“Nəsimi” Milli Ədəbiyyat müsabiqəsi yeni istedadların, uğurlu bədii mətnlərin üzə çıxarılması, təbliği və dəyərləndirilməsi, eləcə də cari ildə çap olunmuş dəyərli əsərlərin qiymətləndirilməsi məqsədilə yaradılıb. Bu ədəbi müsabiqənin təsisçiləri “Kultaz.com” və “Lit.az” portallarıdır.
Müsabiqə il boyu iki mərhələdə davam edir.
Birinci mərhələdə yeni imzaların, gənc istedadların üzə çıxarılması və təbliği prosesi həyata keçirilir. Bu mərhələ hər il fevralın 2-də - Gənclər Günündə başlanır və may ayının 28-də-Respublika Günündə qaliblərin rəsmən elan olunması ilə yekunlaşır.
Ətraflı məlumat üçün:
« A.Ugur Olgar. Siz heç muğam dinlədinizmi? | Əsas səhifə | Aydın Xan- “Qaynar Qazan” verilişinin aparıcısı (FOTO) »




Bölmə: 









Ryabina adlı istifadəçi, Fevral 2, 2008 tarixində, saat 13:24 yazıb:
“Nəsimi” mükafatı…?
Dərimin diri-diri soyulması bahasına belə olsa, almaq istəyirəm onu…!-))
Haydı mənə uğurlar…!-))
Və qoşulacaq hər kəsə də…
Asiman adlı istifadəçi, Fevral 2, 2008 tarixində, saat 19:57 yazıb:
Çox gözəl bir addımdır, hər kəsə uğurlar
Şəms EL adlı istifadəçi, Fevral 3, 2008 tarixində, saat 14:02 yazıb:
Əla! Gənclərə uğurlar!
Modern_Azerbaycan adlı istifadəçi, Fevral 3, 2008 tarixində, saat 18:32 yazıb:
Ryabina, dərinin soyulmasında Nəsimini nəzərdə tutursansa, Nəsiminin dərisinin soyulması yanlış fikirdir. Yəni belə bir şey olmayıb.
Rəbiqə adlı istifadəçi, Fevral 3, 2008 tarixində, saat 23:30 yazıb:
Uğurlar - iştirakçılara da, təşkilatçılara da!
Novarg adlı istifadəçi, Fevral 4, 2008 tarixində, saat 11:56 yazıb:
Xeyirli olsun… Amma, kimler mueyyen edecek qalibi…? Juri`de kimler var…?
Admin adlı istifadəçi, Fevral 4, 2008 tarixində, saat 13:46 yazıb:
Şərtlərdə aydın yazılıb: Qalibi 5 nəfərdən ibarət münsif heyəti təyin edəcək. Münsiflərin kimliyi isə yalnız qaliblər elan olunduğu gün açıqlanacaq. Bununla belə, əmin ola bilərsiniz- nüfuzlu və peşəkar insanlardır. Təşkilatçılar qiymətləndirmə prosesinə müdaxilə etmir, münsiflər tam sərbəstdirlər.
Rebiqe adlı istifadəçi, Fevral 4, 2008 tarixində, saat 16:38 yazıb:
Maraqlidir, chap olunmush ve ya netyde yerleshdirilmish yazilari teqdim etmek olarmi?
Oxucu adlı istifadəçi, Fevral 5, 2008 tarixində, saat 23:34 yazıb:
Musabiqede ishtirak ucun en cox uc hekaye ve ya sheir gondermek olar. Bes, bir muellifin butun uc hekaye ve ya sheiri her uc yeri goture biler? Yoxsa, her muellifin ancaq bir yazisi yer tutacaqdir?
Admin adlı istifadəçi, Fevral 6, 2008 tarixində, saat 00:13 yazıb:
Rəbiqəyə:
Müsabiqənin şərtləri arasında çap olunmuş materialların göndərilməsinə qadağa qoyulmayıb. Deməli, göndərmək olar.
Oxucuya:
Hər bir müəllif yalnız bir nominasiyada iştirak edir. Müəllifin göndərdiyi mətnlər isə komplekt halında nəzərdən keçirilir və qiymətləndirilir, deməli hər bir müəllif potensial olaraq yalnız bir yer üzrə qalib ola bilər