Qaynar xəbər portalı

Kitab dünyası


Sima Ənnağı. Şeirlər.


Bölmə Bölmə: Ədəbiyyat | Göndər Göndər | Çap et Çap et | 204 oxunma

Sima Bu axşam

Bu axşam
Yorğun şəhərdə gəzişirəm,
Tənha küçə pişikləri
Mənim susqun yolçularım.

Ətrafdakı ağaclar
Arxamca pıçıldaşır,
Yaş asfalt almaz kimi parlayır
Gecə fənərlərinin ürkək şüalarında.

Mənim şəhərim harda?

Narın yağış həmlə edir qəfildən,
Sanki müjdə gətirir
Göy qübbəsindən
Yadlaşmış doğma şəhərə.
Şəhərim bu müjdənin sirrini bilir,
Fəqət məndən gizlədir.
Çinlilər düz deyir:
Hər kəs öz yolunu özü tapmalı…
Hələ

Hələ yarpaqlar tam tökülməyib,
Yolçuların rəhmsiz addımlarında əzilməyib,
Hələ gözəlliyini itirməyib qürurlu ağaclar.

Hələ bütün sözlər yazılmayıb,
Olmayıb dillər əzbəri,
Hələ solğun yarpaqlartək
Titrəmir havada amansız şirin misralar.

İtaətsiz sözləri
Sıxıram ovcumda açar kimi,
Hələ də açmaq istərəm
Dünyanın qırxıncı pəncərəsini…

Sözlər hələ varsa,
Demək,
Mən də varam…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, Fevral 16th, 2008 tarixində 12:37 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

5 şərh var


  1. Asiman adlı istifadəçi, Fevral 16, 2008 tarixində, saat 20:25 yazıb:

    Xanım,inciməyin, amma burada poeziya adına heç nə yoxdur.


  2. duman adlı istifadəçi, Fevral 16, 2008 tarixində, saat 20:52 yazıb:

    mence cox pis


  3. Qəşəm Nəcəfzadə adlı istifadəçi, Fevral 16, 2008 tarixində, saat 21:47 yazıb:

    Sima xanim, xosuma, geldi tebrik ederem, en cox da sonuncu seir… uqurlar


  4. Sima N. adlı istifadəçi, Fevral 17, 2008 tarixində, saat 22:45 yazıb:

    Asimana:
    şeirlərim Sizin zövqünüzü oxşamayıbsa, mənim inciməyimə bir səbsb yox. Ümidvaram ki, poetik həzzi klassik poeziyadan ala bilirsiz


  5. Şahanə adlı istifadəçi, Fevral 21, 2008 tarixində, saat 13:07 yazıb:

    Bəyənmək imkansız…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: