Qaynar xəbər portalı

Kitab dünyası


KultAz: Dəyəri 160 min ABŞ dolları olan impressionist rəssamlara aid 4 əsər dünən gecə Sürix psixiatrik xəstəxananın ərazisində olan maşından tapılıb. Dünən gecə Sürix psixiatrik xəstəxananın həyətində qapıları açıq ağ maşın durduğunu görən bir nəfər polisə müraciət edərək bildirib ki maşında rəsm əsərləri var və üzərində götürüldüyü muzeyin adı göstərilib. Polis maşının içini nəzərdən keçirərkən ordan oğurlanmış əsərlədən biri olan Kloda Monenin məşhur “Vekeye yaxınlığındakı xaşxaş tarlası” əsərini tapmışdır. Digər əsərlərsə Vinsent Van Qoqa aid “ Çiçəkləyən şabalıd budaqları”, Edqar Deq “Lyudovik Lepik və onun qızları”,  Pol Sezanın “Qırmızı gödəkçəli oğlan” əsərləri olmuşdur.
Xatırladaq ki, bazar günü muzeyə daxil olan dörd nəfər maskalı və silahlı şəxslər əsərləri oğurlamışdılar. Hal-hazırda cinayətkarların harda olduqları barədə araşdırmalar aparılır.

Gülər






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: