Fev
10
Cavid Cəfərzadə: “Yeni təsis etdiyimiz “Nəsimi” mükafatı ölkəmizdə analoqu olmayan ədəbi triumfdur”
Müsahibimiz Lit.az ədəbiyyat portalının rəhbəri Cavid Cəfərzadədir
- Lit.az yarandığı qısa zaman ərzində oxucular arasında ciddi nüfuz qazandı. Ümumiyyətlə, sayt barədə ideya necə yaranıb?
- Biz Lit.az-ı yaradarkən milli İnternet seqmentində ədəbiyyatla bağlı resurslar yox dərəcəsində idi. Və bu boşluqdan infokommunikasiya sahəsinin mütəxəssisləri, eyni zamanda ədəbiyyatsevərlər kimi istifadə etdik. Daha dəqiq ifadə etsəm, qlobal şəbəkədə müvafiq sahə ilə bağlı saytları araşdırdıq və nəticədə məlum oldu ki, nə qədər təqdirediləsi olsa da Azərbaycanın İnternetdəki ədəbiyyat saytları özfəaliyyətin nəticəsi olaraq qalıb: təşəbbüs var, davamiyyət və məsələyə ciddi yanaşma yoxdur. Davamı…
Fev
10
Elnur Astanbəyli
Azərbaycan ədəbiyyatı dünya üçün deyil. Bunu nənəm də bilir. Səbəb çox sadədir - Azərbaycan yazıçısının içi çox balacadır. Ora yalnız prezidentdən Şəhidlər Xiyabanında yeni mənzilinə unitaz istəmək qədər cılız hisslər sığışa bilər. Azərbaycan yazıçısı indiyədək öz əsərlərinin arxasında gizlənib oxucunu aldatmaqla məşğul olub. Amma dünya oxucusu Azərbaycan oxucusu deyil axı, Azərbaycan oxucusu qədər avam və sadəlövh deyil axı. Davamı…
Fev
10
Fransadan dəvət almış rejissor filmini ora apara bilmir
Ölkədə yaradıcı gənclərə qarşı laqeyd münasibət dəyişmir. Son bir ayda onların aidiyyatı olan qurumlardan şikayətləri daha da çoxalıb. Kollektivi gənclərdən ibarət olan Bakı Kamera Teatrını binasız qoydular, “Kontempo” solist qrupu Türkiyədə keçirilən musiqi festivalına qatıla bilmədi. Bu günlərdə isə Fransanın “Kelermon -Ferron” beynəlxalq kino festivalına dəvət almış gənc rejissor Asif Rüstəmov maliyyə problemləri ucbatından ora qatıla bilmədiyini deyir. Yeri gəlmişkən, Asif bu yaxınlarda İtaliyada keçirilən nüfuzlu “Aziatika Mediali” festivalından qayıdıb. Onun “Ev” filmi həmin festivalda ən çox tamaşaçı rəğbəti qazanan film olub və diplomla dönüb. Gənc rejissorla yeni filmi və üzləşdiyi problem ətrafında söhbətləşdik. Davamı…
Fev
10
Kitaba şairin son illərdə yazdığı şeirləri toplanıb
KultAz: Dünən Atatürk Mərkəzində görkəmli Azərbaycan şairi Məmməd İsmayılın yeni kitabının təqdimatı keçirilib. “Yoxun varlığı” adlanan kitabda şairin son illər yazdığı şeirləri toplanıb. Atatürk Mərkəzinin sədri, millət vəkili Nizami Cəfərov Məmməd İsmayılın yaradıcılığı, Azərbaycan poeziyasındakı yeri ilə bağlı geniş məlumat verib. Davamı…
Fev
10
KultAz:Yazıçı, millət vəkili Əkrəm Əylisli uzun müddət idi ki, yeni roman üzərində işlədiyini deyirdi. Bu günlərdə isə Əkrəm müəllim romanını tamamlayıb. Yazçı yeni əsərinin “Daş yuxular” adlandığını bildirib.
Romanın çapının bir müddət gecikəcəyini deyən Ə. Əylisli bunu əsər üzərində işinin bitməməsi ilə izah edib: “Romanı tamamlasam da, onun üzərində əl gəzdirməyə ehtiyac var. “Daş yuxular” hələ çap üçün hazır deyil”. Davamı…