Ev əşyaları…
Otuz illik soyuducunun əsas arzusu
Otağın o biri başına adlamaqdı.
Tırıldayır bax
Trıldamaq darıxmaqdı.
Evin içində bir addım atmaq
Ordan pəncərəyə baxmaq
Şümal bədənini hamıya göstərmək
Arzusu
ayağı kimi çürümüş artıq.
bir dəfə evin xanımı da demişdi belə
soyuducu orda yox burda yaxşıdı
sonra yaddan çıxdı hər şey.
televizor on ildi köhnə yerində
bütün verilişləri təkrar…
Paltar yuyan maşının
ən çox yuduğu corablardı
Ən boyük arzusu
bir corab qədər yerimək…
şifonerin əyilmiş ayaqları altına
təzə kağız parçası qoyulmuş
bir az şifonerə təzəlik dəymiş…
evi dəyişməsəniz də
hərdən evdə əşyaların yerini dəyişin
ev gözünüzə təzə dəysin.
Pişik
Pişik üçün yemək stolundan yuxarı
göy üzü yoxdu.
Stolun altına düşən
İnsan ayaqlarını
Pişik hər şeydən əvvəl
Nəyinsə quyruğuna oxşadar.
Pişiklərin qara ayaqqıbıların
Altında yemək tapmaq ümidi
Nə gözəl…
Yaxında kürləşən sərçələr
Sanki bir zarafatdı
Pişiklərin gözü önündə
Ölümnən nəticələnən…
Ona bax
Ayaq izləri qarın üstə elə qalır
Hərdən qayıdıb öz ayaq izlərini
Yad kimi iyləyir pişik.
Pişikdən soruşsan: insanın adı nədir?
Deyər sümük.
Əslində…
Müharibədə məğlub olmaq
Qalib gəlmək deməkdi.
əsgərlər ağlaya bilirsə əgər
göz yaşlarını yanaqlarına sərib
zəfər nəğməsini oxuyarlar…
Əslində qalib gəlməyin özü
bir aldanışdı.
Bir il beş il adlayar
Bir də görərsən
Düz çökərlər öldürdüyünün
Qarşısında qaliblər.
İstehsal edilən silahlar
Sulahsızın önündə
ağlamaqdı.
Bunu bir dəfə də olsun
Anlamadı ölkələr…
Səhər…
Səhər-səhər əl-üzümü
ağacla yudum
səhər-səhər dilimi
adamla açdım.
Özümü balaca divarla mehlədim
Alnımın tərini buludla qurutdum
Gözümün yuxusunu quşlarla yudum.
Ayağımı yolla rahatladım
Payız havasıyla dəstəmaz aldım
Sonra tamaşa qıldım
Heç vaxt görmədiyim bir səhərə…
ATƏT sayağı
Yaxşı ki, mən sənə zəng elədim
Yaxşı ki, sən də telefonu söndürdün
Yaxşı ki, mən də səbəbini soruşdum
Yaxşı ki, səndə daha məni sevmədiyini
Söylədin…
Yaxşı ki, mən səni öldürmədim
Yaxşı ki, sən də yaxına gəlmədin
Yaxşı ki, mən də səni qovmadım
Yaxşı ki, sən də qaçmadın
Yaxşı ki, mən çıxıb bu tərəfə getdim
Yaxşı ki, sən də çıxıb o tərəfə getdin.
Pis valideyn
Məktəb direktoru
məni çağırdı yanına,
Sən ən pis valideyinsən-
11-də oxuyan oğlun
qiz sevir.
Sinif rəhbəri də bir yandan,
Məktubunu tutmuşuq
Özü də şeirlə yazıb.
Yaman pis oldum
oğlumun məktubunun
tutulmağına.
Uşaqlıqdan bilirdim
ehtiyatsızdı oğlum.
Gözündən ovçu oğlum
ikili-üçlü oğlum.
Neçə-neçə dostu var,
Deyirlər hər küçənin tinində
bir postu var.
Qolları orağa oxşayan oğlum,
Telefonun yanında yaşayan oğlum,
Dərdini bacısına deyir,
Bacısı da xəbərçidi
Anasıyla əlbirdir.
Əvvəl dinləyir qəşəng - qəşəng
Sonra anasına deyir göyçək - göyçək.
Dostları xain oğlum ,
Pırpız saçlarımı götürüb özüynən
Odlu ürəyimi götürüb özüynən
Təkcə ehtiyatlı olmağımı götürməyib.
Dilin- ağzın qurusun, a xəbər verən,
Əlin - qolun qurusun,
a məktub tutan!
Dostları xain oğlum!
Utandım direktordan
Soruşmağa,
Görəsən, qız nə fikirdədir?
« Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadənin 100 illiyi | Əsas səhifə | Yaşar Nurinin səhhəti pisləşib »




Bölmə: 










Şahanə adlı istifadəçi, Fevral 12, 2008 tarixində, saat 20:10 yazıb:
“Pis valideyn”in üzərində işləmək olar.
Qalanları əgər kompyuterdədisə, təcili silinsin, havayı yerə yaddaş yüklənməsin.
Yox, əgər kağızdadısa, pırpızsaç oğlan quş düzəldib sevdiyi qızın eyvanına uçursun…cavanlıq eləsin…
Sima N. adlı istifadəçi, Fevral 12, 2008 tarixində, saat 21:14 yazıb:
*
Hərdən qayıdıb öz ayaq izlərini
Yad kimi iyləyir pişik - heyvanlarda ayaq izi olmur, pəncə izi olur
* Əslində qalib gəlməyin özü
bir aldanışdı - gözəl ifadədir!
* Gözündən ovçu oğlum
- burda söhbət yeniyetmədən gedirsə,nə vaxt ovçuluğu öyrəndi? Bəlkə atasının məktəbini keçib?
* təqdim olunanlardan yalnız “Səhər” şeiri poetikdir, o birisiləri isə 15 kitablı şairə heç yaraşmır
guler_miryahya adlı istifadəçi, Fevral 12, 2008 tarixində, saat 21:49 yazıb:
Shahane,ilk evvel Qeshem muellimin sherlerini oxudum sonra dushundum ki pis valideyn o birilere baxanda nisbeten oxumaq olar o da ki eger yaninda kofe,icki ne bilim derdini yumshaldacaq bir shey olsa.Sonra senin sherhini oxudum gordum meni qabaqlamisan.:)
Qeshem muellim ozunuze tanimiram.Tanisaydim belke de size boyuk hormet ederdim.Cunki sizi taniyanlar hormet edir.Amma sherlerinize esla.
Rəbiqə adlı istifadəçi, Fevral 12, 2008 tarixində, saat 23:53 yazıb:
Qəşəm bəyin Amerika şeiri maraqlıdı… həm də çoxx…
Sarxan adlı istifadəçi, Fevral 13, 2008 tarixində, saat 09:18 yazıb:
Bunlar bəyəm şeirdir?!
Çılğın adlı istifadəçi, Fevral 14, 2008 tarixində, saat 01:56 yazıb:
Qəşəm müəllim, təbrik edirəm! Bu şeirləriniz maraqlıdır. Uğurlar diləyirəm!
Raset Pirisoyu adlı istifadəçi, Fevral 14, 2008 tarixində, saat 13:19 yazıb:
Əziz Qəşəm
Bu şerlər, şerlərə yazılan şərhlər, o cümlədən sənin ayrı - ayrı saytlarda səsləndirdiyn fikirlər mənə belə düşünməyə əsas verir ki, sən qismən yaşlı nəslin nümaydədələrindən biri kimi nə şerləriənə, nə də sənə olan münasibətdən qorxmursan, öz tərəfdaşlarınla canlı dialoq qurmaqdan çəkinmirsən.
Elə bilirəm bu, çox yaxşı haldır və bu günki ədəbi mühit üçün hava kimi, su kimi vacib olan bir məsələdir.
Biz bir yazıçı muhiti olaraq böyük dialoqun qarşısındayıq. Və mənim qəti qəantəim belədir ki, bu günki Azərbaycan ictimai, siyasi, mədəni mühitini köklü şəkildə dəyişə biləcək yeganə qüvvə varsa, o da yazıçılar mühitindədir.
Bu dialoq alınsa, Azərbaycan çox ciddi inkişaf yoluna qədəm qoyacaq; axı ədəbiyyat hər şeyi nəzərdən keçirmək gücündədir, hər şey ədəbiyyatın mövzusu ola bilər və olmalıdır; ölkədə ki ictimai, siyasi və mədəni mühit də…
Yaxşı ki Azərbayca yazıçılarının tam böyük əksəriyyəti heç bir siyasi iddiaya uymayıb, amma Azərbaycan cəmiyyətinin dəyişməsində maraqlıdır.
Məhz buna görə də elə bilirəm nəyin bahasına olursa olsun, bu dialoq baş tutmalıdır.
Mən bu gün gənc nəsil qarşısında heykəl kimi dayanıb onlara cavab verməyi özlərinə sığışdırmayan yaşlı nəslin sükutunu, özlərinin abırını qorumaq kimi yox, ictimai qorxaqlıq kimi qiymətləndiriəm.
Azərbaycan min illik tarixində bəlkə də ilk dəfə böyük dialoq mühiti ilə üz - üzə dayanıb.
Biz bu şansı əldən verməməliyik.
Sənin bu prosesdə fəal iştirak etməyin məni sevindirir və mən sənə minnətdarlığımı bildirəm.
Seyid Ramin adlı istifadəçi, Fevral 14, 2008 tarixində, saat 16:13 yazıb:
Salam Qəşəm Nəcəfzadə. Mənim xoşuma daha çox “ATƏT sayağı” şeiri gəldi. Sizə uğurlar.
Qəşəm Nəcəfzadə adlı istifadəçi, Fevral 15, 2008 tarixində, saat 02:22 yazıb:
Sağ olun Rasət bəy, xoş sözlərə
görə, Ramin bəy, Sarxan bəy, Rəbiqə xanım, Sima xanım Şəhanə xanım, Gülər xanım və Çılğın- hamınıza təşəkkürlər…
Mən ədəbi gəncliyi çox sevirəm, çoxu məni bəyənməsə də… bu təbiidir, hec kəsə məcbur eləmək olmaz, ədəbiiyat çoxfikirlilikdir, hamı bir fikirdə olsa batarıq.
Rasət bəy, son vaxtlar mənim şeirlerim (ingilis dindən fransız, alman, ispan, tamil, tayvan dillərinə çevrilərək) belçikada, kolumbiyada, şerlankada, albaniyada, kosovada, avstryada və bir neçə afrika ölkələrində cap olunub. Məni 2008-ci ildə dörd dənə beynəlxalq poeziya festivalına dəvət ediblər və mən fransadan, ispaniyadan, albaniyadan, amerkadan, şotlandiyadan, praqadan, hollandiyadan, belcikadan ve bir neçə başqa ölkədən 30 yaxın şairlə məktublaşıram. Onlar mənim şeirlərimi bəyənirlər. Mən onlara müasir azerbaycan ədəbiyyatından başqa nümunələr də gonderirəm və sakitəm…rahatam… düşünürəm… yazmaqdan daha çox saatlarla fikirləşirəm… Sizə də minnətdaram diqqətinizə görə.
artyazar adlı istifadəçi, Fevral 17, 2008 tarixində, saat 11:18 yazıb:
Qeşem bey bir qədər də solçuluğa meyl edin: poetik düşüncəmizdə solçuluğa böyük ehtiyac var…Siz həm də danışıq janrında əaədbiyyat yaratmaqda iddialı olanlara məhsuldarlığınla sübut edirsən ki, “dəyərsən min ətcəbala şairə…”