İyunun 1-dən 8-dək X “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı keçiriləcək. Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib ki, hər il ənənəvi olaraq keçirilən film festivalının bu il 10 illik yubileyi daha təntənəli şəkildə qeyd olunacaq. Builki festivalda dünyanın daha çox ölkələrinin təmsil olunması nəzərdə tutulur. Festivalda iştirak etmək üçün artıq bir sıra ölkələrə dəvət göndərilib.
Qeyd edək ki, “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı ilk dəfə olaraq 1996-cı ildə keçirilib. Festival MDB və Baltikyanı dövlətlərin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondunun təşkilatçılığı ilə həyata keçirilir.//APA
« Qəşəm Nəcəfzadə: “Şeirlərim özlərini yaxşı hiss edir” | Əsas səhifə | “Yazar” qəzetinin xüsusi buraxılışı işıq üzü görüb »




Bölmə: 








