Qaynar xəbər portalı

Kitab dünyası


Grammy 2008 ABŞ prezidentliyinə namizəd Barak Obama “Ən yaxşı audio-hekayə” nominasiyasında mükafat alıb

Los-Ancelesdə “Grammy” mükafatının sayca 50-ci təqdimat mərasimi keçirilib. “Grammy”nin laureatı adına layiq görülənlər arasında rusiyalı dirijor Yuri Başmet və “Solistı Moskvı” ansamblı da var. Britaniyalı müğənni Emi Uaynhausun ifa etdiyi “Rehab” adlı kompozisiya “İlin mahnısı” seçilib. Bundan əlavə, E. Uaynhaus “Pop kompozisiyasının ən yaxşı qadın ifası”, “Ən yaxşı pop musiqi albomu” və “Ən yaxşı debütant” nominasiyalarında qalib olub. Ancaq o, təqdimat mərasimində iştirak etməyib. Həddən artıq alkoqol və narkotik maddədən istifadə etdiyi üçün Böyük Britaniyadakı ABŞ səfirliyi müğənniyə viza verməyib. E. Uaynhaus peyk vasitəsilə mərasimə qatılaraq iki mahnı ifa edib. Repper Keni Uest isə “Grammy”nin 8 nominasiyasına təqdim olunub və “Ən yaxşı rep kompozisiyası”, “Ən yaxşı rep kompozisiyasının duet və qrupla ifası”, “Ən yaxşı rep albomu”, “Ən yaxşı rep kompozisiyasının solo ifası” nominasiyalarında qalib gəlib. “İlin albomu” kateqoriyasında veteran cazmen Herbi Henkokun birinciliyi sensasiyaya səbəb olub. Onun “River: The Joni Letters” plastinkası “Ən yaxşı caz albomu” nominasiyasında mükafat alıb. “Kinofilm və telefilmlərə hazırlanmış ən yaxşı kompozisiya toplusu” nominasiyasında “Beatles” qrupunun “Love” adlı toplusu, “Rok janrında ən yaxşı albom” nominasiyasında isə “Foo Fighters” qrupunun “Echoes, Silence, Patience & Grace” diski qalib seçilib. “Foo Fighters” ağır rok janrında da mükafata layiq görülüb. Maraqlıdır ki, bu il “Gremmy”nin laureatları sırasında siyasi xadim də var. ABŞ prezidentliyinə namizəd Barak Obama “Ən yaxşı audio-hekayə” nominasiyasında mükafat alıb.//APA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: