Qaynar xəbər portalı

Kitab dünyası


Rasət Pirisoyu“Qəfəs” kitabından

 Bizə
bütün tövbələri
dedizdirirlər,
Bizə
hər cür ağuları
yedizdirirlər -
indi bizim ürəyimiz bulanır

Və indi biz 
daha şeir yazmırıq,
hər gün azı yüz kərə,
içimizi, içalatımızı,
qaytarırıq vərəqlərə -
qan qusuruq…

Qan qusuruq
     Və susuruq…

Bəlkə də
ürəyimiz ağzımıza
gəldiyinə görə
iyrəndiklərimiz
bu qədər qaçır  bizdən?

Düz də eləyirlər!

Çünki biz
daha şeir yazmırıq,
Onların qarşısına
Onları  qaytarırıq
           içimizdən
“Qəhrəmanlar” kitabından
Gör nə vaxtdır Sən
öz evinə qayıda bilmirsən,

Hər gün qapısını açıb
İçinə girdiyin evə,
Divarına əl gəzdirib
Hasarını hördüyün evə -

Harda qalmısan? -

Arvadın  Səni gözləyir,
Balaca oğlun,
bapbalaca qollarını uzadır Sənə
-Ata,  ata, - deyib,
Və sən hər gün Sən
 qucağına aldığın körpəni
gör nə vaxtdır
qucağına almırsan?
………..

Səni
hamıdan soruşuram,
hamıdan soruşursan
              məni -
Amma kimsə bilmir yerimizi,

Hər  gün salamlaşsaq da,
Gör nə vaxtdır
görə bilmirik  bir - birmizi?

Bəlkə yollarda qalmısan,
Bəlkə gic-gici mitinqlərdə,
Bəlkə qəzet redaksiyalarında,
Bəlkə çayxanalarda,
              meyxanalarda,
Bəlkə  hüquq məsləhətxanalarında,
Məhkəmələrdə bəlkə,
Bəlkə  türmələrin qarşısında,
Bəlkə qəbullarda -

Harda qalmısan,  harda?
* *  *   

 Rüşanə xanım,
Daha qapımızın ağzında
yeddi gülləyə tüş gəlmək
qorxutmur bizi,

Amma qorxuruq yenə -

Bilmək istəyirik,
Rüşanə xanım,
Nə qədər dözə bilir
   qadın,
qapısının  ağzında
yeddi  gülləyə tüş  gəlmiş,
ərinin   ölümünə…
“Gündəlik”dən
 Divarda 
Umudovun şəkli,
Saçlar  geri  daranmış,
Qaşlar
qurulu yay  sayağı
                        çəkili
Gözlər ala…

Gülür Umudov,
Divarlar  arasında
boğlan  məmləkətin
divarında,
  bala - bala…

Ağzı  qulaqlarının dibində,
gülür
 gülüşün
Azərbaycana məxsus
ən son dəbində.

Baxıram, 
gülümsəyirəm - 

Sonra yadıma düşür ki, 
Axı bizim məmləkətdə
hər şey gülür -

Gülür uca binalar,
Asvaltlar gülür,
Saunalarda delfinlər,
İppadromda
          atlar gülür 

Banqladeş qaçqını
İrbahim əkənin
əkdiyi  ağaclar,
çəkdiyi  çəpərlər gülür,

Müğənnillərin
əllərində  üzüklər,
Diktorların dodaqlarında
xəbərlər gülür,

Mahnılar gülür,
Romanlar gülür,
Hekayələr,
povestlər,
şeirlər gülür,

saç yoluruq - gülür,
üz cırırıq - gülür

Umudov gülməsin,
Bəs neyləsin?!

Əlbəttə gülmək lazımdır!

Məşhur
Gülüş ustası
Nəsrəddin Mollayev
deyirdi:

-KQB-yə
işverənlik eləmək
azadlıq meydanlarında
Qarabağ adına  
pul toplamaq
Və gülmək
    cana xeyrdi.
 ”Qəfəs”  kitabından
 Mən özümü
çaqqalların  ovladığı
ov kimi hiss edirəm -
sümüklərimin xırçıltısı,
ağızlarının marçıltısı -
iliyimə işləyir

Hər çaqqal məni
bir cür dişləyir -
Kimi iştahla,
Kimi elə-belə,
Kimi də qorxa-qorxa  -

Tikə-parçalarım  uğrunda
döyüş gedir
        - əlbəyaxa -
Dörd  tərəfim
     haray-həşir -
ağızları
qana toxunsun deyə
çaqqal
çaqqala badalaq  gəlir,
Çaqqal
   çaqqalla süpürləşir.

Və mənim -
Dişlərdə gedən 
tikə-parçalarıma deyil -
Bu haraya,  həşirə
   tüklərim  ürpəşir.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, Fevral 15th, 2008 tarixində 08:00 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

8 şərh var


  1. Sima N. adlı istifadəçi, Fevral 15, 2008 tarixində, saat 20:16 yazıb:

    Bu Poeziya deyil…
    Aktual mövzulardı, söz yox,amma usubovlar, mollayevlər meydandan gedəndən sonra bu şeiri kim oxuyub anlayacaq? Və bədii-estetik zövq alacaqmı…


  2. Raset Pirisoyu adlı istifadəçi, Fevral 15, 2008 tarixində, saat 21:53 yazıb:

    Sima xanım, «biz daha şer yazmırıq» misrası oxuculara, eləcə də Sizə bu yazıların «bədi - estetik zovq» (? ) üçün yazılmadığını bəri başdan bildirir. Amma bu o demək deyil ki, bu gün biz - yazmağı az çox bacaran adamlar - sınmağın, əzilməyin, tapdalanmağın şerlərini yazmayaq.
    Sizin şərh təkcə mənim şerəlrimlə bağlı olsaydı, heç şübəhsiz, mən bu cavabı yazmağa ehtiyac duymazdım.

    Bu şərhdə daha köklü bir məsələ öz əksini tapıb.

    Qaldı umudovlara… Onlar həmişə olub, bundan sonra da olacaq. Məsələ bunda deyil, məsələ onların bədii yazılarda nə qədər uğurla ifadə olunmasındadır.


  3. scorpion adlı istifadəçi, Fevral 15, 2008 tarixində, saat 23:44 yazıb:

    Rasət müəllim dediyiniz məsələlər yazılarınızda öz bədii həllini çox zəif tapıb…
    Bir də çox üzr istəyirəm dilimizə gəlmə söz olsa da “asvalt” yox “asfalt” kimi yazılmalıdır məncə… Bir də saunalarda delfinlər söhbəti bir az müəmmalıdı…


  4. Sima N. adlı istifadəçi, Fevral 16, 2008 tarixində, saat 20:54 yazıb:

    1.Rasət müəllim, əgər “biz daha şeir yazmırıq” deyirsinizsə, kitab-kitab şeir yazmağa, onların bir xeylisini də bu saytda yerləşdirməyə ehtiyac varmı?
    2.«bədi - estetik zovq» (? ) - burda sual işarəsi qəribə görünür. Mənə usubovlar haq. məlumat lazım olsa, onu xəbər portallarından oxuyaram, belə personajları ədəbiyyata gətirməyə, hələ bir “uğurla ifadə etməyə” lüzum yox məncə. Siz “əsrimizin bu qəhrəmanlarının” hansı uğurlarını bədiiləşdirmək və əbədiləşdirmək istəyirsiz?


  5. Qəşəm Nəcəfzadə adlı istifadəçi, Fevral 16, 2008 tarixində, saat 21:56 yazıb:

    Salam Raset bey, en cox Risane seiri meni sarsitdi …Saq olun
    Uqurlar…


  6. E. Mehdizade adlı istifadəçi, Fevral 16, 2008 tarixində, saat 21:58 yazıb:

    Raset bey, salam
    Fealliqiniz diqqet celb edir. Deyesen, layiheler basha catib.
    Sherleri oxudum. Rushne xanima yazilmish sher meni tutdu. Rehmetlik Elmarin olumunun bu terefi de varmish.
    Umimiyyetle mende bele bir tessevur yarandi ki, senin yaradiciliminda ne ise yeni bir merhele bashlayir.
    Buna gore de sen daha diqqetli olmalisan.
    Her halda sherler pis tesir baqishlamir, amma super de deyiller.


  7. Raset Pirisoyu adlı istifadəçi, Fevral 17, 2008 tarixində, saat 13:35 yazıb:

    «Gündəlik»dən

    Sima xanım,
    bilirəm -
    bunu bilirsən sən də,
    Elə sənin bildiyini
    bilirəm mən də -

    Bilirəm,
    umudovlar ölən kimi,
    unudulur,
    düşmür yada,

    Bəlkə də
    elə buna görə
    belə çoxdur
    umudovlar bu dynayda…

    İcazə ver, Sima xanım,
    Bu dünyada
    az olsunlar deyə,
    umudovlar qoy,
    daha çox
    yaşasınlar poeziyada.


  8. Sima N. adlı istifadəçi, Fevral 17, 2008 tarixində, saat 22:39 yazıb:

    yox, onlara poeziyada da yer olmamalı :)

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: