Türkiyədə azərbaycanlı rəssam Hümbət Qaracanın sərgisi açılıb
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Şubat, 2008İstanbuldakı “Derinlik” sənət mərkəzində azərbaycanlı rəssam Hümbət Qaracanın növbəti rəsm sərgisi təşkil edilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, sərgidə müəllifin peyzaj və portret janrlarında işlədiyi yağlı boya tabloları nümayiş etdirilir. Bu, ötən il oktyabrın 24-də sənət həyatına H.Qaracanın rəsmləri ilə addım atan “Derinlik” sənət mərkəzində azərbaycanlı rəssamın ikinci sərgisidir. Mərkəzin sahibi Mahmud Müftüoğlu Türkiyə və Avropadakı müştərilərin xahişlərini nəzərə alaraq qısa müddətdə azərbaycanlı rəssamın ikinci sərgisini açmağa qərar verdiklərini bildirib: “İlk sərgidə nümayiş etdirdiyimiz 20 tablonun 15-i açılış mərasimində satılmışdı”.
1956-cı ildə Qarayazı mahalında anadan olan H.Qaraca 1992-ci ildən yaradıcılığını İstanbulda davam etdirir. O, indiyə qədər 20 fərdi sərgi açıb, bir çox qrup sərgisində əsərləri nümayiş olunub. Keçən ilin iyununda keçirilən bir hərracda H.Qaracanın yağlı boya ilə çəkdiyi “Atatürk” portreti 400 min ABŞ dollarına satılıb.





Yüklənir...
Mustafa bey`in bir portreti 400,000 dollar…???