayəndəliyində bu gün keçirilmiş mətbuat konfransında məlumat verilib.



“Cavid hansı zaman arzusunda olub, bu, filmdə özünü tapmayıb”

Yazar: Admin | Bölmə: Kino | Tarix: 28 Fevral, 2008

Mehriban Ələkbərzadə: “Əgər rejissor kimi bu filmi mən götürsəydim, Rasim Balayevi o rolda çəkməzdim”
 Azərbaycan ədəbiyyatının dahi şəxsiyyətlərindən biri olan Hüseyn Cavidin həyatı barədə çəkilən “Cavid ömrü” filmi televiziya ekranına çıxdı və bu film tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı. Hazırda bu film haqqında əsasən, üç xətt üzrə müzakirələr aparılır - filmin ssenarisi, rejissor işi, Cavid yaradıcılığı və [...]



“Nəsimi” mükafatının başa çatmasına 90 gün qaldı

Yazar: Admin | Bölmə: Müsabiqə | Tarix: 27 Fevral, 2008

… seçim turu isə martın 14-də yekunlaşır
KultAz: Fevralın 2-dən start götürən I “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsi davam edir. Xəbər verildiyi kimi, müsabiqənin birinci mərhələsi gənc istedadların üzə çıxarılması və təbliği məqsədi daşıyır. Şeir və hekayə nominasiyaları üzrə keçirilən müsabiqəyə geridə qalan 25 gün ərzində14 müəllifin 40-dan artıq mətni daxil olub. İştirakçılar arasında həm Azərbaycanın mərkəzdən [...]



Şimali Koreyada ilk dəfə Amerikan orkestri

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Fevral, 2008

Gülər, KultAz: 26 fevral 2008-ci ildə Pyenxanda Koreya Xalq Demokratik Respublikası tarixində ilk dəfə qərb simfonik kollektivi – Nyu York filarmoniya orkestrı çıxış edib. Şimali Koreyanın dövlət kanalı, eləcə də CNN bu konserti canlı efirlə yayımlayıblar. KXDR-nin prezidenti Kim Çen İr konsertdə iştirak etməyib.



Yaradıcı insanlara dövlət yardımı düzgün yoldurmu?

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Fevral, 2008

“Yaradıcılıq İttifaqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı yaranan mübahisələrə baxmayaraq, qanunun qəbul olunacağına şübhə etmirəm”. Bu barədə “OLAYLAR”a açıqlama verən millət vəkili, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov bildirib ki, vitse-spiker Valeh Ələsgərov qanunun bəzi müddəalarına etiraz edib.



Şopen: Fortepianonun canı

Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 27 Fevral, 2008

Bəstəkarın vəsiyyətilə ürəyi Polşaya aparılır və indiyədək Müqəddəs Xaç kilsəsində saxlanılır
Şopen bütün əsərlərini fortepiano üçün yazıb. Anton Rubinşteynin dediyi kimi Şopen «fortepianonun canı» idi. Şopen bu alətin ifadə imkanlarını genişləndirmiş, onda elə zəngin boyalar tapa bilmişdir ki, o bütöv orkestri əvəz etmişdir. Həmçinin Şopen fortepianoya insan səsinin xüsusiyyətini verib.



ALOV. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 26 Fevral, 2008

eyvazovaa@yahoo.ru
Çox sınmayan qozlar gördüm,
içini qurdlar yedi.
               ***
Ehtiyat igidin yaraşığıdır.
Ona görə igidlərimiz
bu qədər yaraşıqlıdır



Onlar haqqında hər şey

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 26 Fevral, 2008

Elnur Astanbəyli
molodoy25@box.az
İstirahət günü kiminsə qanını qaraltmaq insafdan deyil. Amma nə etməli, əlimizin altında iki-üç qəzet var, onlar da ya zəlzələdən, ya vəlvələdən bazar günləri çıxır. Həm də təcrübə göstərir ki, istirahət günlərində mədəni mühitdə sanitariya işləri aparmaq daha məqsədəuyğundur. Çünki həftə ərzində başarılı olmaq istirahət gününün ovqatından çox asılıdır.



Güneydə daha bir yazıçı həbs olundu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Fevral, 2008

İran hüquq-mühafizə orqanları 21 fevral - Beynəlxalq Ana dili günü ilə bağlı tədbirlərdə iştirakda ittiham olunan yazıçı-publisist Rza Dağıstanini həbs edib.



İlham Əliyev Çingiz Aytmatovu «Dostluq» ordeni ilə təltif edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 25 Fevral, 2008

KultAz: Prezident İlham Əliyev bazar ertəsi qırğız yazıçısı Çingiz Aytmatovun «Dostluq» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Aytmatov bu yuksək



PAPA DÜZMÜ SÖYLƏDİ?

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 25 Fevral, 2008

QAN TURALI
QEYD: Bu yazı Rafiq Tağının “Avropa və biz” məqaləsinin dərcindən bir ay əvvəl “525-ci qəzet”də dərc olunmuşdu.
Son dövrlərdə dünyada din ətrafında gedən müzakarələr daha intensiv şəkil almaqdadır. Məhəmmədin karikaturaları böyük rezonans doğurdu, bu günlərdə isə Papanın açıqlamaları da eyni hiddətlə qarşılanır. Bizim cəmiyyətdə də dinə fərqli yanaşmalar böyük təzyiqlərlə üzləşir, Alatoran jurnalının 6-cı [...]



Çingiz Aytmatov Azərbaycana gəlib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 25 Fevral, 2008

Tanınmış qırğız yazıçısı və diplomatı Çingiz Aytmatov Azərbaycana gəlib. Türkdilli Dövlətlərə Siyasi Dəstək Fondunun, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəvəti ilə Azərbaycana gələn məşhur yazıçı Fəxri Xiyabana gedərək Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət edib.



Azərbaycanın 10 ən böyük yazarı kimlərdir?

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 25 Fevral, 2008

“KultAz”- Azərbaycanın Mədəniyyət Portalı ədəbiyyatçılar arasında anket sorğusu keçirir. Sorğu “Azərbaycanın 10 ən böyük yazıçısı və şairi kimlərdir?” sualına cavab tapmaq məqsədi daşıyır.



Abbas Atilay. Danışan Niklər (Şeirlər)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 25 Fevral, 2008

Əziz dostlar. Deməyə gərək yoxdur ki, nədən də əksiyimiz olsa, yaradıcı şair tayfasından boluq. Her tində eyni anda min şair yetirir xalqimiz, ciddi iş deyil ki, əllərindən gəlməsin. “Avtomatik” şeir qoşan Ağasəlim Çıldaq dövlət başçısı tərəfindən xüsusi adla təltif edildikdən sonra sözsüz ki, işıq gələn deşiyə papaq tıxası deyil müasir gəncliyimiz.