Qaynar xəbər portalı

Elnur Astanbəyli

molodoy25@box.az

Ölkənin ən adlı-sanlı falçısından tutmuş ən SMS-li meyxanaçısınadək çoxları haqqında tərifli kitablar bağlamış tənqidçi Vaqif Yusifli bir az əvvəl Türkiyədə nəşr olunan «Kardeş kalemler» adlı dərgidə «Şiir və zaman» adlı bir yazı dərc etdirib. Dərgi təsadüfən əlimə düşdü və Vaqif müəllimin «Azerbaycanda 2006 yılının şiir manzarası» altbaşlığı ilə dərc etdirdiyi məqaləni oxuyub «hər təsadüfdə bir zərurət var» deyən ağırtonnajlı filosofun atasına rəhmət oxudum. Çünki xeyli vaxt idi Vaqif Yusiflini sancmaq istəyirdim, amma bir türlü bəhanə tapa bilmirdim. Buyur, bəhanə öz ayağı ilə Türkiyədən el basa-basa ayağıma gəlib. Davamı…


Aqil Abbas“Azərbaycan” jurnalının son sayında Qarabağ savaşından bəhs edən “Dolu” romanının müəllifi yazıçı Aqil Abbasla müsahibə

- Azərbaycan ədəbiyyatında yazılanlara reaksiya verilmədiyi, böyük mənada oxucunun yoxa çıxdığı zamanda “Dolu” romanını yazmaq bu qədərmi vacib idi?
- Oxucuların sayı azala, ya çoxala bilər, amma onun tam yoxa çıxması ilə bağlı deyilənlərlə razılaşmıram. Şəxsən mən roman və povestlərimdən tutmuş , publisistik yazılarımadək bütün əsərlərinə yetərincə reaksiya görmüşəm. Bir də ki, “filan əsəri yazmaq nə dərəcədə vacib idi” sualının özündə səhv var. Əgər bu əsəri yazmışamsa, deməli, vacib bilmişəm. Davamı…


BorxesMən meşəqıranam. Adımı bilməsəniz də olar.
İçində dünyaya göz açdığım və yəqin ki, elə oradaca həyatdan uzaqlaşacağım taxta daxma meşənin lap kənarında yerləşir.
Söyləyirlər ki, bu meşə dünyanı əhatə edən və mənimkinə oxşar taxta komaların qarşısını kəsən dənizə qədər uzanır. Fəqət mən heç vaxt o dənizi görməmişəm, onun barəsində də aydın təsəvvürüm yoxdur. Mən heç meşənin əks tərəfini də görməmişəm. Davamı…


Aydın XanXorxe Luis Borxes: kimsə ona şair deyir, kimsə esseist; kimsə ona biblioqraf deyir, kimsə mifoloq; kimsə ona nasir deyir, kimsə kitabxanaçı… kulturoloq… filoloq… naşir… antologiya tərtibçisi … yeni ədəbi janr və istiqamətlərin banisi…
Mənsə ancaq onu bilirəm ki, tanıyandan sonra Borxesi br neçə dəfə itirdim: onun kiçik bir hekayəsini üç dəfə tərcümə etdim: ilk dəfə birbaşa kompyuter disketinə yazdığım mətn pozuldu, başqa vaxt kompyuterin yaddaşına virus düşdü, sonuncu dəfə isə sadəcə özüm həvəsdən düşdüm. Davamı…