Qaynar xəbər portalı

Kitab dünyası


“Nəsimi” MükafatıGənc yazarlarımızın kompleksləri haqqında

Azərbaycan ədəbiyyatının problemləri dedikdə, iki baxış tərzi göz önünə gəlir. Biriləri, heç bir problemin olmadığını deyirlər. Onların fikrinə görə, bu gün heç bir yazarın mövzu və senzura problemi yoxdur, yerdə qalan isə artıq istedadın işidir.
İkincilər isə, yetərincə problem sadalayırlar: naşirlik institutunun yoxluğu, kitab satışı şəbəkələrinin sıradan çıxması, tərcümə prosesinin dünya ədəbi prosesi ilə ayaqlaşmaması, dövlətin yaradıcı qurumlara və yaradıcı şəxslərə münasibətdə ayrı-seçkilik mühiti yaratması və s. Birincilərin yanaşma tərzi tənqidə davamlı deyil. Çünki hər şeyi istedadın üzərinə atmaq çıxış yolu sayıla bilməz. Vəhşi istedad ciddi ədəbiyyat müstəvisində hələ bir şey demək deyildir. Bu istedadın formalaşması, yetişməsi lazımdır. Bu isə öz-özünə baş vermir, bunun üçün dünya ilə səsləşən ədəbi proses, yüksək standartlara cavab verən ədəbi mühit, ciddi ədəbi tənqid və s. gərəklidir. Heç kim anadan Markes və ya Tolstoy doğulmur. Əlbəttə, söhbət doğum şəhadətnaməsinə yazılan addan deyil, ədəbiyyatın şərəf löhvəsinə yazılan addan gedir. Deməli, birincilərin “ədəbiyyatdankənar” problem adlandırdıqları məsələlər əslində ədəbiyyatın və hər bir yazarın problemidir.
Ədəbi prosesin və mühitin yaranmasına təsir edən əsas mexanizmlərdən biri də müstəqil dəyərləndirmə- mükafatlandırma sistemlərinin olmasıdır. Bu sistemlər davamlı olduqda, indi Azərbaycan üçün xəyal olan bir çox mexanizmləri də işə salır. Belə ki, bir yazarın tanınma arealı genişlənir, tənqidin və mədəni ortamın diqqətini çəkir, markaya çevrilir və s.
Əslində, biz “Nəsimi” Milli Ədəbiyyat Mükafatını təsis etdikdə elə bu “xəyalı” hədəf seçmişdik. Hər necə olsa da, axı yazarlarımız, xüsusən də gənclər belə bir ortamın, müstəqil dəyərləndirmə mexanizminin olmamasından tez-tez şikayətlənirdilər. Elə isə, niyə belə bir sistemin kənardan gəlməsini gözləməliydik? Qolumuzu çırmalayıb işə girişdik, müsabiqə təsis etdik və işə başladıq.
Fevralın 2-dən rəsmən start götürən “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinə bu 15 gündə cəmi 7 nəfər müraciət edib. Əsərlərin son qəbulu martın 14-də başa çatır. Deməli, bir aydan da az vaxt qalır. Bəs onda həmişə belə müsabiqələrin yoxluğundan şikayətlənən gənc yazar dostlarımız nədən belə passivlik göstərirlər? Bunun səbəbləri nədir?
Fərdi söhbətlərdən sonra maraqlı və acınacaqlı mənzərə çıxdı ortaya.
Dostlarımızın “səbəb”lərini əsasən iki qrupa ayırmaq olar. Bunları açıqca ortaya qoymaq və müzakirəyə təqdim etmək qərarına gəldim.
Beləliklə:

1. “Birdən qalib gəlməsəm, rüsvay olacam”.

- Belə çıxır ki, yazarlarımız ciddi komplekslər içində itib-batmışlar. Hələ ədəbiyyat yolunun başlanğıcında ikən bu kimi düçüncələrə qapılmaq onlara heç də yaxşı gələcək vəd etmir. Bu qədər lokal və tipik azərbaycanlı kimi düşünmək nəyə lazımdır? Axı burada kimin qalib gəlməsi hələ ikinci dərəcəli məsələdir. Əsas olan belə bir mexanizmin yaranması və içində səmimi ədəbiyyat sevgisi olan hər kəsin ona dəstək olmasıdır. Yuxarıda qeyd etdik ki, müsabiqənin davamlı olması başlıca şərtdir. Amma əsərlər təqdim edilmədikdə, təbii, biz də “Azərbaycanda ədəbiyyat və istedad yoxdur” kimi yanlış bir nəticəylə işimizi yarımçıq buraxmaq zorunda qala bilərik. Bəlkə bizim gənc dostlarımızın ədəbiyyat sevgiləri boğazdan yuxarı və ötəri bir hissmiş? Axı bu müsabiqə gənc istedadlar üçün geniş perspektivlər açır: əsərləri diqqət mərkəzinə gələcək, tənqidçilər onların yazdıqlarını təhlil edəcək, onların uzunmüddət “raskrutkası” gedəcək və s. Və bütün bunlar heç də yalnız qaliblər üçün nəzərdə tutulmayıb. Hələ proses baş tutarsa bir çox sürpriz məqamları da özüylə gətirəcək. Bunlar bəlli. Bəlli olmayan gənc yazarlarımızın dumanlı mövqeyi və kompleksləridir.
Bunca sərt danışmağımın səbəbi var, biz təşkilatçılar bütün resurslarımızı, enerjimizi bu işə yönəltdiyimiz halda, dostlarımız fərdi komplekslərə qapılıblar.
Sanki bütün dünya əlində gül-çiçəklə bunların qapısına gəlib, onları başları üzərinə  qaldırmalıymış.

2. “Mən özümü təsdiq etmişəm, qoy başqaları qatılsın”

- Aha, əlbəttə, sən Biləcəridən o tərəfə keçməyən Azərbaycan ədəbiyyatında fırtına yaratmış, dünyanın nüfuzlu ədəbi ödüllərini qazanmış və 30-dan yuxarı dilə tərcümə olunmusan. Hər gün dünyanın nüfuzlu universitetlərində ədəbiyyatdan mühazirələr oxuyursan.

Son söz əvəzi

Əslində, hətta bircə nəfərin qatılması belə o deməkdir ki, müsabiqə  davam edəcək. Üstəlik, bizlər də başladığımız işləri yarımçıq buraxmağı sevməyən adamlarıq. Sadəcə, bu yazını yazmağa, hər şeyi olduğu kimi müzakirəyə təqdim etməyə ehtiyac var idi. Çünki əvvəlcədən bütün prosesin şəffav aparılacağına söz vermişdik.
Hər halda gənc yazar dostlarımızın da martın 14-ə qədər fikirləşmək üçün zamanları var. Vaxt isə gedir…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, Fevral 17th, 2008 tarixində 22:29 radələrində Müsabiqə bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

25 şərh var


  1. Sima N. adlı istifadəçi, Fevral 17, 2008 tarixində, saat 23:15 yazıb:

    Bu müsabiqədə iştirak etmək, məncə, qalib gəlməkdən daha vacibdir. Qalib gəlmədikləri halda rüsvay olacaqlarını güman edənlər Ədəbiyyatı deyil, öz cılız iddialarını düşünürlər. Heç bir yazarın yaradıcılıq yolu tikansız, savaşsız olmayıb. Məgər Lev Tolstoyu rus kilsəsi lənətləməmişdi? Yaxud, Volter,Flober Fransadan qovulmamışdı?


  2. Raset Pirisoyu adlı istifadəçi, Fevral 17, 2008 tarixində, saat 23:53 yazıb:

    Əziz Zahir!

    Ədəbiyyat tarixində, təkcə ədəbiyyat tarixində deyil, elə bütün sahələrdə təşkilatçılıq istedadı nümayiş etdirən adamlar mənsub olduqları sahənin taleyini bir çox baxımdan həll edirlər. Amma bircə şərtlə - gərək təşkilatcılıq işi aparılan sahənin özü də diri olsun, canlı olsun

    Sizin ədəbi mühiti təşkil etmək cəhdiniz (mən belə deyəndə «Lit.az» saytını da nəzərdə tuturam, baxmayaraq ki, onlarlın müəllif yazısına tendensiyalı baxışı məni bir az pərt edib) heç şübhəsimz təqdirə layiqdir.

    Mən dərin kədər içərisində xatırlayıram ki, mənsub olduğum nəsil məhz bu təşkilatsızılığın nəticəsində özünü reallaşdıra bilmədi. Müstəqil təşkilatçılığa balaca bir cəhd bizim vaxtımızda amansızcasına yatırılırdı.

    Amma mən bilən artıq belə deyil. Ortada «Sənət» qəzetinin aqibəti olsa da belə.

    Zahir, qardaşım,

    bəzən yüzlərələ yazıçı bir yazıçının meydana çıxması üçün yazıb yaradır. (Bizim vaxtımızda yüzlərlə yazıçı bir yazıçının fatihəsini oxumuq üçün yazıb yaradırdı) O yalan şöhbətdir ki, istedad hər şeyi həll edir. Doğrudur istedad, çox şeyi həll edir, amma hər şeyi yox…
    Bu gün dünyaya çıxan bir yazıçı (əgər doğrudan da o, Azərbaycan yazıçısıdırsa, modda olan dünyanın kopiyası deyilsə) dünyanın diqqətini Azərbaycana yönələdə bilər və mənə elə gəlir ki, dünyanı diqqəti Azərbaycana yönəlsə, dünya Azərbaycan ədəbəiyyatı ilə mütləq maraqlanacaq.
    Onda bizim dünyaya çıxmaq imkanlarımız xeyli genişlənəcək.
    Bir də mən elə biləirəm, biz dünyaya çıxmaq üçün yazmamalıyıq, əyləşib öz işimizi görməliyik. Dünya sonrakı məsələdir. Əsas özümüzük - necə yaşayırıq, necə düşünürük, necə nəfəs alırıq və s.
    İndiki halda isə əsas təşkilatçılıq işidir. Onu da siz görürsünüz. Özünə yazıçı deyən adam, sizin gördüyünüz işə barmaqarası baxırsa, özü öz oturduğu budağı kəsir.

    Budaq kəsiləndə də yazıçı ən azı «Ədəbiyyat» qəzetinin ağuşuna düşür.


  3. Ryabina adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 00:46 yazıb:

    Zahir,bir faktı qeyd etmək istəyirəm…əyalətlərdə yazıb üzə çıxmaq istəyən olduqca istedadlı gənclər var, lakin internet imkanlarının olmaması ucbatından, bəzi hallarda isə kompüterdən istifadə edə bilmədiklərindən yazılarını göndərə bilmirlər…Müsabiqənin artıq ilk gündən qəbul olunmuş qaydalarının zərrəcə dəyişməyəcəyini nəzərə alsaq, demək o gənclərin bu müsabiqəyə qatıla bilmək imkanları sıfıra enəcək…belə…
    Amma düşünürəm ki, bu layihə alınacaq, uğurlu və davamlı olacaq, hələ bütün Türk dünyasına da səs sala biləcək…təbii ki birdən-birə yox…
    Bir daha gənclərimizi bu önəmli işə qatılmağa dəvət edirəm və hər kəsə uğurlar diləyirəm…


  4. Turxan Gerb adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 00:50 yazıb:

    TV-də müsabiqə haqqında sujet getmese xeyri yoxdur… TV-də süjet gedəndən sonra qızıldiş sazçalanlar da qoşulacaq. Narahat olmayın…


  5. Turxan Gerb adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 00:53 yazıb:

    2. “Mən özümü təsdiq etmişəm, qoy başqaları qatılsın” - Bu seymurbaycankimilərə aiddir. O gün Seymur hörmətli insan ANARın yanında bunu təsdiqlədi. QanTural da “aha” dedi.

    Söz azadlığını təmin edib, bu yazdıqlarımı saytın şərhlər hissəsindən pozmayın!


  6. Elnarə Şəms adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 01:41 yazıb:

    Hörmətli Zahir Əzəmət,mən öz payıma düşən açıqlamanı Sizə verim ki,çox düşünərək bu məsələ üzərində əziyyət çəkməyəsiniz.Mən bu musabiqə haqqında elan edilən gündən bu günə kimi bütün yazıları oxumuşam və oxamaqdada davam edəcəyəm sonuna qədər.İlk öncə çox sevindim,ancaq bir az keçmiş oturub dərindən düşündüm və belə bir nəticəyə gəldim:Həmişəki kimi Zahir Əzəmət öz ağlı kəsdiyi,1).bu dahi fikirdir,(çünki,qısa yazacağam—”sərbəst”formada yazılıb),axı biz qeyri-adi bir dünyaya çıxmalıyıq,2)bu heç də mənim ruhumu oxşamır,qısaca xoşuma gəlmir,burada o biri dünyalardan xəbər verən heç bir dahiyanə fikir yoxdur-təbii ki bu sırf Sizin nöqteyi-nəzəriniz olacaq.(çünki bu əruz və heça da yazılmış olacaq)ona görə də KEÇMƏDİ,yani xoşuma gəlmədi…….

    Baxın Hörmətli Zahir Ə.əgər burada söhbət doğurdan da ədəbiyyatımızın inkişafından gedirsə,gənclərimizə dəstək olmaq üçün bu müsabiqəni təşkil etmisinizsə,Sizdən artıq dərəcədə xahiş edərdim əgər mümkünsə mənim bu müsabiqə haqqında artıq formalaşan fikrimi dəyişməyə heç olmasa cəhd edəsiniz.Öncədən təşəkkürümü bildirirəm.


  7. Admin adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 01:53 yazıb:

    Elnarə xanım, bu o deməkdir ki, müsabiqənin şərtlərini yaxşı oxumamısınız. Kultaz.com və Lit.az saytları müsabiqənin münsifi deyillər, sadəcə təşkilatçıdırlar. Deməli, sizin təbirinizcə desək, Zahir hansısa şeirə pis və ya yaxşı demək hüququna malik deyil. İkincisi biz nə şəxsən tanışıq, nə də birdən-ikidən yazdıqlarınıza münasibət bildirmişəm. Haradan çıxardınız ki, mən necə düşünür və ya nə deyə bilərəm. Lütfən, insan haqqında başqalarının dedikləri əsasında qərar çıxarmayın. Münsiflərə gəldikdə isə ölkənin ən tanınmış peşəkar yazarlarını seçmişik. Hətta o şəkildə seçmişik ki, heç kim hansısa “cəbhələşmə” və ya “qruplaşmadan” danışa bilməsin. Münsiflər həm yaş, həm də ədəbiyyat baxımından təcrübəli, özlərini təsdiqləmiş adamlardır.


  8. Şəms EL adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 02:26 yazıb:

    Zahir, sən heç narahat olma. Biz xalq olaraq hər işimizi sona saxlayanıq. Əminəm ki, bir çoxları öz əsərlərini müsabiqəyə son günlər göndərəcəklər…

    Haydı gənclər, uğurlar!


  9. Postmodernpərvərpərəst adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 02:57 yazıb:

    “Aha, əlbəttə, sən Biləcəridən o tərəfə keçməyən Azərbaycan ədəbiyyatında …”

    Redaktor, bəs onda Biləcəridən o tərəfə keçməyən ədəbiyyatın nümayəndələrindən münsiflər heyəti duzeldib, həmin ədəbiyyatın özünü təsdiq etmiş nümayəndələrinin qabağına çıxarmaq nə dərəcə düzgündür..? -))

    Yoxsa, Tolstoyu qəbirdən çıxarıb, hakimlik vəzifəsini ona həvalə etmisiniz..? -))

    Ay sizi, sizi…


  10. Qan T. adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 03:02 yazıb:

    Mən bu müsabiqədə mütləq iştirak edəcəyəm.


  11. scorpion adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 10:44 yazıb:

    Mən anlaya bilmədim vallah… Müsabiqə elan olunub, iştirak eləmək istəyən yazısını göndərsin istəməyən göndərməsin. Bunu müzakirə eləmək ümumiyyətlə düzgün deyil…Təşkilatçıların öz səlahiyyətlərinə aiddir bu qaydalara hansısa korrektəni eləmək… Adama deyərlər ki, qardaş belə ağıllıydın indiyə qədər sən özün də buna bənzər bir iş görəydin da…


  12. Novarg adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 12:12 yazıb:

    Juri heyetinde kimlerin oldugu achiqlanmayana qeder bele davam edecek… Bunun qarshisini almaq uchun men teklif edirem ki, qalibleri sms yolu ile sechek… Ilk 3 yeri tutan senetchilerin final konserti teshkil olunsun, pulsuz klipleri chekilsin ve bir ay ATV`de pulsuz raskrutka edilsin… Indiden postmodernist uslubda yazan senetchilerin qalib geleceyini eminlikle demek olar…


  13. Şahanə adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 12:34 yazıb:

    Novarg, kiminçün sms-indən keçərdin?:)

    Məncə də hər şey yaxşı olacaq. Bəzi gənclərimizi belə bədbin görəndə qəlbim ağrıyır açığı…


  14. Ryabina adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 13:37 yazıb:

    Gənclər bədbin deyillər ey, Şahanə…gənclər sadəcə indiyədək ciddi hesab edib nikbinliklə yazdıqlarının ədəbiyyata nə dərəcədə aid olub-olmamasından əmin deyillər…Bu mətbəxin dequstatorları əvvəl yediklərinimi dadmaq istəyəcəklər, eksperiment edilmiş pikant dadlarımı gözləyəcəklər, heç vaxt yemədikləri, dadını bilmədikləri, yedikdən sonra onları həyatamı gətirən, həyatdanmı aparacaq yeməyin nə olduğunu belə bilmədikləri halda onu, məhz onumu istəyəcəklər…-))
    Öz aramızdır, dequstatorların həzm sistemi hər cürə yeməyi qəbul etməyə hazırmıdır, bax bunu da anıb, sonu da anıb tərəddüd edirlər…-))


  15. Şahanə adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 13:46 yazıb:

    Ryabina, dequstatordan qorxan mətbəxə girməz…-))

    Bişirə bilən oğul da dequstatora gənəşməz, bişirər, dadlı olsa, əlbət, bir yeyəni tapılacaq…-))


  16. scorpion adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 13:59 yazıb:

    Ryabina,Şahanə haqlıdır. Münsiflərin kim olmasının nə dəxli var məsələyə… Qalib elan olunan yazı birinci növbədə onların ədəbi zövqünün göstəricisi olacaq…və həm də bu mükafatın prestij dərəcəsini müəyyənləşdirəcək.


  17. Chilgin adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 15:16 yazıb:

    Yadima rehmetlik Chingiz Mustafayevin sozu dushdu “Axi niye dimirsuz ki, qorxaqsuz…”
    Zair, kesin bu chocuklar korkuyor olucak ki, katilmiyorlar:)))
    Heyif, chox heyif ki, Rasim muellim kitabimizi yayimlatdi. Yoxsa fegan eliyerdim:))))
    eybi yoooo, hele ikinci merhele var:))


  18. Ryabina adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 16:16 yazıb:

    Scorpion, mən öz şəxsi fikrimi demədim ey, müsabiqənin adı gələndə belə diksinib amma yazılarını yollamağa cəsarəti çatmayan gənclərimizin ehtimal oluna biləcək yanaşmalarını qeyd eləməyə çalışdım…Həm də məndən həmişə əyalət xəbərləri gəlir axı, paytaxt uşaqları narahat olmasınlar…-))
    Sizə desəm ki, burada universitetin filologiyasında oxuyan ŞEİR yazan tələbələr üçün müasir poeziyada ölü şair Nüsrət Kəsəmənli, diri şair Qəşəm Nəcəfzadədir, qorxuram infarkt faktları baş verə…-))Çox istedadlı gənclərdi, amma pedaqoqları nə bilirsə, onlar da yalnız onu bilir və bunun üzərinə əyalətdə müasir yazarların əsərlərindən ibarət kitab satışının və yayımının olmamasını da gəlsək, məlum olar ki, vəziyyət nə qədər acınacaqlıdır…
    Lit.az və kultaz.com daha bir layihəsini əyalətlərə kitab yürüşü adı altında təşkil etsəydi, lap əla olardı…Ehhh…bu ədəbiyyatdakı bu layihə lap kasıb evinə qəfil qonaq gəlməsinə bənzəyir…bilmirlər süfrəni hardan tapsınlar, ərzağı hardan, evin bər-bəzəyini hardan, qonaq qabağına çıxmaqçın adam balası kimi geyinməyi hardan…
    Amma hər uzun yol ilk adddımdan başlayır deyə daha ürəkli və inamlı, hətta inadkar olaq…biz bu zəhrimara qalmış çətinliklərin hamısından keçməliyik axı…


  19. scorpion adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 16:58 yazıb:

    Ryabina, mən sənin yaradıcılığına da, istedadına da, cəsarətinə də bələdəm… sənin üçün bilirəm ki, narahatlıq doğuracaq bir səbəb ola bilməz… Əslində mənim sözüm səndən əvvəl yazılan şərhin müəllifi kimi düşünənlərədir… istedad nə boyda, iddia harada…


  20. Modern_Azerbaycan adlı istifadəçi, Fevral 18, 2008 tarixində, saat 23:44 yazıb:

    Müsabiqədə əruz, heca və aşıq şeiri ilə də iştirak etmək olar? Yoxsa ancaq sərbəst şeir…


  21. Elnarə Şəms adlı istifadəçi, Fevral 19, 2008 tarixində, saat 01:05 yazıb:

    Hörmətli admin,cavabınıza görə təşəkkür edirəm,amma xahiş edirəm mən Zahir Əzəmətin haqqında heç bir mənfi fikir söyləməmişəm və heç kimsə mənim başqaları haqqında olan fikrimi dəyişdirə bilməz.Zahir Ə.şəxsiyyət kimi,yazar kimi vəs.böyük hörmətim var,xahiş edirəm mənim haqqımda mənfi fikir formalaşdırmayasınız.Mənim bilmədiyim və yaxud belə deyək bu müsabiqə haqqında ümumi fikrimi yazdım,çünki bəzi qaranlıq məqamlar var idi.(bu isə şeirin növlərinə aid idi)buna da lazımı məlumat yazdınız.Buna görə öz minnətdarlığımı bildirirəm.Deməli bu müsabiqədə şeirin bütün növləri ola bilər.
    Yani Əruz,heca,qoşma,bayatı,məsnəvi,sərbəst və s.və i.?!!!!!


  22. Rəbiqə adlı istifadəçi, Fevral 19, 2008 tarixində, saat 01:31 yazıb:

    Müsabiqə həm də həyəcan deməkdir. Amma biz az evvel filoloqlarimizin chixishlarini eshidende, az qaldim deli olam… Məncə, Rya, söhbət gənc-yaşlı məsələsi deyil, sadəcə, ədəbiyyatın nə olduğunu hələ də dəqiq meyarlarının ayırd edilməməsidir. Sanki illərdir düçşündüklərimiz kəllə-mayallaq olub və biz bu dəyişikliyə hələ də alışa bilmirik. Və ən çətini də forma axtarışları - məhz sənin olanı, sənin ən yaxşı ifadə etdiyin tərzi seşməkdir… Nəysə. Yaxşı ki, uzun-uzadı düşünmədən, həmişəki kimi, ən son düşündüyümü (daha doğrusu, ən başda etmək istədiyimi) edib, müsabiqəyə qatıldım. Özümə sübut etdim ki, heş bir eksperimentdən qorxmuram.
    Hamıya uğurlar - iştirak edənlə də, etməyənlərə də! Şablon da olsa, “Layiq olan qalib gəlsin”.


  23. Admin adlı istifadəçi, Fevral 19, 2008 tarixində, saat 01:50 yazıb:

    Elnarə xanım, müsabiqənin şərtlərində heç bir forma və üslub məhdudiyyəti qoyulmayıb.


  24. Chilgin adlı istifadəçi, Fevral 19, 2008 tarixində, saat 15:07 yazıb:

    Rebiqe, baci qurban, Allah sene komek olsun. Tebii ki, wert qalib gelmekde deyil. O ki adam ozunu snamaqdan, uduzmaqdan qorxmur bu ele yanilmamaq, dolayisiyla qalib gelmek demekdir. Iwtirak eden butun uwaqlara bawarilar dileyirem. Ve arzu edirem ki, scorpion kimi katalizatorlar hemiwe etrafimizda olsunlar ki, biz oz deyerimizi daha yaxwi anlayaq.
    P.S. Lezzet eliyir de mene ayagimdan cekenleri gormek:))))
    Znacit, nese var:)))


  25. Oxucu adlı istifadəçi, Fevral 22, 2008 tarixində, saat 13:05 yazıb:

    Salamlar,

    Telesmek lazim deyil. Birinci musabiqede men inaniram ki, o qeder de cox nasir ishtirak etmeyecek. Bunu ozunuzun sadaladiginiz kimi bir cox sebebleri var.

    Bu il bu musabiqe basha catsin, eger dogrudan da, edaletli, qerezsiz secim olacaqsa, qalibin tanitimindan sonra gelen il artiq cox sayda ishtirakcilar olacaq. Hetta, gelen il musabiqeye gonderilen yazilarin kenarinda “ekskluziv olaraq “Nesimi” ucun” yazilan qeydler gorende teeccublenmemelisiniz.

    Bu il ilk musabiqedir, odur ki, sebr etmek lazimdi. Hem de deyildiyi kimi, bizim millet, axi, her sheyi sona yaxin etmeyi sevir.

    Ugurlar arzu edirem.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: