Ustad Vaqif Mustafayev:
Yazar: Admin | Bölmə: Kino | Tarix: 08 Şubat, 2008
Milli mədəniyyətimizin liberal-intellektual kinofilosofu
Aydın Xan (Əbilov)
YYSQ sədri, yazıçı-kulturoloq
1988-ci ildən Vaqif Mustafayevin yaradıcılığını diqqətlə izləyirəm: filmdən-filmə çağdaş Azərbaycan və dünya ictimai-estetik, humanitar-kulturoloji düşüncəsinə gətirdiyi, mahiyyət etibarilə daha çox kino-fəlsəfəni xatırladan fərqli-fərdi çalarları gördükcə, “Onun haqqında mütləq yazmalıyam!” fikirləşsəm də, gözləməyi, daha yeni yaradıcılıq uğurları ilə tanış olandan sonra bu kulturoloji istəyi gerçəkləşdirmək niyyətində idim…Bu günlərdə dostum Səlim Babullaoğlu ilə Vaqif müəllimin 50 illik yubileyi ilə əlaqədar onun yaradıcılığına yeni nəsil bədii düşüncə nümayəndələrinin ictimai baxış-müzakirəsini keçirmək üçün sənətkarla şəxsən görüşəndən sonra – Ustad kino-filosof etiraz edib daha çox milli ekran sənətimizin çağdaş durumu ilə əlaqədar tədbirlərin, müzakirələrin təşkilini təklif kimi irəli sürdü – bu şəxsiyyət barədə mütləq indi, milli kulturoloji durumun belə mürəkkəb, keçid dövründə yazmağın, düşüncə adamlarımızı yeni sənət polemikalarına dəvət etməyin vaxtının yetişdiyini anladım.
Əslində bizim layihəmizə görə hər ay iki filminə tamaşa etməklə, müzakirələr aparmaq, mətbuatda bilgisəl polemikalara, sənət diskussiyalarına başlamaq, kritik hala düşmüş milli kinomuzun inkişafına təkan vermək idi və bu yazını oradakı çıxışlarımın biri kimi də qəbul etmək mümkündür…
Vaqif Mustafayev Rusiyadan Azərbaycana qayıdan kimi istər həyatdakı mövqeyinə, dünyaya fərqli baxışlarına, reallığın ekran formatına – o zaman İnternetin, Virtual Aləmin inkişafını yalnız fantastlar və futuroloqlar yazırdılar – görə hamıdan fərqlənirdi. İlk dəfə onunla intellektual-düşüncə tanışlığım Bakının mərkəzi kinomeydanında – “Nizami” Kinoteatrında Vaqif Müstafayevin, SSRİ-nin süni-çürümüş cəmiyyətinin üzünə XX əsrin sonunun İskəndəri kimi tüpürmək fəlsəfəsini lentə aldığı “Yaramaz” filminin Ümumittifaq ilkbaxışının iştirakçısı kimi oldu. Bu maraqlı, zamanında səs-küylü, indi isə tarixi faktları sənət formatında yeni nəsilə tanıdan, gələcək üçün tarixləşdirən bu ekran etirazı ilə gənc Vaqif bir neçə istiqamətdə Azərbaycan kino estetikasına, ümumən götürəndə milli mədəniyyətimizə, kulturoloji-humanitar düşüncəmizə yeniliklər gətirdi.
Film barədə uzun-uzadı mülahizələrimlə kimsəni yormadan o zaman və indinin özündə özüm üçün müəyyənləşdirdiyim cəhətləri qısaca verməklə əslində bu yaradıçı intellektualı indiyə qədər də lazımınca dəyərləndirmədiyimizi vurğulamaq, sənətşünasları, mədəniyyət tarixçilərini, kulturoloqları bu istiqamətdə bilgili polemikalara dəvət edirəm: ola bilsin ki, hansısa məsələni diqqətdən kənar qoyuram, bəzi cəhətləri şişirdir, əksinə, başqalarını azaldıram, əsas bu deyil, baş məqsədim Azərbaycan kino mədəniyyəti tarixində yeni mərhələyə çevrilmiş VAQİF MUSTAFAYEV dönüş mərhələsinin sərhədlərini çızmaqdır…
Böyük kinoya ciddi gəlişinin başlanğıcında – elə ilk filmindəcə Vaqif Mustafayev vaxtilə Mirzə Fətəli Axundovun Azərbaycan ədəbiyyatı tarixindəki missiyasına başladı: bədii kino sənətinə Avropa, dünya standartlarını, bəşəri dəyərləri, yeni ekran estetikasını, kulturoloji texnologiyanı gətirməklə, həm həmkarlarına, həm də milli tamaşaçılara fərqli kino dili, ekran stili, bir sözlə, Qərb və Şərq düşüncələrinin yeni, sintez edilmiş variantını çox ustalıqla təqdim etdi. Zamanın və içindəki böyük sənət enerjisinin diqtəsiylə etdiyi bu riskli jest Azərbaycan ekran sənətində liberal-kulturoloji dəyişikliyə, yeni mərhələyə sıçrayış idi. İndi də bir çox mühafizəkar və oturuşmuş kinobazlar belə hesab edirlər ki, Vaqif Mustafayevin bu inqilabi dəyişikliyi vaxtından əvvəl atılmış və bir çox “milli kino dəyərləri” tarixin arxivinə atmış, ənənəvi baxış zövqünü pozmuş, KÜTLƏvi tamaşaçıları böyük ekran qarşısından uzaqlaşdırmışdır… Burada az da olsa həqiqət var, amma müsbət çalarlarlar baxımından… Məşədi İbad, ya da “Ögey ana” kimi romantik obrazlarla formalaşmış əyalət təfəkkürünü dağıtmaq elə də asan məsələ deyildi!
Mirzə Fətəli kimi Vaqif Mustafayev də zamanın sonuncu qatında fırlanan Şərq – Azərbaycan estetik modellərini – bu halda XX əsr milli kinomuzu – qabaqcıl dünya – Avropa standartları ilə sintezləşdirərək qlobal kino sənətinin özünə belə, yeniliklər gətirdi: bunu ustad kino-sənətkarın müxtəlif filmlərinə verilən beynəlxalq kinomükafatlar, festival ödülləri də sübut edir.
Vaqif bəy peşəkar kino yaradıcılığını geniş təhlilə cəlb edəndə görürük ki, vaxtilə Mirzə Fətəlinin, Üzeyir Hacıbəylinin, Qara Qarayevin başladığı xətt – milli mədəniyyətin istiqamətini Avropa estetik proseslərinə tərəf yönəltmək kimi ağrılı kulturoloji missiyanı kinoda məhz bu yazımın baş qəhrəmanı – Vaqif Mustafayev etdi və möhürünü də vurdu. Onda hələ indiki bir çox dəbdə olan kino-intellektuallar dünya ekran sənətinə gəlməmişdilər…
Dünyaygörüşünə, həyata ironik, bəzən isə sərt satirik baxışlarına görə Vaqif Mustafayevi tərəddüzsüz mədəniyyətimizin, kulturoloji gedişatımızın üç Mirzəsiylə – Fətəli Axundov, Cəlil və Ələkbər Sabir ilə müqayisə etmək qüsurlu alınmaz. Kinoya gətirdiyi fəlsəfənin ölçülərini müqayisə edəndə isə yaddaşımın iki səhifəsi nurlandı: Mövlanə Rumi və Hüseyn Cavid modelləri…
Maraqlıdır ki, indiyə qədər də Azərbaycan filimlərində vizual fəlsəfə məsələlərinə aid analitik-kulturoloji materiallar yazılmayıb, fəlsəfənin yeni qolu olan bu estetik-humanitar format barədə polemikalar demək olar ki, yox dərəcəsindədir. Halbuki istər dünya kinosu, istərsə də sovet-rus (Lotmanın kino estetikasına aid kultoroloji analizlərini xatırlayaq) kinosunda fəlsəfi-estetik düşüncə, kulturoloji modellər barədə kifayət qədər sanballı elmi yazılarla tanışlıq imkanlarımız var. Bu çatışmamazlığın iki səbəbini izah etmək mümkündür: ya bizdə bütün sahələrdə olduğu kimi, kulturologiya elmi yox dərəcəsindədər və o tipli ciddi problemə münasibət bildirilməyib, ya tədqiqatçılarımızın olmaması, ya da kinomuzda təhlil üçün obyekt sayıla biləcək sənətkarın yaradıcılıq nümunələrinə rast gəlinmir.
Fəqət, Vaqif Mustafayevin yaradıcılığını toplam halda araşdırmaya cəlb edəndə, görürük ki, ictimai-mədəni düşüncəmizdəki dəyişikliklərinə, kino estetikasındakı dönüşlərinə, yeni ekran dilinin formalaşdırılmasına, çağdaş həyata baxışlarının ciddiliyinə, intellektuallığına, yaratdığı əsərlərin ümumi məzmununa, təklif etdiyi irreal həyat modellərinin dəyərinə, eləcə də başqa cəhətlərinə görə bu ustad sənətkarı əsl kinofilosof saymaq olar.
Hətta Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini kimi məmurçuluğun özü belə, Vaqif müəllimin bu ağır kulturoloji-tarixi missiyasını zəiflətmədi, əksinə ona yeni-yeni çalarlar qatdı. Məlum olduğu kimi fılosoflar həm də sivilizasiya tarixçiləridir, o mənada Vaqif Mustafayevin son filmləri ilə, o cümlədən Böyük öndərimiz Heydər Əliyevə həsr etdiyi ekran ömürnamələriylə (azəri insanına xatırlama, demə kino vasitəsiylə də tarixin səhifələrini zənginləşdirmək olarmış!!!) bir daha sübut etdi ki, təkcə Azərbaycanda deyil, hətta tele-akademiki seçildiyi Avropada, çağdaş dünyada əsl kinofilosof kimi nüfuz qazanmışdır…
P.S. Gələn yazımızda – indiyə qədər də layiqincə dəyərləndirilməyən, yazılmayan – Vaqif Mustafayevin yaradıcılığında özünün yaratdığı bənzərsiz düşüncə, estetik, fəlsəfi, kulturoloji texnologiyalar, fərdi stilistik qəliblər, çəkdiyi filmlərin çağdaş ictimai-mədəni fikrimizə təsirləri və başqa məsələlər barədə mülahizələrəmizi sərgiləməyə çalışacağıq…
P.P.S. Yazının yazılmasına səbəb Vaqif Mustafayevlə olan ilk və axarıncı real görüşümüz zamanı özünün və mənim bildiyim bir neçə maraqlı məqam təkan verdi: ustad sənətkarın bildirdiyinə görə, otuz ildən çox müddətdə oxuduğu “İnnostrannaya literatura” dərgisinin son saylarını və yazar dostum İlqar Fəhminin “Aktrisa” kitabını stolunun üstündə görməyim, bir də dünyaya çıxarılası dəyərli Azərbaycan övladına yönəlmiş ictimai qısqanclığa qarşı etirazım…
Materiala əlavə:
“YARAMAZ”
Rejissor: Vaqif Mustafayev.
Ssenarist: Vaqif Mustafayev, Ramiz Fətəliyev.
Operator: Aleksandr İlxovski.
Rəssam: Rafiq Nəsirov, Nazim Hacıyev.
Bəstəkar: Emin Sabitoğlu.
Rollarda: Mamuka Kikaleyşvili, Həsənağa Turabov, Yaşar Nuriyev, Hüseyn Muradov, Rasim Balayev, Hamlet Xanızadə, Ağahüseyn Kərimov, Larisa Borodina, Lalə Bağırova, Əli Musayev, Cahangir Aslanoğlu, Eldəniz Zeynalov, Muxtar Maniyev, Zərnigar Ağakişiyeva, Bəsti Cəfərova.
Məzmun: Yaxşı adamın pis adama, “yaramaza” çevrilməsi haqqında tragikomik əhvalat.
1988. “Azərbaycanfilm”, 35mm 10 h. 2653 m, rəng., 91’00″ q.”Qızıl Dyuk” Beynəlxalq Yumor Festivalında M.Kikaleyşviliyə priz ( Odessa, Ukrayna, 1989); Komediya Filmləri Festivalında “Çaplinin qızıl əl ağacı” prizi (Qabrovo, Bolqarıstan, 1989); “Ulduzlar-89″ I Ymumittifaq Kino Festivalında M.Kikaleyşviliyə priz; Dövlət mükafatı (1991).



(8 səs, hardasa: 4,00 ilə 5 arası)

Yüklənir...
Aydın sən dolamısan camaatı?
Müəllifə 2 sualım var.
1 – təxəllüsdən sonra soyadı yazmaq nəyə lazımdı?
2 – materiala əlavənin məsələyə nə daxli vardı?
Vaqif Mustafayev yazılmağa layiq rejissordu. Amma day hisslər burulğanında bu qədər çırpınmaqla və aləmi bir-birinə qatmaqla yox…
axı nəyə lazımdır bütün bunlar
Dəhşətdir…
Şahənə xanım, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olaraq elmi məqalələrimdə rəsmi soyadım getməlidir.
2) Bu yazı hazırladığım Kulturoloji Ensiklopediyanın bir hissəsi olduğundan, orada faktiki materiallara yer ayırmalıyam.
P.S. Vaqif müəllim XX əsr Azərbaycanın bəşəriyyətə bəxş etdiyi dəyərli övladlarındadır və ona sayğı, sevgi, dəyər göstərməyin yeri var!!! Özümüz-özümüzə dəyər verməsək, dünya bizi saya almaz…
Aydın Xan
Aydın, bu yazınla məni təəcübləndirdin – buradakı mövzudan tutmuş onu icraınadək tamam fərqli müəllif gürünrdü sanki. Və incimə, bu daha maraqlıdı, daha yaxşıdı… PS-lər maraqlıydı, amma əlavəyə yer yox idi
Məncə c-b Mustafayevi Azərbaycanın ilk maarifçiləri ilə müqayisə etmək o qədər də düz deyil, ya da çox böyük (bəlkə də gərəksiz) cəsarət tələb edir.
Butun yazilan sherhler arasinda yegane tamamile razi oldugum ve menim hisslerimi ifade eden sherh Novarg adli istifadeciye aiddir.Teshekkur edirem milletin hisslerini bir kelmeyle:) ifade etdiyiniz ucun
Yazının ardı burada:
http://artyazar.azeriblog.com/2008/02/10/ustad-vaqif-mustafayev-zamani-haqlayan-sivilizasiya-mayaki-ii-yazi
Ustad Vaqif Mustafayev: zamanı haqlayan sivilizasiya mayakı (II yazı)
“Yaramaz”lığın fəlsəfəsi
II yazıya zərüri qeydlər…
Sözün həqiqi mənasında, Vaqif Mustafayev haqqında ümumiləşdirdiyim kulturoloji fikirlərimi ilk araşdırmamda sıxışdırıb-kodlaşdırıb yekunlamaqla, dövrümüzün araşdırıcı kimi üstümə düşən mədəni-humanitar ağırlığı altında çıxmaq istədim, araşdırmaçı işimi bitmiş hesab etdim, lakin bir neçə İnternet saytında yerləşdirilən “Ustad Vaqif Mustafayev: milli mədəniyyətimizin liberal-intellektual kinofilosofu” adlı yazımdan sonra
- http://kultaz.com/2008/02/08/ustad-vaqif-mustafayev , http://www.artyazar.com , http://www.xariciedebiyyat.azeriblog.com , http://www.azyazar.com və b. – səslənən rəylərin, edilən müraciətlərin, aparılan e-müzakirələrin qızışması, daha dəqiq ifadə etsəm, bir çoxlarının ictimai-humanitar polemikaya verdiyimiz mətnin çoxqatlı ruhunu anlaya bilməməsi, hələ üstəlik, intellektual durumumuzun mənim düşündüyümdən də bərbad və aşağılayıcı qatda olması bu mövzuya yenidən qayıtmaq zərüriyyətini meydana atdı…
Müəllif kimi bəzi ağızbüzənlərə xatırladıram ki, kiminsə yazılarında nəyisə anlamaq ixtiyarında olmurlarsa, eybəcərliklərinə görə güzgünü sındıranlar sayağı hərəkət etməkdənsə, əksinə intellektual səviyyələrini, estetik zövqlərini, kulturoloji hazırlıqlarını cilahlasalar daha düzgün addım atmış olardılar…
Anı donduran, zamanı əridən sənətkar…
Elə sənətkarlar var ki, onların yaratdıqları zaman, məkan, dövr üçün təkcə lokal-məhəlli-milli səciyyə daşımır, eyni vaxtda bəşəriyyət, tarix, sivilizasiya gedişatından ötrü ağır yük daşıyan lokomotiv rolunu oynayır. Vaqif Mustafayev sabiq SSRİ-ni əhatə edən, bir qədər də Şərqi Avropanı, Orta Asiyanı, Monqolustanı, Əfqanıstanı, Anqolanı, Veytnamı, Kubanı, Nikaraquanı, qismən anti-amerikanizm əhval-ruhiyyəli İranı, Hindistanı və başqa məkanlara qədər gedib uzanan sosialist çətiri altında olan rus-sovet (çağdaş solçuluqla qarışdırmamalı) ədəbi-mədəni məkanında parlamağa başlayanda bir sıra beynəlxalq əhəmiyyətli hadisələr hələ təzəcə baş verirdi. SSRİ-də milli münaqişələr qızışır, yenidənqurmanın yeyinlənir, sabiq Yuqaslaviyada, ikiləşmiş Almaniyada, Şərqi Avropa ölkələrində, Əfqanistanda, bir qədər sonra İraqda baş verən qlobal proseslər dünyanın böyük yaradıcı sənətkarları, intellektual düşüncə sahiblərini qayğılandırdığı kimi, istedadlı, güclü kulturoloji fəhmə malik Vaqif Mustafayevi də titrətmişdi. Və bu amillər ustad sənətkarın bütün yaradıcılığında ana intonasiya kimi keçır. Onun ortaya gətirdiyi milli problemlər tezliklə qlobal – beynəlxalq məsələyə çevrilirdi. İran və Yuqaslaviya filmlərinin beynəlxalq festivallarda uğur qazanmış filmlərinə, son dövr Türkiyə bədii ekran əsərlərinə diqqət ayırmaq bəs edər ki, Vaqif Mustafayevin aktuallaşdırdığı ictimai-siyasi, sosial-mədəni, birləşdirici fikirlə ilə ifadə etsək, kino diliylə qaldırdığı vizual gepolitik, sivilizasiyanın əbədi-fəlsəfi problemlər qlobal humanitar-kulturoloji düşüncədə böyük əksini tapdı…
Əslində, Federiko Fellini,Andrey Tarkovski,Paolo Pazolini, İnqmar Berqman kimi sənətkarların başladığı, Vaqif Mustafayev tərəfindən davam etdirilən, Əmir Kustiriçaya qədər davam edən bu kino-kulturoloji müqavimət bəşəriyyətin demokratikləşməsindən – açıq cəmiyyət quruculuğundan, çağdaş multimədəniyyət dövrünə qədəm qoymasından xəbər verirdi…
Belə bir vaxtda Azərbaycanda hələ yenicə cücərən milli-azadlıq hərəkatı, qızışmaq üçün qor gözləyən Dağlıq Qarabağ münaqişəsi və bu kimi xaricdə planı cızılan, daxildə hazırlanan proseslərin orta nöqtəsində olan kino xadimi, əlbəttə, əhatəsində boğulduğu kütlənin – xalqla eyniləşdirməməli – dağıdıcı xislətini gözəl bilirdi, həmçinin baş verənlərin məntiqi sonluğunu analiz edərək intuitiv deyil (əslində böyük yaradıçılığda fəhmin rolunu arxa plana vermək olmaz), intellektual olaraq tez anlamışdı…
“Yaramaz” – zaman, ölkə, cəmiyyət, İnsan, yoxsa elə hamımız?!
Bu baxımdan “Yaramaz” film-çağırışın mürəkkəb fəlsəfi-ictimai anlam qatları çox mətləblərdən xəbər verir. Baş qəhrəman o dövrün Azərbaycanını, nazir isə Sovetlər İttifaqının simvolu kimi götürülsə, kinofilosof ironiya, satira və yumorun vəhdətindən siyasi pamflet yaradıb. Yaxud proseslərin burulğanına itələnən kütlənin, çürçməyə məhkum köhnə sovet cəmiyyətin ümumiləşdirilmiş surəti kimi qiymətləndirilsə, rejissor-estetin sosial, ictimai, əxlaqi, tarixi, fəlsəfi proqnuzları illər keçəndən sonra daha qabarıq özünü göstərir: Fərhad Əliyev, Əli İnsanov fırıldaqşılıqları, qarşısı alınması çətin olan korrupsiya və rüşvətxorluq halları, simasını itirmiş Azərbaycan insanları, puldan ötrü canını-namusunu-vicdanını satnmaq üçün hətta xaricə üz tutan çağdaşlarımız, harınlaşmış bəzi iş adamları, sadalamağa ərindiyim daha neçə-neçə ictimai-sosial qüsurlar…
Sənətkar kinonun aydın, ifşaedici diliylə insanların arasında bir əxlaq-vicdan xəbərdarlığı yayır – böyük təhlükənin daha dağıdıcı gücə malik olmasını izah etməyə çalışır: amma nə faydası, sosializm realizmi ilə estetik-intellektual zövqləri aşılanmış geniş tamaşaçı kütləsi bu sənət fəryadını eşitmək fikrində deyildi. Kino tənqidçilərimiz isə, həmişəki kimi, ya səviyyələri-savadları çatmırdı, ya da vicdanlarını adlayan qısqanclıq hisslərini içində boğa bilmirdilər, başqa sözlə, Vaqif Mustafayevin ictimai çaöırışını qulaq ardına vururdular, kar olurdular, lal qalırdılar, bəlkə də qorxu canlarını, ruhlarını cilovlamışdı…
“Yaramaz” – dövr-tarix-əxlaq üçün acı Azadlıq himni…
Bəzən deyirlər-yazırlar ki, Azərbaycanda baş verən son milli-azadlıq hərəkatının, dövlət müstəqilliyinin ideoloji rişələri XX əsrin ortalarından – ötən yüzilliyin altımışıncı illərindən etibarən yaranan yeni ədəbiyyata gedib çıxır, bu bəlkə də elədir, amma biz həmin ədəbi nümunələrdə ictimai-siyasi azadlığa çağırış ola biləcək nəzərəçarpacaq əsər görmürük. Tarixin 1988-1992-ği illəri əhatə edən parçasındakı olaylara geniş nəzər salanda, görürük ki, bir çox dəyərli sənət nümunələri ilə yanaşı Vaqif Mustafayevin “Yaramaz” filim-modeli respublikamızın ictimai-mədəni həyatında əsl tezpartlayan bomba effektini verdi: bəlkə də bunun şüuraltı məntiqi davamı olaraq ustad sənətkarım sonrakı genişekranlı, tammetrajlı filimlərindən biri “Milli bomba” adlanırdı!?
O zaman – 1987-ci ildən üzü bu yana Vaqif Mustafayev Azərbaycan insanına sübut etdi ki, totalitar məkanda tənqidin gülüş formatında ictimai-siyasi olaylara təkan vermək mümkündür. Fərdlərin canındakı-ruhundaki rəsmiyyəti, dövlət terrorunu, 37-ci il siyasi represiya sayağı rəsmi-ideoloji basqını rədd edən sənətkar yeni nəsil mübariz Azərbaycan insanını formalaşdırıdı: bəlkə də buna görə idi ki, “Yaramaz” filmindən enerji alan mənim dövrandaşlarım Azadlıq Meydanındakı hərəkatın ön sıralarında mətinliklə durudular…
Belə nəticə hasil oluna bilər ki, Vaqif Mustafayevin filmi ötən yüzilliyin sonlarına doğru Azərbaycanda baş verən milli-azadlıq hərəkatına təkanlayıcı, ideoloji-fəlsəfi çalar faktoru rolunu oynayırdı…
“Yaramaz” filmi, doğrudan da, o vaxtlar gənc intellektualın ictimai düşüncəyə təqdim etdiyi gerçəkliyin modeli idi – içində çabaladığımız zamanın, məkanın, cəmiyyətin, dünyanın sənətdə əksi.
Sənətkar film-çağırışında hadisələrin təbii axarını saxlamaqla cəmiyyətə xəbərdarlıq edirdi ki, həyatın istənilən formasında insan özünü itirməməlidir…
Kinofilosofumuzu anladıqmı, dinlədikmi, qəbul etdikmi – bunu özünüzdən soruşun…
(İctimai istək böyük olsa, ardını yazacağam).
YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov)
aydın xan, sənin işin gücün yoxdur? onsuzda indiyə qədər artaya ciddi bir şey qoya bilməmisən, yəqin bundan sonra da qoya bilməyəcəksən…