Qaynar xəbər portalı

Kitab dünyası


Seymur Baycan

Bəlkə də sovet şairləri pafosla şair obrazını həddən ziyadə şişirtdikləri üçün bu gün biz şeir yazan, roman qaralayan yazar tayfasından göstərə biləcəklərindən daha artıq cəsarət tələb edirik. Tez-tez tənqid və təhqir olunurlar. Susurlar. Bu tip yazılar olsa-olsa adı hallanan adamların bir az qanın qaraldır. Vəssalam. Artıq yazıya öyrəşiblər. İmmunitet yaranıb. Xalq dilində desəm, üzləri qaşınıb. Ən pisi də budur. Mən bu yazını şəxsi münasibətləri unudub yazıram. Aşağıda, az sonra adı çəkiləcək bir neçə adamla şəxsi münasibətim var. Azərbaycan balaca yerdir. Ya vəlvələdən, ya da zəlzələdən müxtəlif tədbirlərdə, şənliklərdə qarşılaşırıq. Hətta vəziyyət ağır olanda bəzilərindən pul da alıram. Deməli, şəxsi münasibətləri unudub keçirik reallığa.

Şah Qacar və Vaqif

Mövzunu xatırlayaq. Sovet şairləri şair obrazını çox şişirtmişdi. Məsələn, çoxlarının əzbər bildiyi, Azərbaycan teatrının səhnələşdirdiyi “Vaqif” daramını götürək. Bir sovet şairi kimi Səməd Vurğun pafoslu olmağa məcbur idi. Amma bu əsərdə o, əsl ustalıq nümayiş etdirdi. İroniyasız. Yəqin bu misraları xatırlayırsız.

- Şair, hökmdarın hüzurundasan.
- Bunu sizsiz belə düşünürəm mən.
- Bəs baş əymədiniz?
- Əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli.

Bəli, tarixdən az çox xəbəri olanlar bilir ki, Tiflisin altını üstünə, üstünü altına çevirmiş Qacarla bu tonda danışmaq olmazdı. Adamın yeddi arxa dönənin dirildib divar dibinə düzərdi. Və üstəlik Qacarın qarşısında kim baş əyməsə yaxşıdır? Vaqif. Kim? Vaqif. Mən ona görə yuxarıda Səməd Vurğunun bu əsərdə əsl ustalıq nümayiş etdirdiyini qeyd elədim. Əslində bu misralar Qacarı və Vaqifi tanıyan adamlarda gülüş doğurmalı idi. Əksinə, Azərbaycan oxucusu və tamaşaçısı bu əsəri çox sevdi. Mən də çox sevmişəm bir vaxtlar. Hətta o dərəcədə ki, Lorkanın güllələnən zaman ağlayıb yalvarmasını oxuyanda çox pis oldum. Bu faktı, Lorkanın ağlamasını, yalvarmasını uzun müddət həzm edə bilmədim.

Şeyx Nəsrullah və İsgəndər

Azərbaycan camaatının ziyalıya münasibətini Mirzə Cəlil (qəbiri nurla dolsun) “Ölülər” əsərində çox mükəmməl qələmə alıb. Şeyx Nəsrullah ölüləri diriltmək üçün şəhərə varid olanda həmin ziyalıları, oxumuş adamları xəbər alır. Onun qorxusu yalnız elmli adamlardandır. Qalanları hər an diz çökməyə hazırdır. Şəhərin oxumuş adamlarından biri, teleqrafçı Heydər bəy Şeyx Nəsrullahın ölü dirildəcəyinə şəkk gətirmir. İnanır. Aha, biri tam zərərsiz intilgentdir. Şeyx Nəsrullah büsbütün arxayın olmaq üçün bir daha oxumuş adam xəbər alır. Xalq deyir ki, biri də var, Kefli İsgəndər. Amma avaranın, sərxoşun biridir, onu it yerinə qoyan yoxdur. Daha sonra İsgəndərin Şeyx Nəsrullahla söhbətində maraqlı bir məqama toxunur Mirzə Cəlil: “Bizim oxumuşlar sizdən ölü diriltməyi öyrənib alim olacaqlar”. Xalqın İsgəndərə münasibəti Şeyx Nəsrullahla Şeyx Əhmədin söhbətində lap gözəl alınır.

 - Bu İsgəndərdən heç gözüm su içmir.
 - Heç narahat olma. Onu burda it yerinə qoyan yoxdur. Avaranın biridir.

 Satılanlar və içənlər

Ziyalını sıradan çıxarmağın iki klassik forması var. Birincisi, onu titulla, ordenlə, öləndə Fəxri Xiyabanda basdırılmağı vəd etməklə, təqaüdlə satın alırsan. İkincisi, onun avara, alkaş obrazını yaradıb tam zərərsizləşdirirsən. Yaxud elə şərait yaradırsan ki, o, çıxış yolunu içməkdə görür. Məsələn, İsgəndər kiçik qardaşının “sən niyə içirsən?” sualına belə cavab verir: “Sən də mənim kimi oxusaydın, araq küplərinin dibində yatardın”. Azərbaycanda birinci formadan daha geniş istifadə olunur. Daha dəqiqi, Azərbaycanda ziyalılar satın alınırlar, özləri özlərini satışa çıxarırlar. Özü də daha ibdar formada. Elələri də var ki, həm satışa çıxırlar, həm də içirlər. Həm qəhrəman, həm də burjua kimi yaşamağı bacaranlar var. Məsələn, az qala yarım əsrdir dar ağacına salam verən Rüstəm Behrudi. Dəbdəbənin içində Kefli İsgəndər olmağa cəhd etməyin özü belə qarşısında baş əyiləsi istedaddır. Həqiqətən xalq Rüstəm Behrudinin əndirabadi münasibətlərini, şeytan və mələk mövzusunda binar söhbətlərini, intihar etmək istədiyi haqda nağıllarını sevir.

İndiki zaman-bic uşaq

Diktafonu qoy Azərbaycan ziyalısının qarşısına, sənə nədən deyirsən danışsın. 37-ci il repressiya qurbanlarından (Əkrəm Əylisli), Mirzə Cəlildən (Anar), Abşeronun ağ və qara şanısından (Elçin), Cavad xandan (Sabir Rüstəmxanlı), Qədir Rüstəmovdan, Rəmişdən, Üzeyir Hacıbəyovdan (Aqil Abbas), Hindarxına şəhər statusu verilməsindən (Rəşad Məcid), İrəvan xanlığından (Yaqub Mahmudov), yaralı Arazdan, Dəli Kürdən, Təbriz həsrətindən, xaç yürüşlərindən, Nobel mükafatından, “Molla Nəsrəddin” jurnalından, akvariumdan, okean balıqlarından, Qız qalasından… Keçmiş və gələcəkdən danışmaq Azərbaycan ziyalısı üçün ilham mənbəyidir. Elə ki, siz söhbəti günümüzə, indiki zamana fırlatsanız, onlar susacaqlar. İndiki zaman sanki, Azərbaycan ziyalısının bic övladıdır. İndiki zamanın Azərbaycan ziyalısının timsalında soyadı və atasının adı yoxdur.

Bütün yaxşılıqlara ölüm

Əlbəttə, söhbət Azərbaycan ziyalısının siyasi mənsubiyyətindən, hər hansı siyasi liderə simpatiya göstərməsindən getmir. Məsələni bu qədər bəsitləşdirmək olmaz. Problem ondadır ki, Azərbaycan ziyalısı Fəxri Xiyabanda basdırılmaq, fəxri ad, “Şöhrət” ordeni və müxtəlif titullar almaq üçün özü, yaradıcılığı ilə bərabər həm də Üzeyir bəy Hacıbəyovu, cümlə Azərbaycan klassiklərini, Cavad xanı, Təbrizi, yaralı Arazı, Dəli Kürü, ümumiyyətlə, o taylı-bu taylı Azərbaycanı satışa çıxarır. Maqsud İbrahimbəyovun “Bütün yaxşılıqlara ölüm” adlı bir əsəri var. Oxusanız da olar, oxumasanız da. Azərbaycanda şəhər və şəhər mədəniyyəti, dəniz ədəbiyyatı, dəniz mətbəxi, dəniz mifologiyası yoxdur. Ona görə İbrahimbəyov qardaşlarının nə yaradıcılığı, nə də məlum hərəkətləri bizdə nə hiss oyadır, nə də qıcıq. Biz onlardan heç nə ummuruq. Ummağa da haqqımız çatmır. Amma Cavad xandan film çəkən, bir vaxtlar meydanda başı sarıqlı nitq söyləyən, kitabı 200 min tirajla satılan Sabir Rüstəmxanlıdan nəsə ummağa, gözləməyə haqqımız çatır. Çünki yazıçı, şair, publisist tirajdandıqca həm də başqalarının olur. Və əgər sən xalqın hissləri ilə oynayırsansa, onun qəhrəmanları haqqında poema yazıb, film çəkirsənsə, bu məsuliyyət daha da artır. Əgər Sabir Rüstəmxanlı Cavad xan haqqında yox, Gəncənin icra başçısı Eldar Əzizov haqqında film çəksəydi, ona qarşı münasibət də müsbət yöndə dəyişərdi. Mən müşahidə aparmışam. Adamların Aqil Abbasa, Sabir Rüstəmxanlıya qarşı münasibəti Zəlimxan Yaqubla müqayisədə daha qəzəblidir. Niyə? Səbəbi çox sadədir. Zəlimxan Yaqub dağdan, dərədən, güldən, çiçəkdən, məhəbbət dastanlarından, Aşıq Ələsgərdən, Kərəm yanğısından danışıb günün keçirir. Onun Cavad xanla, Üzeyir Hacıbəyovla, Babəklə, Nəsiminin Hələbdə soyulmasıyla heç bir işi yoxdur. Savadı az, səmimiyyəti adlarını yuxarıda çəkdiklərimdən çoxdur. Aqil Abbas isə “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” adlı roman yazır, amma Azərbaycan akademik musiqisinin banisi Üzeyir bəyin adı Musiqi Akademiyasından götürüləndə susur. Məntiqlə çadırda Üzeyir Hacıbəyov axtaran Aqil Abbas Musiqi Akademiyasından Üzeyir bəyin adı götürüləndə ən azı dükandan bir ülgüc alıb damarlarını doğramalı idi. İnanın, günü səhər Üzeyir bəyin heykəlini bulduzerin qabağına verib uçursalar, yenə də susacaq. Çünki, danışmaq sərf eləmir. Danışsan, adama deputat mandatı verməzlər.

Şam əgər yanmırsa?

Bu sualın çox sadə, həm də orijinal cavabı var. Şam əgər yanmırsa, deməli, ya deputat təyin olunub, ya da oğlu vəzifədədir. Biz şamdan işıq sönəndə istifadə edirik. Normal adamlar isə sevgi dolu görüşlərdə gözəl atmosfer, ələverişli şərait yaratmaq üçün şam yandırırlar. Ürəkləri istədikləri zaman üfürüb söndürərlər. Məsələn, Şərqdə ilk demokratik respublikanın qurulmasıyla fəxr edənlər Rəsulzadənin abidəsi ucaldılacaq yerdə göbələk formasında fontan tikilməsini görmədilər və görəməyəcəklər.

Qəzalar

Pis çıxmasın, hərdən düşünürəm ki, nə yaxşı bir-iki adam vaxtında avtomobil, vertolyot qəzasına düşüb bizi tərk etdilər. Nə bilmək olar, bəlkə də yaşasaydılar Rəfael Hüseynovdan, Nizami Cəfərovdan, Yaqub Mahmudovdan, Əkrəm Əylislidən daha betər günə düşəcəkdilər. Məgər ən cığal adam Əkrəm Əylisli 70 yaşında “Prezident Aparatından zəng vurub məni təbrik etmədilər”, deyərək göz yaşı töküb hönkür-hönkür ağlamadımı? Biz Anardan dissidentlik gözləyirdik, o, isə “Qalib gəldi, qalib getdi” adlı məqalə yazdı. Məgər Məmməd Araz, Xəlil Rza Ulutürk ulu öndərə şeir həsr etmədilərmi. Yeri gəlmişkən, Ramiz Rövşən də Əbülfəz Elçibəyə şeir həsr etmişdi. Bu mənada Rüstəm Behrudi çox bacarıqlı, istedadlı, vəziyyəti dəyərləndirən şairdir. Adam həm Elçibəyə, həm də nə qədər qəribə olsa da Əli İnsanova şeir həsr etmişdi.

Aprımov

Aprımov soyadlı bir qazax rejissoru var. Nazarbəyov rejimindən baş götürüb Avropaya qaçıb. Müxtəlif şəhərlərdə yaşayır. Qəzetlərdə tez-tez müsahibələr verib Nazarbəyovu kəskin tənqid edir. Bu vaxta qədər Nazarbəyovu xeyli xərcə salıb. Aprımov müsahibələrindən birində jurnalistin “siz niyə Avropaya mühacirət etdiniz? Məgər Qazaxstanda qalıb mübarizə aparmaq olmazdı?” sualına belə cavab vermişdi: “Mən Qazaxstanda qalsaydım Nazarbəyovun ya silahı, ya da pulu qarşısında susmalı olacaqdım. Ona görə, Avropaya qaçmalı oldum. Qoy, qazax xalqı görsün ki, onun ziyalılarından biri satılmadı. Mən həmən Aprımovam”. Ey, yuxarıda adı çəkilənlər, utanın. Əslində açıq danışsaq, bütün bu ittihamların bir cümləlik cavabı var. Həmin cümləni, inşallah, özüm “Şöhrət” ordeni alanda deyərəm.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (10 səs, təxmini: 4.5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, Fevral 6th, 2008 tarixində 23:19 radələrində Köşələr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

46 şərh var


  1. Əli Əkbər adlı istifadəçi, Fevral 7, 2008 tarixində, saat 14:10 yazıb:

    Əllərinə sağlıq Seymur!


  2. Yalçın adlı istifadəçi, Fevral 7, 2008 tarixində, saat 16:10 yazıb:

    Əhsən Seymur bəy!
    Uzaq sahillərden alqışlayıram səni!


  3. Qudsi adlı istifadəçi, Fevral 7, 2008 tarixində, saat 19:18 yazıb:

    Bir ayagi burda, bir ayaqi o dunyada olan Caneli Ekberovun mugama Heyder Eliyevin adini salib bagirdigini eshidende aydin olur ki, rehmetlik Papanin demishken “Если человек идиот-то это надолго”. Umumiyyetle mende bele bir fikir formalashmaqa bashlayib ki, Azerbaycanda her shey qaydasindadir.Esas kutle sakitce tam xoshbext yashayir. Sadece bezileri sehven bu mekanda dunyaya gelir.Ya da qesden.


  4. Eldeniz adlı istifadəçi, Fevral 7, 2008 tarixində, saat 22:47 yazıb:

    Esq olsun Seymur bey.


  5. ehtiram adlı istifadəçi, Fevral 8, 2008 tarixində, saat 17:01 yazıb:

    1 gün müəllifə təklif gəlsə böyük həvəslə tənqid etdiklərinin sırasına qoşulacağına əminəm.aprımov da qərbə satılıb da noolsun?


  6. MANIS adlı istifadəçi, Fevral 9, 2008 tarixində, saat 06:57 yazıb:

    Deyəsən bu qardaş yenə hansısa fonddan pul alıb…
    :)


  7. Raset Pirisoyu adlı istifadəçi, Fevral 9, 2008 tarixində, saat 12:32 yazıb:

    Əziz Seymur!
    Sən, deyəsən, bu azərbaycanlıları seymurbaycanlılara döndərməyincə, onlardan əl çəkmək fikrin yoxdur.
    Uğurlar.
    Sənə sevji bir informasiya verim. Bu günlərdə M.F.Axundovun heykəli ilə görüşə getmişdim. Gedib gördüm ki, dostlar Axundovun soyadını ingiliscə düz, azərbaycanca isə səhv yazıblar. İngiliscə «Axundov», Azərbaycanca «AXYNDOV».
    Belə belə işlər, qardaşım


  8. Raset Pirisoyu adlı istifadəçi, Fevral 9, 2008 tarixində, saat 12:47 yazıb:

    Ele ingiliscə də səhv yazıblar. İngiliscə gərək ki, «Akhundov» yazılır


  9. Raset Pirisoyu adlı istifadəçi, Fevral 9, 2008 tarixində, saat 12:53 yazıb:

    Yox, deyəsən azərbaycanca düz, ingiliscə səhv yazıblar.


  10. scorpion adlı istifadəçi, Fevral 9, 2008 tarixində, saat 15:01 yazıb:

    Rasət müəllim, siz o heykələ bir də baş çəkin-))))


  11. Raset Pirisoyu adlı istifadəçi, Fevral 9, 2008 tarixində, saat 18:48 yazıb:

    Əziz scorpion,

    Adamlar, nəsillər, əsrlər bir - birini başa düşməyəndə, yaxud tamamilə başa düşəndə ortaya Azərbaycan ədəbiyyatındakı bu günki mənzərə çıxır.
    Mən hətta o heykəlin üzərindəki yazıları o sayaq görəndə bir müddət çaş - baş qaldım, bilmədim qarşımdakı M.F.Axundovdur, yoxsa AXYNDOVDUR. İnformasiya üçün nəzərinizə çatdırım ki, heykəlin üzərində təkcə Axundov sözü deyil, həm də «MİRZƏ», «FƏTƏLİ» sözləri səhv yazılıb, Mirzə «MIRZƏ» kimi, Fətəli isə «FƏTƏLI» kimi.
    Mən bu informasiyanı saytda təkcə ona görə, Sizi (səni mənasında) MARAQLANDIRAN şəkildə, bir neçə dəfə yazmadım ki, Siz mənə məsləhət verəsiniz, ona görə yazdım ki, heç olmasa, Siz arada ədəbi insafa gəlib, Axundova olmasa da, AXYNDOVA baş çəkəsimniz. Bəlkə onda Axundovun soyadını AXYNDOV kimi yox, eləcə dədə - baba qaydasında Axundov kimi yazalar.
    Mən Sizin müdrikliyinizə inanıram.
    Ümid edirəm, Siz mənim bu xahişimi yerə salmasınız.


  12. we are left ring adlı istifadəçi, Fevral 9, 2008 tarixində, saat 18:57 yazıb:

    Yaxsi yazidir amma bir nov evvel dediklerinin tekraridir.Sag olun Seymur bey


  13. Seyid Ramin adlı istifadəçi, Fevral 9, 2008 tarixində, saat 19:15 yazıb:

    Rasət bəy, Axundovun gərək heykəlini də əyri yapardılar, nəinki adını…


  14. Raset Pirisoyu adlı istifadəçi, Fevral 10, 2008 tarixində, saat 15:45 yazıb:

    Niye, qardashim?


  15. Seyid Ramin adlı istifadəçi, Fevral 10, 2008 tarixində, saat 21:02 yazıb:

    Ona görə ki, Axundov iki üzlü birisi olub. Satqın olub. Rusiyada Axundov olub, Azərbaycanda Axundzadə…


  16. aya apa adlı istifadəçi, Fevral 11, 2008 tarixində, saat 00:49 yazıb:

    dehshetli derecede haqlisan… seymur. deyesen, ioneskonun eserindeki sheherde hami kergedana chevrilir. bunu mushahide edib dehshete gelen qehreman sonda ozu de elacsiz qalib kergedan olmaga bashlayir. bax bele-bele ishler…


  17. Raset Pirisoyu adlı istifadəçi, Fevral 11, 2008 tarixində, saat 13:29 yazıb:

    Hormətli Seyid Ramin!
    Seymur Baysanın məqalsi fonunda M. F. Axundovla bağlı mövzunun müzakirsi tamamilə tebiidir.
    Seyid, Allaha çox şükür ki, M.F. Axundovun qəbri Azərbayjanda deyil, Gürsüstandadır. Biz gərək onun heykəlini də aparıb Moskvada qoyaq. Adını və soyadını iki yüz ilə düz əməlli yazmağı oyrənmədiyimiz bir yazıçının heykəlini Bakının tən ortasında qoymaq bizim haramıza yaraşır?
    Seyid, onu da deyim ki, Mirzə Fətəli Axundov Xamnəlidir. Təbrizin Xamanə qəsəbəsindəndir. Bilmək olmaz, birdən Axundov imam Xamneyinin qohumu - zadı olar, başımıza iş açarıq. Hər halda mən sənə ehtiyatlı olmağı məsləhət görürəm.


  18. scorpion adlı istifadəçi, Fevral 11, 2008 tarixində, saat 15:40 yazıb:

    Rasət bəy əsəbləşməyin… Mən heykələ bir də baş çəkin deyəndə… Heykəlin yanına gedib ana baxın mənasında demədim… Heykəl nə zaman qoyulub və həmin vaxt Azərbaycanda istifadə olunan yeni latın qrafikası necə idi… Bunu araşdırın demək istədim… Çox təəssüf daha şairlərimiz də işarədən söz tutmurlar…


  19. Raset Pirisoyu adlı istifadəçi, Fevral 11, 2008 tarixində, saat 18:07 yazıb:

    Əziz sсorpion!

    İndi mən Sizə necə izah edim və Sizi necə başa salım ki, latın qrafikasının tərcümeyi - halı, heykəlin qoyulma tarixi, Azərbayсan xalqının latın qrafikasını qəbul etməsi, sonra ondan imtina etməsi, ən nəhayət yenidən qəbul etməsi (və ilaxir və sair və qeyri) heyəklin üzərindəki adın və soyadın BU GÜN səhv yazılması üçün əsas ola bilməz.

    Ümumiyyətlə, əziz sсorpion, bilirsiniz nə var?
    O şeyi ki, Mirzə Fətəli Axundov bu xalqa başa salmaq istyirdi, iki yüz ildir ki, onu heç Mizə Fətəli Axundov adına Kitabxanın fəal yardımıyla da bu xalqa başa sala bilmir, indi istəyirsiniz mən, iki daşan arasında, Mirzə Fətəli Axundovun heykəli üzərində adının və soyadının səhv yazılıdğını Sizə başa salım?
    Qardaşım, Siz daha mənlik deyilsiniz, Siz Mirzə Fətəli Axundovluqsunuz.

    Bəlkə zəhmət çəkəsiniz, elə hər şeyi Sizə Mirzə Fətəli Axundov başa salsın.


  20. Seyid Ramin adlı istifadəçi, Fevral 11, 2008 tarixində, saat 18:52 yazıb:

    Hörmətli Rasət Pirisoyu!
    Mənim Axundzadə ilə şəxsi qərəzliyim yoxdur. Nə də ki, onun yazıçı olduğunu danmıram. Bəli, Axundzadə yazıçı olub. Amma adam yazıçı olanda nə olar? Yazıçı olmağdan əlavə adamın əqidəsi, dini, mənəviyyatı və bu kimi digər şeyləri olmalıdır. Axundzadə isə Axund nəvəsi olub, dini təhsili olub, özü də ki, Xamene vilayətində doğulub. Nə olsun dini, mənəviyyatı ki, olmayıb!? Ömür boyu insanları maarifləndirmək adıyla İslam dininə qarşı mübarizə aparıb. Azərbaycan xalqı tarixən dinə bağlı xalq olub (əsasən də İslam dininə!). Baxmayaraq ki, SSRİ 70 il bu xalqı dinsiz qoymaq istəyib, amma alınmayıb! Axundzadə də ömür boyu ateist olub. Çoxlu satqınlıqlar edib. Ona görə də Axundzadə öləndə ailəsi və yaxınları (həmçinin qohumları) ondan imtina edib. Ona heç kim yaxın qalmayıb. Başqaları (hanbal) bir quyu qazıb Axundzadəni ora tullayıblar, üstünü də zir-zibil ilə doldurublar. Vəssalam.
    Onun qəbirini yer üzündən ümummiyyətlə silmək lazımdır. Adını da tarixdən (istərsə də ədəbiyyatdan olsun).
    Nə isə, Cəlil Məmmədquluzadənin xatirələrindən bir qeydi sizin nəzərinizə çatdırıram. Amma yenə bilin ki, Axundozadə dahi deyil! O heç kimdir!!!
    “Onun namazına, təlqininə, və təşyii-cənazəsinə (son mənzilə yola salınmasına – S.R.) dostlarından və əqrəbasından da duran olmadı. Ta o yerə kimi ki, onu Tiflis qəbristanında quyulamaq üçün dörd nəfər hanbal apardı. Bəhər hal Mirzə Fətəlinin cənazəsi sahibsiz qaldı.”(Cəlil Məmmədquluzadə)
    P.S. Ay Rəsət bəy, islanmışın yağışdan nə qorxusu?


  21. scorpion adlı istifadəçi, Fevral 11, 2008 tarixində, saat 19:53 yazıb:

    Rasət Pirisoylu!!! Bir az daha aydın şəkildə sizə izah etməyə çalışacam… bu heykəl 30-cu illərin əvvəlində qoyulub… Həmin illər Azərbaycanda istifadə edilən latın qrafikasına görə hər şey düz yazılıb… fikrim sizə çatdı? Bəlkə də yazının bu şəkildə qalması daha yaxşıdı… Bilirsiniz niyə? Həm tarixi baxımdan, həm də heç olmasa kimsə bu kişinin adının niyə belə səhv yazıldığını hay-küyə salmayıb ağıllı-başlı araşdırar və əsl səbəbini tapar və anlayar ki, bu səhv əslində Axundovun da dəstəklədiyi və uğrunda çalışdığı (səhv ya düz olmasına qarışmıram) əlifba islahatının elə onun öz adında, soyadında qoyduğu izdi…


  22. Raset Pirisoyu adlı istifadəçi, Fevral 11, 2008 tarixində, saat 22:15 yazıb:

    Sсоrpion!!!

    Mən Sizin bu arqument səslədircəyinizi hiss etmişdim. Və ona görə də bundan əvvəliki cavabımda yazmışdım: «…latın qrafikasının tərcümeyi - halı, heykəlin qoyulma tarixi, Azərbayjan xalqının latın qrafikasını qəbul etməsi, sonra ondan imtina etməsi, ən nəhayət yenidən qəbul etməsi (və ilaxir və sair və qeyri) heyəkəlin üzərindəki adın və soyadın BU GÜN səhv yazılması üçün əsas ola bilməz»

    Bu heykəldir. Hər gün yüzlərlə adamın baxdığı heykəl. Heykəlin üzərindəki səhv ad və soyad heykəli qoyulan adama hörmətsizlikdir. Adamda yaranan ilk təssürat məhz budur. Adam fikirləşir ; bura bax e, heykəlin adını və soyadını düz yazmayıblar.
    Bəlkə elə bilirisiniz hamının Sizin kimi Mirzə Fətəli Axundovun əlifba islahatından xəbəri var.

    Mirzə Fətəli Axundov kimi mübahisəli tarixi şəxsiyyətə münasibətdə elə bilirəm biz daha diqqətli olmalıyıq.

    Qaldı mənə… Siz mənim də soyadımı düz yazmamısınız. Ümid edirəm, bunun Mirzə Fətəli Axundovun əlifba islahatına dəxli yoxdur. Bunun olsa olsa ancaq Sizə dəxli var və fikirləşirəm, daha Sizə baş qoşmağa dəyməz.


  23. Rezo adlı istifadəçi, Fevral 12, 2008 tarixində, saat 19:40 yazıb:

    Yazını və onun altındakı, mətnə aid olmayan(olan?) şərhləri oxuduqdan sonra Sizlərdən olduğum üçün məni xəcalət təri basdı.


  24. Mixaylo adlı istifadəçi, Fevral 12, 2008 tarixində, saat 21:21 yazıb:

    Rezo, tərlədinsə, tərə qarşı geldən istifadə et!


  25. Emin adlı istifadəçi, Fevral 12, 2008 tarixində, saat 22:14 yazıb:

    Seymur deyirem bu meqalen bir fransiz caxiri ile geder ne deyirsen?
    Seymur sene asagidakilardan hansi aiddir?
    -Yagisdan cixib yagmura dusmek
    -yoxsa,”qoy hele yagisa dusek”

    Seymur sadece bu milletin FELSEFEsi yoxdur! Qoy 18 ci esrde Adam Smit “gorunmez elden”, Saint Simon “teknokratlardan”, Jean Baptiste Say “Tehsil” den danissin, Azerbaycan ise “neft strategiya”sindan!

    Ugurlar brat! ozunu qoru! hokumetden yox ha, bizim “ziyalilardan” (etim tokuldu)


  26. elminhesenli adlı istifadəçi, Fevral 12, 2008 tarixində, saat 22:14 yazıb:

    Bu yazinin en gozel hissesidir:

    “Əlbəttə, söhbət Azərbaycan ziyalısının siyasi mənsubiyyətindən, hər hansı siyasi liderə simpatiya göstərməsindən getmir. Məsələni bu qədər bəsitləşdirmək olmaz. Problem ondadır ki, Azərbaycan ziyalısı Fəxri Xiyabanda basdırılmaq, fəxri ad, “Şöhrət” ordeni və müxtəlif titullar almaq üçün özü, yaradıcılığı ilə bərabər həm də Üzeyir bəy Hacıbəyovu, cümlə Azərbaycan klassiklərini, Cavad xanı, Təbrizi, yaralı Arazı, Dəli Kürü, ümumiyyətlə, o taylı-bu taylı Azərbaycanı satışa çıxarır.”

    Seymur, sen cox gozel yazicisan. Butun yazilarin cox gozel, oxunaqli ve gereklidir.

    Men shexsen sevinirem ki, bu olkede senin kimi yazar var.


  27. Ulvi adlı istifadəçi, Fevral 13, 2008 tarixində, saat 17:23 yazıb:

    Bir sozle, e’la!


  28. Şahanə adlı istifadəçi, Fevral 13, 2008 tarixində, saat 20:15 yazıb:

    Seyid Ramin, bu qədər gənc yaşda Axundzadə haqqında nəsə deməyə, həm də NƏSƏ, özünü necə haqlı bilirsən? Axundzadəni basdıran olmayıb, hə? Bu, ədibin yox, xalqın bədbəxtliyidi. Motsartı da zamanında ümumi qəbrə atmışdılar, soydaş! İnsanların savabı-günahı bir Tanrının yanında bəlli olar.

    Seymurun yazdığına gəlincə…Seymur səmimiyyətinə qətiyyən inanmadığım bir yazardır. Yazdıqları Quran ayəsi qədər danılmaz olduqda belə, o, nəyinsə xatirinə, kimisin quyruğunu tapdalamaq üçün və ya hansısa səbəbdən yazmış kimi görünür mənə…

    Mənəmi yazıq, Seymuramı?


  29. Seyid Ramin adlı istifadəçi, Fevral 13, 2008 tarixində, saat 22:04 yazıb:

    Şahanə, mən konkret fakt qoydum və ona əsasən NƏSƏ dedim.


  30. TanriKut Mete adlı istifadəçi, Fevral 16, 2008 tarixində, saat 20:22 yazıb:

    eslinde maraqli olan korun kora lag elemesi deyil…kora lag eliyen koru alqislayanlarin, terifler yagdiranlarin coxlugudur…bir yaxsi yaxsi baxin gorun…bu bey kimleri tenqid edir..ve de niye tenqid edir…bu sadece ele yuxarida adi kecenleri birde Namiq Qaracuxurlunu cesaretle(!) tenqid edir…ermenilerin…a.abdullayevalarin uzune-eline baxmaqdan vaxt elesen bir guzguyede bax.


  31. ato adlı istifadəçi, Fevral 16, 2008 tarixində, saat 20:42 yazıb:

    Zamanə pis zəmanədir… Vaqif kimi şəxsiyyəti Səməd Vurğun kimi bir yaltaq canlandıranda, o, Seymur Baycan kimi mədət qulunun murdar dilində alət olacaqdı… çox təəssüf…


  32. Teymur adlı istifadəçi, Fevral 19, 2008 tarixində, saat 00:24 yazıb:

    Salamlar Seymur Baycan! Qardashim Aladir! Ala!!! Moskvadan Teymur


  33. Teymur adlı istifadəçi, Fevral 19, 2008 tarixində, saat 00:27 yazıb:

    eyid ramin san AXUNDOVUN kimliyindan xabarin varmi?????????????


  34. Seyid Ramin adlı istifadəçi, Fevral 19, 2008 tarixində, saat 01:45 yazıb:

    eymur, mənim AXUNDOVUN kimliyindən çox yaxşı xəbərim var!!!!!!!!!!!!!
    P.S. Hətta AXUNDOVUN kimliyindən “bir kitablıq” yuxarıda da yazmışam!!!!!!!!!!!!!


  35. modi adlı istifadəçi, Fevral 20, 2008 tarixində, saat 19:34 yazıb:

    Seyid,Axundovun ateistliyi azerbaycan xalqinin dindarligindan yaxshi idi


  36. Seyid Ramin adlı istifadəçi, Fevral 20, 2008 tarixində, saat 22:24 yazıb:

    modi, o sənə elə gəlir…


  37. Fexreddin adlı istifadəçi, Fevral 22, 2008 tarixində, saat 02:22 yazıb:

    E qaqa, eshq olsun! Sene semimi olaraq Rustem Behrudi omru, B.Vahabzade safligi, Elcin ucaligi, Anar deyaneti, A.Abbas cesareti, S.Rustemxalni vicdani, E.Eylisli semimiyyeti ve R.Mecid idraki arzu edirem. Ozume ise bir az pul… Fikir verme, her shey duzelecek. Bu yazinin qehremanlari belke bu yazini oxuyub bir az ozlerine cheki-duzen vererler… Bax xalqa esil xidmet budur. Birinci onun ziyalisini terbiyelendirmek lazimdir. Ne edek bizde de tersinedir de. Ziyalilarimiz bizi terbiyelendirmekden ozlerinin terbiyelenmeye ehtiyaclari var.


  38. Elnarə 85 adlı istifadəçi, Fevral 23, 2008 tarixində, saat 23:45 yazıb:

    Əşi, bu nədir e? Müzakirə etməyə adam tapmadınız? Gedib yapışdınız vətən xainindən?


  39. Kassandra adlı istifadəçi, Fevral 24, 2008 tarixində, saat 22:21 yazıb:

    Ela yazidir! cox teessuf ki, gec oxudum. Seymur Baycanin yazilari hemiwe maraqli olub. ele indi de. Tewekkurler, Seymur Baycan!


  40. KERAMET adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 21:16 yazıb:

    Oxudum, oxudumsa daha deqiqi yazi ozunu oxuturdusa, artiq bu neticedir.Adlar hec neyi hell etmir. coqrafi menevi muhitin neyi yetisdirmeye hesablanmasi zennimce hell edicidir,Her yerde her zaman bele adlar numuneler ite tok,,,uzun meseledi/ Aqilli , namuslu adamlari idare etmek cetindi,, her zaman. Belke meseleni koku bundadi, Saq ol ki, bir -iki cumle yazdirdin.


  41. hikmet adlı istifadəçi, Mart 28, 2008 tarixində, saat 02:43 yazıb:

    Heyif ki, gec oxudum, amma yaxshi ki, oxudum.
    Sherhleri de oxudum…Sherhlerin icherisinde
    “Seymurun yazdığına gəlincə…
    Seymur səmimiyyətinə qətiyyən inanmadığım bir yazardır. Yazdıqları Quran ayəsi qədər danılmaz olduqda belə, o, nəyinsə xatirinə, kimisin quyruğunu tapdalamaq üçün və ya hansısa səbəbdən yazmış kimi görünür mənə…” fikrini de…
    Hansi meqsedle olursa olsun dushunurem ki, Seymur Bey, ziyalilarimizin (dilim de gelmir ee deyim) qisminde cemiyyetimizi gosteren guzgunu bize teqdim edib. Diger sherhde tekrarchiliq oldugu soylenilir, belkede duzdu, amma guzgude leke yoxdu, kirlenmeyib, olani gosterir.
    Ozumu axtardim guzgude, axtarmadim ee, uzaqdan da olsa gordum ozumu qorxa-qorxa, qachmaq istedim ondan. Amma hara qachasan ee, guzgu gosterir axi, hech olmazsa danishilan movqelerden qachin ki, guzgu sizleri onlarla yanbayan gostermesin.
    Axundova ise noolar deymeyin de, Islama regbetim olsada, bu kimi shexslere dini baxishlarina gore qiymet verilmesinin eleyhineyem.

    Seymur Bey, teshekkurler


  42. Turkin adlı istifadəçi, Aprel 30, 2008 tarixində, saat 16:42 yazıb:

    AZERBAYCAN ZIYALILARI… yadima Seyran Sexavetin NEKROLOQu dusdu.yadima bir vaxtlar GULUSTAN muellifi kimi,sonralarsa muasir saray sairi kimi taninan ziyalimiz dusdu.nese,yadima dusenlerin hamisini ne menim yazmaga ne de sizin oxumaga sebriniz catar.her halda yazmaqla da duzelen deyil.umid edek ki, bu dunyanin qara dasi goyerecek…


  43. kinoman adlı istifadəçi, May 12, 2008 tarixində, saat 21:00 yazıb:

    Seymur bey məlumat üçün deyimki Cavad xan filmini S.Rüstəmxanlı yox,Qobustan,Anamın kitabı,Qayalarda qalan səs,Yaz yuxusunun işığı,Yük,Qax abidələri,Padarçöl,Qudyalçay, Koroğlu film dastan,Abbas və Gülgəz və s. filmlərdən Dəyirman, Bayrmın birinci günü,Zirzəmi,Qətl günü,Ölüləri qəbirstanlıqda basdırın və s. tamaşalardan tanıdığımız Rövşən Almuradlı Çəkib.Yəni qurluşçu rejissorudu.Sabir bəy isə ssenari müəllifidi.


  44. ilqar adlı istifadəçi, May 12, 2008 tarixində, saat 22:53 yazıb:

    MENIM zennimce Seymur Baycan bir az duz deyir azerbaycanda ziyali problemi var
    amma razilasaq ki bugun azerbaycanda yetisen genc istedadli nesil var
    ve bu genc nesilin yarisi qezetlerdedir,yarisi tv-radida(elbette soz dovlet radiosundan gedir ancaq dovlet tv-sinde istedadli yoxdur dayisi olan var) yarisida bezi idarelerde
    amma bugun talelerine biganelik dusen hemin gencler belkede maddiyat ucundan edebiyyatdan jurnalistikadan mecbur qalib gedecekler
    tesevvur edin her seye serait yaradirlar bu genclere yox bu ise tek ziyali problemi deyil vetendas yetisdirmek qabilleyiti olmamaqimiz demekdir
    azerbaycanda oqras boyude bilirik oqru yalanci yapci rusvetci it-oqlu it boyude bilirik amma ziyali yox
    ey yaziq mezlum milletin payina biganelik dusen gencleri


  45. Məsiağa Məhəmmədi adlı istifadəçi, May 21, 2008 tarixində, saat 17:12 yazıb:

    Bu movzu ilə bağlı alman filosofu Habermasın düşüncələri ilə tanışlıq üçün aşağıdakı linkə baxa bilərsiniz:

    http://irfan.azeriblog.com/2008/05/21/xosrov-naqid-yurgen-habermas-ziyalilar-haqqinda


  46. Natiq adlı istifadəçi, İyun 3, 2008 tarixində, saat 11:21 yazıb:

    abimiz gozel yazmish.
    redd olsun butun irticaseverler

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: