KultAz: Bu ilin yayında Çeçenistanda beynəlxalq kino festivalı keçiriləcək. Festivalda müxtəlif dinə sitayiş edən insanların həyat tərzləri barədə filmlər nümayiş etdiriləcək. Bədii filmlərdən əlavə festivalda cizgi və sənədli filmlər də nümayiş olunacaq. Festivalda dünyanın bir çox ölkələrindən olan rejissorların əsərləri iştirak edəcək.
Çeçenistanın mədəniyyət naziri Dikalu Muzakeyev bildirib ki “Voyna” və “ Qrozni” teleradiokompaniyaları mədəniyyət nazirliyi ilə əməkdaşlıq edərək artıq bu festival üçün hazırlıqlara başlayıb. Məşhur kino ustaları, hətta Oskar mükafatı laureatları da bu festivala artıq üzv olublar. Münsiflər heyətində Böyük Britaniya, Misir və s. ölkələrdən olan şəxslər daxildir.
Gülər




Bölmə: 








