21 fevral - UNESCO-nun himayəsi altında Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu təşəbbüs dünyada mövcud olan bütün dil və mədəniyyətlərə hörmət və onların istifadə olunmasının təşviqinə yönəlib. BMT ekspertlərinin məlumatına görə, hazırda mövcud olan 6700 dilin yarıdan çoxu yox olmaq təhlükəsi ilə üzləşib. Orta hesabla hər 15 gündən bir dillərdən biri öz işləkliyini itirir. Dünyada mövcud olan dillərin 96 faizi dünya əhalisinin cəmisi 4 faizi tərəfindən işlənilir. Beynəlxalq Ana Dili Günü 1999-cu ildə UNESCO Baş Konfransının 30-cu sessiyasında təsis olunub. Doğma dillərin qorunması üçün UNESCO bu dillərdən məktəb təhsilində rəsmi dillərlə yanaşı istifadə olunmasını tövsiyə edir. Bu gün Parisdə UNESCO-nun qərargahında Beynəlxalq Dillər İlinin açılışı olacaq. Qeyd edək ki, BMT Baş Assambleyası 2008-ci ili Beynəlxalq Dillər İli elan edib.//APA
« Milli «Tom və Cerri» cizgi filmi istehsal edilir | Əsas səhifə | “Brit Awards” mükafatının qalibləri məlum oldu »




Bölmə: 








