Gənc yazarlarımızın kompleksləri haqqında
Azərbaycan ədəbiyyatının problemləri dedikdə, iki baxış tərzi göz önünə gəlir. Biriləri, heç bir problemin olmadığını deyirlər. Onların fikrinə görə, bu gün heç bir yazarın mövzu və senzura problemi yoxdur, yerdə qalan isə artıq istedadın işidir.
İkincilər isə, yetərincə problem sadalayırlar: naşirlik institutunun yoxluğu, kitab satışı şəbəkələrinin sıradan çıxması, tərcümə prosesinin dünya ədəbi prosesi ilə ayaqlaşmaması, dövlətin yaradıcı qurumlara və yaradıcı şəxslərə münasibətdə ayrı-seçkilik mühiti yaratması və s. Davamı…
Əgər idrak qapıları təmizlənərsə, hər şey bizim gözümüzə olduğu kimi, yəni hüdudsuz görünər.
Uilyam Bleyk
Qərb sürrealizmi ilə Şərq sufizmi arasında bir çox oxşarlıqlar var. Birincisi odur ki, hər ikisi bir növ mütləq subyektivizmə can atır. Hər ikisi qeyri-fiziki kamillikdə, əllə toxunulması mümkün olmayan mənəvi və ruhani ucalıqda qərq olmağa çalışır. Sufi «kəsrət» («çoxluq») dünyasındakı simvollar, əlamətlər və işarələr vasitəsilə onun əsl mənbəyinə, yəni «vəhdət» («vahidlik») aləminə yol tapır. Atdığı hər bir addımda sufi əşyaları, obrazları və simvolları vasitəyə çevirir ki, özünü «mən»sizliyə qovuşdursun. Sufinin bir məqamdan digərinə varması, son nəticədə özünü Allahda və ya vəhdət aləmində «həll etməsi» və Allahın böyük obrazına oxşar kimlik qazanması bir növ potensial haldan aktual hala keçmiş şeirdir. Davamı…