Qaynar xəbər portalı

 Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadənin 100 illik yubileyi keçiriləcək. Bu barədə Dövlət Film Fonudunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. Davamı…


Texniki səbəblər üzündən 9 dekabr 2007-ci il tarixdən fəaliyyəti dayandırılan Azərbaycan Yazıçılar Birliyinin (AYB) saytında aparılan yenidənqurma işləri başa çatıb. AYB-nin katibi Rəşad Məcidin  bildirdiyinə görə, birliyin internet ünvanının bərpası yerli mütəxəssislər tərəfindən həyata keçirilib: Davamı…


Grammy 2008 ABŞ prezidentliyinə namizəd Barak Obama “Ən yaxşı audio-hekayə” nominasiyasında mükafat alıb

Los-Ancelesdə “Grammy” mükafatının sayca 50-ci təqdimat mərasimi keçirilib. “Grammy”nin laureatı adına layiq görülənlər arasında rusiyalı dirijor Yuri Başmet və “Solistı Moskvı” ansamblı da var. Britaniyalı müğənni Emi Uaynhausun ifa etdiyi “Rehab” adlı kompozisiya “İlin mahnısı” seçilib. Bundan əlavə, E. Uaynhaus “Pop kompozisiyasının ən yaxşı qadın ifası”, “Ən yaxşı pop musiqi albomu” və “Ən yaxşı debütant” nominasiyalarında qalib olub. Davamı…


Çingiz AytmatovKultAz: Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondu və Dünya Azərbaycanlıları Konqresinin Bakı nümayəndəliyinin təşəbbüsü ilə dünya şöhrətli yazıçı, Azərbaycan xalqının yaxın dostu Çingiz Aytmatov fevralın sonunda Bakıya gələcəkdir. Davamı…


Liliane GrimmKultAz: Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə avstriyalı azərbaycanşünas Liliane Qrimmin tərcümə etdiyi “Azərbaycan xalq nağılları” kitabının alman dilində ikinci nəşri çapdan çıxıb.
Berlində “Verlag Dr. Köster” nəşriyyatı tərəfindən nəfis tərtibatda nəşr edilən kitabda 17 Azərbaycan xalq nağılı və Abdulla Şaiqin “Tülkü həccə gedir” təmsili toplanıb. Davamı…


KultAz:  “Çaşıoğlu” nəşriyyatında “Azərbaycan və dünya ədəbiyyatı silsiləsi” çərçivəsində daha bir neçə kitab çap olunmuşdur. Davamı…


1Qan Turalı
qan_tural@yahoo.com

Gürcüstan səfərindən qeydlər

Kultaz: Təqdim etdiyimiz bu səfər reportajı bir neçə məqama görə çox maraqlıdır. Neftsiz Gürcüstan və zəngin Azərbaycan, həmçinin iki qonşu, amma fərqli kültürlərə sahib xalqlar arasında müqayisə imkanı yaradır. Əlbəttə, müəllifin bəzi fikirləri subyektiv görünə bilər, amma dəqiq müşahidələr, müqayisəli üslub bizi də sanki müəlliflə birgə Batuminin, Tbilisinin küçələrinə götürür. Sanki hər şeyi öz gözümüzlə görürük. Əslində bu reportajı “Biz niyə xoşbəxt deyilik” sualına çoxsaylı mümkün cavablardan biri kimi də qəbul edə bilərsiniz.   

***

Yanvar ayının son həftəsini (23-ündən 27-sinə kimi) Gürcüstanda keçirtdim. Bu səfərdən doğan təəssüratı bölüşmək istəyirəm.
Xarici səfərlər mənim üçün oksigen balışıdır. Xarici görməyən adam böyük ola bilməz, məhdudluqda ilişib qalar. Deyirlər ki, Nizami Gəncəvi ömrünü ancaq Gəncədə keçirib. Bu mənə yalan kimi görünür. Olsa-olsa bu yalan Gəncənin indiki dövrün Parisi olmasını  “arqumentləşdirən” axmaq bir uydurmadır. Davamı…


Gülər Sadıqovaİncisaçın nəğməsi

O rəqs edirdi. Küləyi ifadə edirdi. Hər dəfə çiyinlərinə toxunanda saçlarından incilər tökülürdü. Bu dəfə alovu ifadə edirdi. Döşəmədə bir xeyli inci toplanmışdı. O isə dayanmadan rəqs edirdi. Çox yoruldu və dayandı. Otağın qapısı açıldı. Türkan ana yemək gətirmişdi. Yeməyi qoz ağacından stolun üstünə qoyub sürünə-sürünə yerə tökülmüş inciləri yığmağa başladı. İncisaç ona məhəl qoymadı. Yeməyini sakitcə yeyib, balaca yatağına uzandı.
- Ana, çöldə insanlar nə edirlər? Davamı…