Fev
3
Qan Turalı
qan_tural@yahoo.com
Tənqidçilər nə iş görür?
Azərbaycanca az qala bütün yazıçı və şairlər eyni amanda “yazıçıçıq” və “şairciyəzlər” müsahibələrində təniqidin yoxluğundan danışırlar. Bütün bu deyilənlərdə bir həqiqət payının olduğunu da demək lazımdır. Doğrudan da bu gün bizdə tənqid deyilən bir şey yoxdur, bunun əvəzində ədəbi mühitdə “muzdlular” fəaliyyət göstərir. Onların bilikləri çoxdan köhnəlib. Lakin önəmli olan cəsarətdir. Bu cəsarəti sərgiləmək lazımdır. Amma bu cəsarəti sərgiləmək fonunda çox şey itirilə bilər. Misal üçün muzdlar, verilən bəxşişlər, düzələn işlər və s. Tənqiddə vəziyyət çox pisdir və bundan pisini də təsəvvür etmək mümkün deyil. Davamı…
Fev
3
KultAz: Corc Buşun xanımı Laura Buş, Orxan Pamukun “Mənim adım Qırmızı” adlı romanını oxuduğunu və kitabı çox bəyəndiyini bildirib.
Amerikanın Fox News xəbər televiziyası bildirir ki, Amerika prezidenti Corc Buşun xanımı Laura Buş hal- hazırda Nobel ədəbiyyat mükafatçısı, yazar Orxan Pamukun “Mənim adım Qırmızı” adlı romanını oxuyur. Davamı…
Fev
3
Televiziya və Radio Yayım Şurasının 2008-ci il yanvarın 1-dən Azərbaycanın teleməkanında bütün veriliş və filmlərin ana dilində yayımlanması barədə qərarını çoxumuz dəstəklədik. Bu dünya təcrübəsində özünü doğrultmuş qərardı. Dövlət dili bütün televiziyalar üçün məcburidir, çünki televiziya ən kütləvi informasiya vasitəsidir və əhalinin bütün təbəqələrini əhatə edir. Onun yayım və texniki imkanları daha geniş, daha təsiredicidir. Elə bu yerdəcə, mövzudan qırağa çıxmamaqla ümumilli əhəmiyyət daşıdığına görə bu qanunun tək televiziyalara aid edilməsini doğru saymaq olmaz. Davamı…