Milli Ensiklopediya açıq satışa çıxarılmayacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Şubat, 2008

Milli Ensiklopediyanın baş redaktoru Tofiq Nağıyevin TrendLife-a bildirdiyinə görə, yeni nəşr kitab köşklərində satışa buraxılmayacaq. Bunun səbəblərindən danışan T.Nağıyev eyni zamanda bildirdi ki, kitabın qiyməti 30-35 manat təşkil edəcək. Açıq satışın olmayacağının səbəblərini izah edən baş redaktor vurğuladı ki, bu addımı kitabın öz qiymətindən baha satılmasının qarşısını almaq üçün atıblar: «Artıq dünəndən ensiklopediya Prezident Aparatının göstərişi ilə rəsmi dövlət instansiyalarına, məktəblərə, kitabxanalara paylanmağa başlayıb. Bu proses başa çatdıqdan sonra isə ensiklopediya rus və ingilis dillərinə tərcümə olunaraq internetdə yerləşdiriləcək».

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 2,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın