Qaynar xəbər portalı

Kitab dünyası


Alen Rob QriyeKultAz: “Yeni roman” (Neo-roman) yaradıcılarından hesab olunan tanınmış fransız yazarı Alen Rob Qriye vəfat edib. O, Fransanın qərbində yerləşən Kann şəhərindəki xəstəxanaların birində 85 yaşında ürək çatışmamazlığından keçinib.
Alen Rob-Qriye 18 avqust 1922-ci ildə mühəndis ailəsində anadan olmuşdur. Yazıçı olmazdan öncə o, aqronom işləmişdir. Öz əsərlərində həmişə obyektivizmə əsaslanan Rob Qriye əsərlərində hər şeyin necə var elə - yazıçının müdaxiləsi olmadan verilməsinin tərəfdarı idi.
Yazıçıya şöhrət gətirən əsəri “Rezinlər” romanı olub. Bu, bizə yunan mifologiyasından məlum olan Edip əhvalatının çətinləşdirilmiş variantı idi. Onun məşhur əsərləri sırasına “İzləyən”, Amerika tənqidçiləri tərəfindən şedevr sayılan “Qısqanclıq” romanları da daxildir.
Yazıçılıqdan əlavə Rob Qriye özünü kino sahəsində də sınamışdır. O, Alan Renin “Keçən yay Marienbadedə” filminin ssenarisini işləmiş və buna görə Oskar mükafatını qazanmışdır.

Gülər






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: