Qaynar xəbər portalı

Kitab dünyası


Publisist Əkbər Qoşalının “Ölümlərin ötəsi” və “Ölü yuxusu” adlı yeni kitabları işıq üzü görüb. APA-nın məlumatına görə, “Vektor” Nəşrlər evində çap olunan “Ölü yuxusu” kitabının redaktorları Elçin İsgəndərzadə və Osman Ənvəroğludur. Kitaba müəllifin son illərdə yazdığı “Haqq dünyası”, “Sağ olmuş”, “Yarımçıq söhbət”, “Bizim Xudaverdinin bir günü” və digər hekayələri daxil edilib. Əkbər Qoşalının “Ölümlərin ötəsi” kitabı isə şer toplusundan ibarətdir, buraya müəllifin ən müxtəlif illərdə yazdığı şerlər daxil edilib. Bundan başqa kitabda müxtəlif şairlərin Əkbər Qoşalıya ithaf etdiyi şerlər də öz əksini tapıb. Kitabın redaktorları Elçin İsgəndərzadə və Namiq Hacıheydərli, ön sözün müəllifi professor Məhərrəm Qasımlıdır. Kitablar Mədəniyyət və Turizm Nazirliyinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin maddi dəstəyi ilə işıq üzü görüb.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: