KultAz: Corc Buşun xanımı Laura Buş, Orxan Pamukun “Mənim adım Qırmızı” adlı romanını oxuduğunu və kitabı çox bəyəndiyini bildirib.
Amerikanın Fox News xəbər televiziyası bildirir ki, Amerika prezidenti Corc Buşun xanımı Laura Buş hal- hazırda Nobel ədəbiyyat mükafatçısı, yazar Orxan Pamukun “Mənim adım Qırmızı” adlı romanını oxuyur.Televiziyaya müsahibə verən Laura Buş “Siz kitabxanaçısınız və oxumağa böyük marağınız var. Maraqlıdır, bu gün hansı kitabı oxuyursunuz?” sualına maraqlı bir cavab verib: “Türkiyənin Amerikadakı səfirinin xanımı Gülgün Şensoy bu yaxınlarda mənə Orxan Pamukun “Mənim adım Qırmızı” romanını hədiyyə edib. Hal- hazırda da onu oxuyuram. Həqiqətən çox gözəl və maraqlı romandır”.




Bölmə: 








