Qaynar xəbər portalı

Qobustan Qoruq Muzeyinin direktoru Məlahət Fərəcova Azərbaycanın qayaüstü incəsənəti haqqında kitabı üzərində işi başa çatdırıb. Bu barədə TrendLife-a özü xəbər verib: Davamı…


30 il bundan əvvəl «İrs» folklor ansamblı yaradılıb. Bu barədə müxbirimizlə söhbətində Xalq artisti, tarzən, professor Ramiz Quliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən «İrs» folklor ansamblı unudulmaqda olan rəqslərin, mahnıların, musiqi alətlərinin üzə çıxardılıb, yaşadılmasında böyük xidmətlər göstərib. Əgər ansamblın yaradıcısı bəstəkar Rəşid Nəsiboğlu olubsa, indi ona Sidqi Mustafayev uğurla rəhbərlik edir. //Trend


Dalğa XatınoğluAnam

Anamı sorsanız,
Köylü bir qadınmış derlər
məktəbə getməmiş heç zaman
Ürəyi vəbalı anam.
Adının cizgisini çəkirkən
Nöqtəsini unudardı qaliba
Dodağı qaçardı - bir gülümsəyə
Damğası söyüd budağı tək
Başı zavallı anam.
Min doqquzyüzunudulmuşuncu il… Davamı…


Şair Tofiq Həsənli TrendLife-a verdiyi açıqlamada bildirib ki, şairə Zemfira Əlişqızı onun şeirlərinə sahib çıxır. 2000-ci ildə bir məclisdə tanış olan hər iki yazar bu gün müəlliflik hüquqlarının mübahisəsinə başlayıb. Tanış olduqları zaman Zemfira Əlişqızı Tofiq Həsənlinin şeirlərini bəyəndiyini deyərək onlardan bir neçəsini istəyib. Davamı…


Eyvaz TahaKütlənin yanlış inamına dirənməyin qarşılığı ən yaxşı halda izsiz ölümdür

Eyvaz Taha

Çox çalışdım Mövlananın səkkiz yüz illiyinə nəsə yazmayım, çünki xırdaca bir insan olduğum üçün o böyüklükdə dünyanın yükünü çiynimdə daşımaqdan qorxurdum. Şəms Təbrizlə Rum mollasının haqqını kiçik bir yazıyla bir yerdə ödəmək gülünc gəlirdi mənə, onlara dərin sevgimi yalnız ürəyimdə daşımaq istəyirdim. Amma alınmadı, yazmaq vəsvəsəsindən yaxa qurtara bilmədim. Bu kiçik yazı özünü mənə yazdırdı. Dırnaq arasındakı sitatlar Şəmsin “Məqalat” kitabından və Mövlananın  “Şəms” başlıqlı böyük divanından alınmışdır.  Davamı…