Tənqidin tənqidi

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 03 Şubat, 2008

Qan TuralıQan Turalı 
qan_tural@yahoo.com

Tənqidçilər nə iş görür?

Azərbaycanca az qala bütün yazıçı və şairlər eyni amanda “yazıçıçıq” və “şairciyəzlər”  müsahibələrində təniqidin yoxluğundan danışırlar. Bütün bu deyilənlərdə bir həqiqət payının olduğunu da demək lazımdır.  Doğrudan da bu gün bizdə tənqid deyilən bir şey yoxdur, bunun əvəzində ədəbi mühitdə “muzdlular” fəaliyyət göstərir. Onların bilikləri çoxdan köhnəlib. Lakin önəmli olan cəsarətdir. Bu cəsarəti sərgiləmək lazımdır. Amma  bu cəsarəti sərgiləmək fonunda çox şey itirilə bilər. Misal üçün muzdlar, verilən bəxşişlər, düzələn işlər və s. Tənqiddə vəziyyət çox pisdir və bundan pisini də təsəvvür etmək mümkün deyil. Çünki ədəbi mühitdə bir çalxalanma var. Lakin bütün bunları tənqid əks elətdirmir. Mən bu yazımı qurultay məruzəsinə çevirmək istəmirəm. Ola bilsin ki, sonra da bu mövzuya qayıtdım. Məqsəd başqadır: bu gün sözün bütün mənalarında üzdə olan tənqidçilər nə işlə məşğul olur?

Elçin Əfəndiyev

Baş Nazirin müavini, üstəgəl xalq yazıçısı olan Elçin Əfəndiyevin son yazıları ancaq elegiyalardan və memuarlardan ibarətdir. Onun keçən həftə  mətbuatda dərc elətdirdiyi Erskin Kolduelldən tərcüməsi bir daha sübut edir ki,  o,  müasir ədəbiyyatı kifayət qədər qavraya bilmir. Əkrəm Əylislinin “Ətirşah Masan” romanını Elçin Əfəndiyev  intim səhnələri qabartdığına görə qınamışdı. Belə tənqidçini isə Allah heç bi yazıçıya göstəməsin. Elçin Əfəndiyev özü oncildliyini buraxıb özü haqqında geniş məqalələ gözləyirdi. Lakin deyilənə görə o kifayət qədər xəsisdir, hətta onun haqqında silsilə yazılar yazan bir tənqidçini cəmi bir konyakla mükafatlandırıb. Buna görə də heç kim onun haqda yazmaq istəmir  və həmin o tənqidçi də bir daha ondan yazmayıb.
Elçin heç bir zaman obyektiv tənqidçi ola bilməyib. Partiya qərarlarının ədəbiyyatda  inikas olunması haqqında yazdığını etiraf etsə də bunu əsərlərini yazmaq üçün azadlıq əldə etdiyini də yazıb. Lakin onun əsərləri   azadlıqdan çox, köləlik elementləri ilə boldur.

Əsəd Cahangir

Bir ara terminbazlıqla Mirzə Cəlilin personajlarına bənzəyən Əsəd Cahangir AYO-çular haqda yazı yazmaqla gündəmə girdi. Lakin tezliklə Əsəd qazandığı az-çox ədəbi nüfuzu Zəlimxan Yaquba, Elçin Əfəndiyevə həsr eləməyə başladı, Günel Anarqızı haqqında kitab yazdı. Çoxları Əsədi intellektual hesab edir. Lakin Əsədin intellektuallığı da sitatbazlıqdan irəli getmir. Əsəd ən adi terminlərin adını bilmir və buna görə də elə səhvlər buraxır ki, onları heç min adam da malalaya bilməz. Misal üçün, Əsəd bir dəfə yazmışdı ki, postmodernizm Quranın mənasını açmağa xdmət edir. “Zəlimxan Yaqub bütün izmlərin fövqündə durur”.  Bunu da Əsəd yazıb. Əsəd Cahangir haqqında məqalə yazdığı adamı Füzulidən tutmuş, Vaqifə qədər hamı ilə müqayisə edə bilər. Ciddi intellektual bazası və xarakteri olmayan Əsəd Cahangir  guya müasir  tənqidçidir. Lakin onun yazdığı məqalələrə nəzər salan adam  onun müasirlikdən nə qədər uzaq olduğunu da görər. Çünki onun yazılarında Əsədin öz imzası da daxil olmaqla yazı predmetləri də kifayət qədər köhnə və bayağıdır. Ədəbi mühitdə az-çox istedadı olan adamın yaradıcılığının üstündən öz aləmində xətt  çəkən Əsəd o adamlarla qarşılaşanda yazdıqlarını “qara piarın özü də bir piardır” kimi qələmə verir.
Əsədin xarakterini açan bir misala baxaq. İki il  öncə Əsəd Cahangir  baş redaktoru olduğu “Körpü”  jurnalında Anardan müsahibə almış və bu müsahibədə Anarın üzünə belə demişdi: “Mənim üçün siz cəmiyyətdəki qara qüvvələrin qarşısında dayanan nəhəng bir sipərsiniz”. Əsədin o müsahibəsindən daha bir sitat: “ Elə adamla var ki, yaxşı yazırlar, amma onların naqis keyfiyyəti onlar haqqında yazmağa mane olur”. Özünü yazıçı adlandıran Anar da bu sözləri təsdiq eləyir. Bəli, bu psevdoların görüşüdür. Bizim mühit isə bu cür psevdolarla doludur.

Əsəd Cahangir tənqidçinin sahib olduğu keyfiyyətlərin hamısından məhrumdur. O, öz savadsızlığını cümləpərdazlıqla, cəsarətsizliyini guya mövqeyinin belə olması  ilə  sığortalamağa çalış?r. Onun yazıları özündən və müştərilərindən başqa heç kimə gərək deyil.

Nizaməddin Şəmsizadə

Nizaməddin Şəmsizadə müsahibilərinin birində on Azərbaycan yazıçısının adını çəkib, onların hər birinin Nobel almağa layiq olduğunu demişdi. Mədəniyyət Universitetinin filologiya kafedrasının müdiri olan Nizaməddin Şəmsizadə əsasən mədhiyyə ilə məşğul olur. Hüseynbala Mirələmovun “Cəza” povestini guya oxuyub müəllifə açıq məktub yazan Nizaməddin Şəmsizadə canavarların sevişməsindən xüsusi riqqətə gəldiyini etiraf da eləmişdi. Bu məsələ lətifə kimi məşhurdur. Amma Hüseynbala Mirələmov zavod direktorluğundan çıxarılandan sonra Nizaməddin Şəmsizadə mövzularından birini  və Allah bilir  daha nələri də itirdi. “Nizaməddin Şəmsizadə akademik yazır”  deyə də bilmirik, çünki onun akademikliyə dəxli də yoxdur. Onun elədiyi sadəcə postunu qorumaq, imtiyaz əldə etmək üçün yazılan yazılardır ki, onun da ədəbi tənqidə heç bir dəxliyyatı yoxdur.
Sovet ədəbi tənqidinin nadir nümunələrindən sayılan Nizaməddin Şəmsizadə tərifin dozasını bilmir. Lakin gəncləri tənqid etmək lazım gələndə də ad çəkməkdən çəkinir. O daha çox əlverişli məqamlarda güllə atıb səngərə çəkilən əsgərə oxşayır. Nizaməddin Şəmsizadə açıq döyüşə heç bir zaman girmir. Biz onu açıq meydana çəkə bilmərik, çünki Nizaməddin Şəmsizadə çox ehtiyatlıdır. Özü haqda yazılanlara isə o adətən susmaqla cavab verir.

Vaqif və Cavanşir Yusifli qardaşları

Əvvəlcə Vaqifdən başlayaq. O bir neçə kitabı mütaliə edib. Bunlar əsasən Füzulinin, Nizaminin və sovet yazıçılarınındır. Vaqif Yusifli Azərbaycan jurnalında mühüm post tutur. Tutduğu bu post ona əyalət şairləri ilə geniş ünsiyyət yaratmağa imkan verdiyindən çıxan şeir kitablarının 70 faizinin ön sözünü Vaqif Yusifli yazır.  Deyilənə görə, bir ön sözünü bir neçə kitaba verən Vaqif Yusiflinin məqalələri əsasən “görün bu yerdə şair nə deyib” janrındadır. Yazdığı məqalələri bir-birindən seçilməyən Vaqif Yusifli bir ara Rafiq Tağı ilə mətbu savaşda yazdığı məqalələrə görə pul aldığını da etiraf eləmişdi. Buna gərək də yox idi. Nə vaxta qədər ki, Azərbaycanda ön sözə pul verən adamlar var, vaqifyusiflilər də olacaq.

Onun qardaşı Cavanşir Yusifli isə intellektual görkəmə bürünür. Onun “Sözün Əkrəm Əylislisi”  məqaləsi  tənqidin bu günkü vəziyyətini öyrənmək üçün pasport ola bilər. Ordan-burdan iki cümlə əzbərləyib, dəxli olmayan şairə, yazıçıya  bu sitatları sırıyan tənqidçidir Cavanşir Yusifli. Əsəd Cahangir kimi də onun intellektuallığa dəxli yoxdur. Azərbaycan aliminin elmə dəxi olmadığı kimi Ədəbiyyat institunun əməkdaşı Cavanşir Yusiflinin də ədəbiyyata dəxli yoxdur. Cavanşir Yusifli Əli Kərim haqqında kitabın müəllifidir. Lakin bu kitab Əli Kərim yaradıcılığının açmasından çox, Cavanşir Yusiflinin şikəst fikirlərinin yığnağıdır. Bu kitabın arxa qapağında yazılan bir cümləni burda yazaq getsin: “Əli Kərimin poeziyasını, xüsusi bir dildə təqdim edilən bu əlifbanı, A hərfindən sonuncu səsinə kimi oxuyanda hiss edir və əmin oursan ki, ümumi halda götürdükdə burda dünyanın, zamanın, gərdişin quruluşuna, düzümünə, bir alternativ yaratmaq meylləri mövcuddur”.  Bu cümləni başa düşənlər? həmin o kitabı bağışlayıram.
Cavanşir Yusifli bir ara şeir də yazmaq istəyirdi. Lakin onun poetikasına atılan sərrast top mərmiləri onu bu sevdadan daşındırdı.
Bəli, vəziyyət belədir.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 1,00 ilə 5 arası)
Loading ... Loading ...

5 Şərh var
Şərh yazın »

  1. Yaxşı, tənqidçilərdən danışdın, bildik, bəs tənqidçiciyəzlərdən nə deyə bilərsən, ay Qan Turalı…?
    Onlar nə iş görür(lər)…?-))

  2. Maraqlı mözvudur. İcrası barədə tərifli, ya tənqidi heç nə deməyəcəm. Amma mən daha çox Tehran Əlişanoğlu barədə bilmək istərdim, yenə yazırmı?

  3. Tural, yenə pis yuxu görmüsən?

    Adi adamlar pis yuxu görəndə yuxularını suya danışarlar, ya da evdən nəzir çıxararlar.

    İntellekti nə başına, nə gözünə, nə yazılarına sığan ziyalılar isə anidən yerlərindən qalxıb yazı yazarlar…

  4. Vaqif Yusifli haqqında yazdığın sayıqlamara cavab olaraq bir cümlə yazmaq istəyirəm. Get onun zəngin yaradıcılığını mütaliə et!!!

  5. Qan Turalin bu yazisini HEC beyenmedim! Yazinin adi plagiatdir!
    24 Sentyabr, 2008 ci ilde Eldeniz Sadixli EYNI ADLI meqale yazmisdi, acigi Qan Turalin yazdigindan daha semimi, daha obyektiv ve daha elmi idi.
    Link:

    http://kultaz.com/2008/09/24/eldeniz-sadixli-qamci-tenqidin-tenqidi/

    Qan Tural o yazini oxumamisam deye bilmez, cunki ora rey de yazib: (Şərhçi: Qan Turalı Tarix: Sentyabr 24th, 2008 23:55 )

    Bir tenqidci ki oz yazisina ogurluq basliq qoyur, menim fikrimce orada FIKIR ola bilmez ve yoxdur!

    Mesele burasindadir ki, insanlar ve onlarin fealiyyeti haqqinda HOKM vermek ucun ne azi MENTIQI SHERTLERE EMEL ETMEK LAZIMDIR. Tezisler ireli surulmeli ve subut olunmalidir.

    “Baş Nazirin müavini, üstəgəl xalq yazıçısı olan Elçin Əfəndiyevin son yazıları ancaq elegiyalardan və memuarlardan ibarətdir. Onun keçən həftə mətbuatda dərc elətdirdiyi Erskin Kolduelldən tərcüməsi bir daha sübut edir ki, o, müasir ədəbiyyatı kifayət qədər qavraya bilmir”

    ELCININ QAVRAYISH XETALARI HARADADIR?

    “Çünki onun yazılarında Əsədin öz imzası da daxil olmaqla yazı predmetləri də kifayət qədər köhnə və bayağıdır”.

    (no comment)

    İki il öncə Əsəd Cahangir baş redaktoru olduğu “Körpü” jurnalında Anardan müsahibə almış və bu müsahibədə Anarın üzünə belə demişdi: “Mənim üçün siz cəmiyyətdəki qara qüvvələrin qarşısında dayanan nəhəng bir sipərsiniz”.

    Meger Esed Anar haqqinda bele dusune bilmezmi?

    Deyilənə görə,(!!!- T.SH) bir ön sözünü bir neçə kitaba verən Vaqif Yusiflinin məqalələri əsasən “görün bu yerdə şair nə deyib” janrındadır.

    Bele yerde deyirler ki, ONU SENDEN BASQA DEYEN QELET ELEYIR! (ZARAFAT)

    “Azərbaycan aliminin elmə dəxi olmadığı kimi Ədəbiyyat institunun əməkdaşı Cavanşir Yusiflinin də ədəbiyyata dəxli yoxdur”

    Qan Tural, qardas, lutfen denen, Cavansir muellim EDEBIYYATA NECE DAXIL OLA BILER? ONUN GIRIS QAPISI HARADADIR? QAPININ AGZINDAKI INKIR MINKIR ADAMDAN NE SORUSUR? ONA HANSISA PAROL DEMEK LAZIMDIRMI?

    “Əli Kərimin poeziyasını, xüsusi bir dildə təqdim edilən bu əlifbanı, A hərfindən sonuncu səsinə kimi oxuyanda hiss edir və əmin oursan ki, ümumi halda götürdükdə burda dünyanın, zamanın, gərdişin quruluşuna, düzümünə, bir alternativ yaratmaq meylləri mövcuddur”.

    Qan Tural, qaqa, sen o zaman TENQIDI TENQID EDE BILECEKSEN KI O CUMLENI BASA DUSECEKSEN!!!

Şərh yazın