Şair Tofiq Həsənli TrendLife-a verdiyi açıqlamada bildirib ki, şairə Zemfira Əlişqızı onun şeirlərinə sahib çıxır. 2000-ci ildə bir məclisdə tanış olan hər iki yazar bu gün müəlliflik hüquqlarının mübahisəsinə başlayıb. Tanış olduqları zaman Zemfira Əlişqızı Tofiq Həsənlinin şeirlərini bəyəndiyini deyərək onlardan bir neçəsini istəyib. Şair Tofiq Həsənli belə deyir. O, 50-yə yaxın lirik şeirini Zemfira xanıma verdiyini söyləsə də, qarşı tərəf belə bir şair tanımadığını, heç kimin sözlərindən istifadə etmədiyini söyləyir. 2001-ci ildən sonra müəyyən səbəblərdən bir müddət Azərbaycanda olmayan Tofiq bəy yazdığı şeirlərin sözlərinə mahnı bəstələndiyini, bu mahnıların tanınmış müğənnilər Brilliant Dadaşova və faytonçu Nazim tərəfindən ifa olunduğunu eşidərək Bakıya qayıdıb. Bəstəsi Nadir Əzimova məxsus «Bilən olmasın» mahnısının sözləri müəllif Zemfira Əlişqızının adı altında elan olunub və buna etiraz edən Tofiq Həsənli bildirir ki, mətnin məhz ona məxsus olduğunu sübut etməyə hazırdır. Bu yaxınlarda «Gözlərimin qaranlığında» mahnısının sözlərinin müəllifinin Zemfira Əlişqızı olması elan edildiyindən Tofiq bəy lap özündən çıxıb. Buna görə də o, bu problemlə bağlı fevralın 15-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirmək qərarına gəlib.

Təqvim
Sorğu
Hansı ölkənin yazarı olmaq istərdiniz?Bizim Saytlar
Kinematoqrafiya
Kultaz Blogları
Ədəbiyyat və Mədəniyyət
Arxivlər
-
Əməkdaşlar
Statistika
-
- 8 Yazar
- 1,462 Yazı
- 10 Səhifə
- 5,798 Şərhlər
- 997 Şərhçi
- 25 Keçidlər
İndi saytda
-
Müsabiqə
-
Sayğac

Fev
9
Şair Tofiq Həsənli Zemfira Əlişqızı ilə şeir davasına qalxıb
Bölmə: Xəbərlər |
Göndər
|
Çap et
| 125 oxunma Yazarlar
Seymur Baycan
Seymur Baycan. Lenin ziyalılar haqqındaHəmid Herisçi
ABREKLƏRİN ANDIElnur Astanbəyli
Üçbaşlı yalanQan Turalı
Kitabsız mübarizənin axırı və mahiyyəti
Xəbərlər
- » “Düyün” filmi İtaliyada festivala dəvət alıb
- » Seymur Baycanın yeni kitabı çıxıb
- » Bakıda Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresi keçirilir
- » Bakıda ukraynalışairin kitabının təqdimatı oldu
- » “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının ilk toplantısı keçirilib
- » Yazıcılar Birliyinin sədri Fransaya gedəcək
- » Ceyms Bondun yeni filmi 220 milyon dollara başa gəlib
- » «Fokus» analitik kinojurnalının ikinci sayı satışda
- » İlham Əliyev Yazıçılar Birliyində oldu
- » Lənkəran teatrında yeni tamaşanın premyerası olub
- » Azərbaycan filmi Qazaxıstanda mükafatlandırıldı
- » Azərbaycan filmi “Oskar”a təqdim olunub
- » Bakıda rus dili və ədəbiyyatı həftəsi başlayıb
- » Azərbaycan kinosu haqqında ilk bülleten
- » “Düyün” filmi Düşənbədə “Qran-pri”yə layiq görülüb
- » Almaniyada Azərbaycan şeir antologiyası nəşr olunub
- » Məmməd Arazın 75 illiyi qeyd edilib
- » Bakıda Avropa ölkələri müəlliflərinin illik konfransı keçiriləcək
- » Qəşəm Nəcəfzadənin şeiri Amerika mətbuatında
- » Əkrəm Əylisli yeni romanını çap etdirmək istəmir
-
Müsabiqə
Bölmələr
-
Səhifələr
-
Ən son yazılar
-
Ən son şərhlər
- Aydın Canıyev. Evdən qovulmuş oğlanın yazıçılığı yazısı üçün Gəncliyin_səsi tərəfindən yazılan şərh
- “Sənə və hər kəsə salam, Payız…” yazısı üçün Elnarə Şəms tərəfindən yazılan şərh
- “Sənə və hər kəsə salam, Payız…” yazısı üçün Şəms EL tərəfindən yazılan şərh
- “Sənə və hər kəsə salam, Payız…” yazısı üçün Tuncay tərəfindən yazılan şərh
- Eldəniz SADIXLI (Qamçı MEZARUS). BİR ÇAL-ÇAĞIR ÖLKƏSINDƏ… yazısı üçün TaNıŞ tərəfindən yazılan şərh
Alboma baxış









Elan adlı istifadəçi, Fevral 11, 2008 tarixində, saat 00:48 yazıb:
Müəlliflik hüququ Zemfira Əlişqızı tərəfindən taptalanan şair Tofiq Həsənli məhkəməyə müraciət etməyə hazırlaşır. Bu barədə o, şair-publisist Əvəz Qurbanlı ilə söhbətində bildirib. Məhkəmədən öncə mətbuat konfransı keçirəcəyini deyən T.Həsənli hisslərinə və yaradıcılığına qarşı edilmiş təcavüzü bağışlamayacağını deyib: “Söhbət təkcə bir şeirdən getmir, mən təxminən 40-50 şeirimi Z.Əlişqızına öz əlimlə vermişəm və bu şeirlərin gələcək taleyindən narahatam”.
Məlumat üçün deyək ki, bəstəsi Nadir Əzimova məxsus olan, muğənnilər Faytonçu Nazim və Brilliyant Dadaşovanın duet şəklində ifa etdikləri “Bilən olmasın” mahnısıyla bağlı qalmaqal fevral ayının 15-də saat 13:00-da BMM-də müzakirə mövzusu olacaq.
(Maraqlananlar dəvətlidirlər)