Texniki səbəblər üzündən 9 dekabr 2007-ci il tarixdən fəaliyyəti dayandırılan Azərbaycan Yazıçılar Birliyinin (AYB) saytında aparılan yenidənqurma işləri başa çatıb. AYB-nin katibi Rəşad Məcidin bildirdiyinə görə, birliyin internet ünvanının bərpası yerli mütəxəssislər tərəfindən həyata keçirilib: “Artıq hazır olan sayta Yazıçılar Birliyində baxılıb. Yenidən qurulan sayt bu günlərdə istifadəyə veriləcək”. Qeyd edək ki, 2007-ci il fevralın 15-də istifadəçilərin ixtiyarına verilən www.ayb.az. saytında birliyin Azərbaycan və rus dillərində işıq üzü görən nəşrləri, yazıçı və şairlərin həyat və yaradıcılığı barəsində məlumat və fotolar, ədəbiyyat xəbərləri yer alır.//APA
« “Grammy” mükafatının növbəti təqdimat mərasimi keçirilib | Əsas səhifə | Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadənin 100 illiyi »




Bölmə: 









nureddin adlı istifadəçi, İyun 1, 2008 tarixində, saat 12:24 yazıb:
menimde yeni kitablar yazmaq fikirim var en boyuk arzum hansisa qezetde yurnalis islemekdi