Mavi rəngli qalın şüşələrdən pilləkənə solğun, göyümtül işıq düşür, siqaret kötüklərinin, saralmış kağız parçalarının üzərində solğun kölgələr oynaşırdı. Zövqsüz rənglənmiş dəmir yanlıqlardan yapışıb, tozlu pillələri qalxdıqca həyəcanlanırdı. Görəsən qəbul işinə kim baxırdı, söhbətləri alınacaqdımı? Dostu ona min beş yüz dollar vermiş, demişdi ki, sən dil tapmağı bacarırsan, tanışların var, uşağı instituta qəbul elətdir. Uzağı min-min iki yüz istəyəcəklər, qalanı da sənin. Üç yüz dollar az pul deyildi, bir başa Nadyanın yanına gedər, onun pulla gəldiyini öyrənən Nadya yaman sevinərdi, yoxsa hər dəfə qapının ağzında dayanıb boynunu buraraq, Nadya, mənim pulum yoxdu, deməkdən özü də bezmişdi, Nadya da. Qəribə qadındı Nadya, pulsuz gəldiyini bilsə də, heç vaxt ona yox demirdi, ancaq yola salanda şikayətlənirdi. Özündən xəbərin yoxdu, xəstəsən sən! Get, özünü müalicə elətdir! İnsan belə olmaz axı!
Qoltuğunda qovluq harasa tələsən cavan oğlan belə işlərə məsul katibin baxdığını deyib, otağını da ona göstərdi. Deyilən otağa getdi və içəri keçib məsul katib deyilən qadını görəndə bədəninə uçunma düşdü. Bircə bu çatmırdı, lənət şeytana, gör belə işləri kimə tapşırırlar! Ağappaq sifəti, goppuş dodaqları, arxaya daranmış qısa saçları, koftasını qabardan iri döşləri qadını daha cəzbedici göstərirdi. Danışdıqca çılpaq çiyinləri titrəyir, aşağı əyiləndə çiyinlərindən nazik bağlarla asılan nazik, güllü parçadan tikilmiş donunun yaxası açıdır, döşləri aydın görünürdü. Birdən donunun bağları qırılsaydı necə olardı? Donu ayaqları altına düşən qadını xəyalında təsəvvür elədikcə udqunur, uçunması güclənirdi. Qadın olar belə, yoxsa Nadya kimi, koftası əzik-üzük, barı saçlarını əməlli-başlı daramır, elə bilirsən bir əlçim yundu.
- Nə lazımdı? - qadın soruşdu.
- Mə…ən..,- udqundu.
- Hə, nə olub?
- Bilirsiz, uşaq, bura… Bilmək istəyirəm, neçəyə başa gəlir? - Özünü ələ ala bilmədiyindən qızara-qızara deyirdi və ona elə gəlirdi ki, qadının özünü dəvət eləyir, yəni mənimlə 3-cü mikrorayona neçəyə gedərsən?
- Min beş yüzə! - qadın qiymətini dedi, sanki onun cibində nə qədər pulu olduğunu bilirdi.
- Niyə belə baha, mənə deyiblər…
- Nə deyiblər? - qadının səsi cingildəyirdi.
- Uzağı min iki yüzə…
- Aldadıblar!- Qadının maraqla açılmış ala gözlərində birdən-birə soyuq və etinasız bir ifadə canlandı. Onu unudaraq yenidən qarşısındakı vərəqdə nəsə yazmağa başladı.
Dostu onu aldatmışdı, qadının səsinin tonundan, hərəkətlərindən, rəngdən-rəngə düşən gözlərindən aydın hiss olunurdu ki, onunla çənə döymək mənasızdır, güzəştə getməyəcək. Hər şey cəhənnəm, pis-pis qoxuyan, yalançı parıltıları göz qamaşdıran bu otağa tüpürüb gedərdi, ancaq Nadyanın yanına yenə də pulsuz gedəcəyini fikrləşəndə xəcalət çəkirdi.
Bu qadın özünü niyə belə çəkirdi, niyə belə əda ilə danışır, onu adam yerinə qoymurdu? Olurdu boş, kimsəsiz otaq… Təsəvvür elədikcə yenidən bədəninə uçunma düşdü. Bəs necə olsun? Ağlına gələn fikirdən diksindi, həyəcanlandı, bir anlığa sözünü deyə bilmədi.
- Razıyam, - udquna-udquna dedi.
- Ver, - qadının gözləri yenidən canlandı, bu gözlərdə coşqun ehtiras və acgözlük alışıb yanırdı.
- 3-cü mikrorayondadır. Qorxdum bura gətirməyə, aşağıda polislər… - nəhayət özünü ələ alıb, fikrini sona kimi deyə bildi. - Gedək, taksiylə. Yarım saata kimi qayıdacaqsan.
Qadın qələmi kağızın üzərində oynatmağa başladı, indi onu daha maraqla süzürdü. Onun heç gözləmədiyi halda birdən ayağa qalxdı, kağızları stolun üstündən yığışdırıb, böyründəki kassaya qoydu, çantadan güzgüsünü çıxarıb saçlarını, donunun bağlarını, hətta qaydasınca olmayan döşlərini belə qaydaya salmağa başladı. Qadın onu saya salmır, kişi hesab eləmirdi, bu isə ona toxunur, qəlbində anlaşılmayan vəhşi, heyvani hisslər baş qaldırırdı.
Qadın qapını bağlayıb qabağa düşdü. Qadınla ayaqlaşa bilmirdi, pillələri elə düşürdü, sanki yaş, sürüşkən balıq nohurda üzür, dövrə vururdu. Xəyalında bu qadını, - balığı qucaqlayır, ancaq yaş balıq sürüşüb qolları arasından çıxırdı. Lənət şeytana, xəyalında da qadın balığı qucaqlaya bilmirdi. Halbuki indiyə kimi belə sorumu olmamışdı, xəyalında istədiyi müğənnini, aparıcını, aktrisanı qucaqlamış, dəfələrlə soyundurmuş, hələ bir o tərəfə də keçmişdi, yəni tamam-kamal. İndisə aciz qalmışdı.
Taksini qadın özü saxladı və keçib arxada oturdu, qadınla yanaşı oturmaq istəyəndə:
- Qabaqda otur! - qadın nifrətlə dedi.
- Niyə? - yöndəmsiz sual verdiyini özü də başa düşdü.
- Qoxuyursan, ona görə! - qadının gözləri igrahla işıldadı, sanki ona həddini göstərməkdən həzz alırdı.
- Necə yəni? - pul kimi qızardı.
- İy verirsən! Necəsiz, filansız! Aydın oldumu?
Dedi və özündən razı halda güldü, yenidən qabaqdakı güzgüyə baxıb, saçlarını qaydaya saldı.
Başa düşdü ki, qadın onu təkcə kişi kimi yox, insan kimi də saya salmır, onun incidiyini, təhqir olunduğunu vecinə də almır. Görünür özündən aşağıda duranların qəlbinə tüpürməyə alışmışdı. Qəlbindəki bütün insani hisslər yoxa çıxdı, qəribə bir vəziyyətə düşdü, az qalırdı arxa qapını açıb, qadının saçlarından yapışaraq yerə düşürtsün, yol boyunca sürüsün, təpikləsin, incitsin.
Özünü güclə ələ alıb, keçib oturdu. Mənzil başına tez çatdılar, qadın taksidən düşmək istəmirdi, get, pulları gətir, ancaq o razılaşmadı, xırda pullardır, saymalıyıq dedi və taksini buraxdı.
Yenə də qadın qabağa düşmüşdü, pillələri qalxdıqca arxası ədəbsizcəsinə titrəyirdi, bədəninə uçunma düşən o isə hisslərini ələ almaq üçünü bütün qüvvəsini səfərbərliyə almışdı, qadını elə bu pilləkəndəcə zorlamaqdan özünü güclə saxlayırdı. Ömründə ilk dəfəydi qadın bədəni onu belə cəzb eləyir, qadına qarşı qəlbində bu qədər istək, ehtiras baş qaldırırdı, bu istəyin qarşısını almaq sadəcə mümkün deyildi.
İçəri keçən kimi də qapını arxadan bağladı, qadın qapının ağzında dayanmışdı, pulları gətir, deyirdi, elə burdaca sayaq. Burda yəqin polislərdən qorxmazsan, qonşular da görməz.
- Elədi, - təsdiqlədi, - heç kim görməz. Ancaq mənim bir adətim var.
- O nə adətdi elə? - qadın şübhə ilə soruşdu, səsinin qeyri təbii çıxdığını hiss eləmişdi.
- Qadınla təklikdə qaldımmı, özümü idarə eləyə bilmirəm. İşimi görməliyəm.
- Nə iş? - qadın qışqırdı. - Ağlını itiribsən? Pulu ver, gedirəm. Sən nə cürətlə?! Mən səndən iyrənirəm! İnsan deyilsən, iyrənc bir varlıqsan!
- Qışqırma, - sakitcə dedi, - məndə öküz gücü var, bir yumruğum kifayətdir ki, axşama kimi ölü kimi qalasan. Mənsə səni incitmək istəmirəm, hər şey xoşluqla olsa yaxşıdı.
- Xoşluqla?! Fikrin var sənin kimi idbarla xoşluqla yatağa girim?
- Özün bil, xoşluqla istəmirsən, zorla apararam.
- Polisə deyəcəyəm! Yaxınlaşsan qışqırıb qonşuları bura tökəcəyəm!
- Bu binada heç kim yaşamır, hamısı bağ evindədir, bekara özünü əziyyətə salıb qışqırma. Başımı ağrıtma, gözləməyə səbrim çatmır.
Qadının qolundan yapışıb sıxdı və qadın başa düşdü ki, tələyə düşüb, qışqırmaqla, hədələməklə onu qorxuda bilməyəcək. Qapıya tərəf boylandı, qapı bağlıydı, başını yellədi, yəni nə olacaq, olacaq. Onunla otağa keçdi, onu söyür, lənətləyirdi. Öküz, heyvan, idbar! Sifətində igrah hissi soyunur, söyməyindən bir anlığa belə qalmırdı. Onun isə gözləməyə hövsələsi qalmamışdı, qadını qucaqlamışdı və qadın söydükcə, müqavimət göstərdikcə də azğınlaşır, qadına əməlli başlı soyunmağa belə imkan vermirdi. Onu söyən, alçaldan, bir insan kimi saya salmayan qadınına sahib olmaqdan həzz alırdı. Bax, söyürdün, deyirdin qoxuyursan, sonu nə oldu. Bu qoxuyan oğlan indii səninlə istədiyi kimi rəftar eləyir. Pulla mənimlə yatağa girən küçə qızlarından fərqin nəymiş? Acgözlük eləməsəydin, min iki yüz əvəzinə, min beş yüz istəməsəydin, mənim də pulu qalardı, qızların yanına gedərdim, daha səni bura gətirməzdim.
Su gəlmirdi, yuyuna bilməyən qadın daha da cinləndi, bəs necə olsun? Evə çatana kimi bağrım çatlar, gərək hamama girib bütün günü yuyunam. Sən xalis eşşək imişsən! Nə qədər yuyunsam da, bu yatağın qoxusu, səndən gələn iyrənc qoxu getməyəcək. Tez elə pulu ver, mən gedim.
- Tələsmə, - dedi.
- Niyə?! - qadın qışqırdı. - Daha nə istəyirsən?
- Bilirsən,əlimə həmişə sənin kimi gözəl qadınlar keçmir.
- Nə?! - qadın onun neyləmək istədiyini başa düşdü, gözlərində ilk dəfə qorxu ifadəsi canlandı, döşəməyə necə gəldi atılmış paltarlarını götürüb sinəsinə sıxdı. - Cürətin var, yaxın gəl! Mən sənə üç yüz dollar verərəm, get istədiyin qızların yanına.
Qarşısında dayanmış mərmərdən yonulmuş heykəli xatırladan çırpıq qadına heyranlıqla baxırdı, sən demə belə qadınlar da olurmuş! Qadının etirazına baxmayaraq qucağına götürüb çarpayıya apardı, ağzını tutmuşdu, qışqırmasına imkan vermirdi. Xəyalında belə qucaqlaya bilmədiyi qadın indi onundu, varlığına hakim kəsilmiş vəhşi ehtirasla qadına bütünlüklə sahib olmağa can atırdı.
Xoşbəxtçilikdən su gəldi, suyun şırıltısını eşidən qadın hamama qaçdı, soyuq suyla xeyli yuyundu və hamamdan çıxan qadına baxanda yenidən onun başı hərləndi. Bu qadın yox, möcüzə idi!
- Mən getməliyəm, - daha qadının səsində istehza yox, yalvarış duyulurdu.
- Tələsmə, gedərsən.
- Yalvarıram, burax məni!
- Nahaq yerə, idbarın, qoxumuşun birisinə yalvarmağı özünə necə sığışdırırsan?
Qadını qucağına götürdü, üz-gözünə dəyən yumruqlara əhəmiyyət vermirdi. Yuyunandan sonra qadından gələn tər, kosmetika qoxuları yoxa çıxmışdı. Yorulub əldən düşmüş qadın daha əvvəlki kimi müqavimət göstərmir, yalnız söyürdü. Ananın sənin kimi oğlu ölsün, xəstəsən sən, manyaksan, sadistsən! Qadının da hardasa Nadya kimi danışması onu təəccübləndirirdi.
Yataqdan qalxan qadının danışmağa da taqəti qalmamışdı, heysiz halda geyinirdi, daha yuyunmağa da getmədi. Görünür başa düşdü ki, hamamda yuyunub çıxandan sonra hər şey yenidən təkrarlana bilər.
Pulları və sənədləri etinasız halda aldı, dodaqaltı deyinir, onu hirsləndirəcəyindən ehtiyatlanıb səsini qaldırmağa cürət eləmirdi. Səni görüm lənətə gələsən, dedi, sən xəstəsən, manyaksan!
Pəncərədən baxırdı. Qadın ayaqlarını sürüyərək dayanacağa doğru gedirdi. Əvvəlki şuxluğundan əsər qalmamışdı. Donu əzilmiş, saçları dağınıq qadın eynən Nadyanı xatırladırdı.
Kəndə qayıdandan sonra da 3-cü mikrorayonda rütubət qoxuyan o isti, işıqlı otaq, hamamın qapısı ağzında dayanıb gözləri alacalanmış halda ona baxan qadın gözləri önündən getmirdi və hər gün xəyalında dəfələrlə qadını qucağına götürüb yataq otağına aparırdı. Daha sorum yox idi, xəyalında istədiyi vaxt qadını soyundura, qucaqlaya bilirdi.
Qadınla yenə görüşə bilərdi, lakin heç kim uşağını oxutmaq istəmirdi. Pulları yox idi. Xeyirxah işdir, qızğınlıqla adamları inandırmağa cəhd eləyirdi, cəmisi min beş yüz dollar verirsiz, uşağınız olur ali məktəb tələbəsi! Oxuyur, elm öyrənir, beləliklə də əl-ələ verib kəndmizdə lənətə gəlmiş savadsızlığın kökünü kəsirik. Cəmisi min beş yüz dollar heç də az pul deyildi, kənddə çox adamın dollar haqda anlayışı belə yox idi və onun təbltğatları bir nəticə vermirdi. Olurmu, yana - yana deyirdi, ilin-günün bu vaxtında savadsızlığı ləğv eləmək üçün mən nələr çəkirəm, amma gör keçmişlərdə bu işlə məşğul olanlar, millətə savad verib, oxutmaq istəyənlər nə çəkirmişlər!
Çox fikirləşəndən sonra çıxış yolu tapdı, Bakıya yola düşdü və həmən instituta getdi. Pillələri həyəcanla qalxırdı, yenə də mavi rəngli şüşələrdən süzülən günəş şüası tozlu pillələr üstə oynaşır, divarlara göyümtül şüaların solğun kölgələri düşürdü. Görəsən qadın yerində olacaqdımı, lap olsaydı da yenidən onunla 3-cü mikrorayona getməyə razı olacaqdımı?
Qadın yerindəydi, yazı yazırda, yenə həmən donu geymişdi, yumru, çılpıq çiyinləri, koftasını partlatmaq dərəcəsinə gələn döşləri yenə onun ağlını başından eləyir, bədəninə sürüşkən bir uçunma düşürdü. Birdən başını qaldırıb onu görəndə diksindi, gözlərində qorxu ifadəsi canlandı, ancaq tez də özünü ələ aldı.
- Sənsə…ən?!
- Mənəm, - dedi.
- Nə lazımdı? - qadının səsində sonsuz nifrət, igrah hissi var idi.. - Gör sənə nə deyirəm, sən insan deyilsən, heyvansan! Özü də qoxumuş heyvansan! İy verirsən yəni! Tfu, iyrəncsən!
Dinmir, qadlının danışıb sakitləşməsini gözləyirdi. Qoy danışıb ürəyini boşaltsın, sonra sözünü deyərdi. Olsun ki, qadın onu eşidəcəkdi, yoxsa qovmaq istəysəydi, dərhal qovardı. Qovmudusa, demək, ümid eləməyə dəyədi. Qadının söyüşlərinə səbrlə qulaq asdıqca, belə düşünürdü.
Qadın danışıb sözünə ara verəndən sonra:
- Bir uşaq var, - ehtiyatla dedi.
- Yenədəmi 3-cü mikrorayona getməliyik?
- Hə, - dedi, - axı mən o qədər pulu bura gətirə bilmərəm. Burda polislər qaynaşırlar. Ölkənin bütün polisləri burdadı!
- Rədd ol! - qadın sərt səslə dedi və səsini yumşaldıb əlavə elədi. - Yalnız pulu gətirəndən sonra danışa bilərik.
Şirin dilini işə salmışdı, qadını inandırmağa çalışırdı ki, bu dəfə özünü insan kimi aparacaq, ona heç yaxın düşməyəcək. Qadınsa inanmırdı, sən vəhşisən, deyirdi, manyaksan, sənin kimi idbarın mənə barmağının ucu ilə belə toxunmağa ixtiyarı yoxdu, ancaq sən heyvanlıq elədin. Hər xatırlayanda ətim çimçəşir, özümü boğaza kimi çirkaba batmış hesab eləyirəm. Nə yalvar, nə yaxar. 3-cü mikrorayona gedə bilmərəm. Sənin iyrənc adətin var.
And-aman eləyirdi, bu dəfə sənə barmağımın ucu ilə də toxunmayacağam, heç keçən dəfə də toxunmaq yikrim yox idi, ancaq sən məni təhqir elədin, alçaltdın, mən də hirslənib özümdən çıxdım.
- Təhqir elədim? - qadın heyrətlə səsləndi.
- Hə, - təsdiq elədi, - dedin səndən iy…
- Ay idbar!- qadın qəhqəhə ilə güldü. - Səndən doğrudan da iy gəlir! Məyər bunu sənə deyən olmayıb? Özün hiss eləmirsən?
- Özün bil, - ayağa qalxdı, - iki min dollar heç də az pul deyil.
- İki min? - qadın inamsızlıqla soruşdu, gözlərində acgözlük ehtirası alışıb yanırdı və o baha düşürdü ki, iki mindən imtina eləmək qadın üçün asan olmayacaq. Qadın tərəddüd içindəydi. - Aldatmırsan ki?
And içirdi ki, aldatmır, səfeh adətini də çoxdan tərgidib, sadəcə olaraq onu təhqir eləmək lazım deyil, vəssəlam.
Qadının daxilində gərgin mübarizə gedirdi, puldan imtina eləyə bilmirdi, hədd-filan gözləməyən ba adamla 3-cü mikrorayona getməyə də ehtiyat eləyirdi. Toxunmayacağına söz verirdi, amma nə biləsən, sözünə əməl eləyəcəkdimi? Axır ki, pula hərisliyi, acgözlüyü bütün hisslərinə qalib gəldi. Könülsüz halda getməyə razılıq verdi.
Ayağa qalxanda qadın ona heyrətlə baxırdı.
- Niyə titrəyirsən?
- Mən?
- Hə, hə, sən!
- Mən titrəmirəm, sənə elə gəlir.
- Mənə elə gəlib eləmir, titrəyirsən!
Qadın yenə də tərəddüd içində qalmışdı, nədənsə ondan şübhələnməyə başlamışdı, sonda yenə də tərəddüdlərinə son verdi, arxa çantasını çiyininə atıb qabağa düşdü.
Taksi saxladılar, qadın keçib arxada oturdu, qadının yanında oturmaq istəyəndə qadın nifrətlə dedi:
- Qabaqda otur.
- Niyə? - gözlərini döydü.
- Niyəsini bilmirsən?
- Bilmirəm, - başını yırğaladı.
- Mən deməliyəm?
- De, bilim də.
- Demişəm, ancaq sənin yaddaşın yoxdu! Qoxuyursan, ona görə.
Pilləkəni qalxanda yenə də qadın qabağa düşmüşdü və o təəccüblə düşünürdü ki, keçən neçə gün ərzində heç nə dəyişməyib. Yenə də günəşli gün idi, pilləkəndə ağcaqanlar vızıldaşırdı, qadın pillələri qalxdıqca arxası ədəbsizcəsinə titrəyirdi.
Qadın qapının ağzında dayanmışdı, yəqin indicə deyəcəkdi, pulu gətir, burdaca sayaq. İmkan vermədi, hiss elətdirmədən qadını yüngülcə içəri itələyib qapını bağladı. Qadın döyükdü, görünür nəyinsə qaydasında olmadığını hiss elədi, keçən dəfə olduğu kimi, hər şey təkrarlana bilərdi. Bununla belə özünü soyuqqanlı aparmağa çalışırdı.
- Pulları gətir, - etinasız halda dedi.
- Bilirsən, mənim..,- udqundu, qapı ağzında dayanıb balaca əl çantasını dizləri üstə tutmuş dolu bədənli qadına heyranlıqla baxırdı.
- Sən söz vermişdin! - qadın həyəcanla səsləndi.
- Sən yenə məni təhqir elədin. Belə olanda da mən hər şeyi unuduram, verdiyim sözləri də!
Qadının qolundan yapışmışdı, qadın dartınır, onun əlindən xilas olmağa çalışır, ancaq bacarmırdı. Qadın müqavimət göstərdikcə, qəlbindəki ehtiras alovu daha da güclənirdi. Qadını qucağına götürüb yataq otağına apardı. Qadın söyürdü, sən ayısan, insan deyilsən, insanda da belə iyrənc əl, belə murdar, tüklü ayaq olar?! Sən heç olmaya bircə yol özünə güzgüdə baxıbsanmı? Səndən İy gəlir, qoxuyursan, ay heyvan! Qadın nə deyirdisə, dözürdü, ancaq qoxuduğunu deyəndə özündən çıxırdı. «Sən də küçə qadınısan! - işindən qalmadan deyirdi. - Ayı, heyvan, qoxuyan adam da səninlə istədiyi kimi rəftar edir! Belə bədən sahibi də bu qədər sızlar! Elə bil heç ömründə kişi görməyibsən!» «Sənin başın batsın! - qadın zarıyırdı. - Sən heyvan ömründə bircə yol da qadın görməyibsən!»
Qadın geyinən kimi də tələb elədi ki, pulu gətir, mən gedirəm. O da özünü elə göstərirdi, guya pulu axtarır, ancaq tapa bilmirdi, guya harasa qoyduğunu unutmuşdu.
- Mən tələsirəm! - qadın nifrətlə dedi.
- Gedərsən, darıxma. Əvvəlcə işimizi görək…
- Hansı işimizi?! Gördük də!
- Nə olsun? - pis-pis gülürdü. - Nə olasıdı, nə itirəcəksən?
- Heyva..an!
Qadın onu da, özünü də lənətləyirdi, ancaq əlindən heç nə gəlmirdi, bu dəfə heç müqavimət də göstərmədi, müqavimət göstərməyin mənasızlığını başa düşmüşdü. Yalnız söyməklə kifayətlənirdi.
Yaxınlıqda zibilliyi yandırmışdılar, açıq pəncərədən içəri tüstü dolur, yanıq iyi gəlirdi. Qadının iri ala gözləri tüstü dumanı arxasından ilğımlanır, ona uzaq. əlçatmaz bir səadət kimi görünürdü. Tüstü dalğa-dalğa gəlirdi, qadının balıncın üstündəki saçları, yumru çiyinləri titrəyir, ona elə gəlirdi bu anı gerçəklikdə yox, xəyalında yaşayır.
Yataqdan durandan sonra qadın qətiyyətlə dedi:
- Gedirəm! Pulu da istəmirəm, dəysin təpənə! Mənə bu da azdır, gərək sənin kimi heyvərəyə inanmırdım.
- Söymə, - dedi, - birlikdə nə qədər xoşbəxt anlar yaşamışıq, amma sən söyürsən!
- Xoşbəxt anlar! Tfu!
Qadın igrah hissiylə sifətini büzüşdürdü, tələsə-tələsə geyinirdi. Sanki geyinən kimi canını qurtaracaqdı. O isə özünü elə göstərirdi ki, guya pulu axtarır, əslində isə buna lüzum olmadığını yaxşı başa düşürdü, qadın aldadıldığını anlamışdı, daha pul axtarmağa, hanısa bəhanəni uydurmağa ehtiyac yox idi, sadəcə o an ağlına bundan başqa bir fikir gəlmirdi.
- Bəlkə axşam qalasan? - dedi. - Səhərə kimi pulu harda olsa axtarıb taparam.
- Sən səhərə kimi pul axtarmayacaqsan! - qadın qorxmuş halda dedi. - Sən xəstəsən! Hansı ağlı başında olan qadın səninlə səhərə kimi burda qalar?
- Niyə qalmırsan. Aşağısı min dollar qazancın olacaq. Sənin kimilər yüz dollara bir yox, lap beş gecə qalarlar.
- Mən sənin üçün küçə qızıyam? Mənim evim-eşiyim var, ərim var, ailəm var! Sən murdarın ucbatından az qala bütün kişilərə nifrət edirəm!
- Elə danışırsan, adamın gülməyi tutur. Heç inana bilmərəm ki, belə gözəl qadınla maraqlanan yoxdu. Deyək ki, müdürün arada heç səni tumarlamır, sığallamır?
- Niyə sığallamır! Ancaq insan kimi, xoşluqla!
- Dəxli nəymiş? Əri var, ailəsi var, ancaq müdiri arada bunu insan kimi sığallayır, xoşluqla yatağa aparır. Özünü çəkib eləmə, heç fərqin yoxdur, sən də onlardansan!
Qadını axşamçağı yola saldı, qadın dinib danışmırdı, söyməyə taqəti qalmamışdı. Qapının ağzında dayanıb pillələri düşən qadının arxasınca qışqırırdı. Görüşənədək! Mən yenə gələcəyəm! Biz hələ xeyli gənci ali məktəblərə qəbul elətdirməliyik! Çətin işdi, amma neyləyəsən, bu da bizim vəzifəmizdi! - dedi və ucadan qəh-qəhə güldü. Qadın geri dönüb ona heyrətlə baxdı, bir söz demədən ayaqlarını sürüyərək çıxıb getdi.
Beş-altı gündən sonra yenidən kəndə düşüb gəzir, təbliğat aparırdı, ay müsəlman qardaşlar, ayılın cəhalətdən, balalarınızı oxudun, onlara savad verin. Dövr dəyişib, babalarınız maldan, qoyundan verirdilər ki, onların balalarını məktəbə aparmasınlar. Siz onların günahını yuyun, maldan qoyundan satıb mənə verin, mən də evladlarınızı institutlara qəbul elətdirim. Oxuyub təhsil alsınlar! Avropalılar taxtadan qanad taxıb göyə uçurlar, səizsə uşaqlarınızı oxutmaq istəmirsiniz! Adamların maliyyə vəziyyətində bu qısa müddətdə dəyişiklik olmamışdı, elmə, təhsil almağa, oxumağa da babalarından fərqli münasibət göstərmirdilər. İşi belə görüb yenidən köhnə üsuldan istifadə eləməyi qərarə aldı, təki qadın onunla 3-cü mikrorayona getməyə razılaşsın, lap beş min də boyun olardı.
Otağa keçəndə qadının yerində cavan bir oğlanın oturduğunu gördü. Özünü itirdi, qadını soruşanda oğlan dedi ki, o daha işləmir, həm də oğlanın səsində şadlıq, sevinc duyulurdu, qadının işdən çıxması işinə yaramışdı. Gül kimi işi vardı, yaxşı da qazancı olurdu. Birdən-birə işləməkdən imtina elədi. İndi də mənə tapşırıblar onun işini. Nə sözünüz vardı?
- Bir uşaq var…
- Lap yaxşı! danışaq…
- Sən bacarmazsan, - etiraz elədi.
- Niyə bacarmıram? Mənim nəyim əskikdi?
- Sənə deyildi bacarmazsan! Sənin işin deyil! Elə bilirsən instituta uşaq qəbul elətdirmək asan işdir?
Oğlan qırsaqqız olmuşdu, yapışmışdı, qopmurdu. Niyə bacarmaram? Onun da iki əli var, mənim də! Onun da iki ayağı var, mənim də! Onun nəyi məndən artıqdır?
- Sənin işin deyil! - o isə pərt halda mızıldanırdı.
- Niyə axı?
- Ona görə ki, mənimlə 3-cü mikrorayona gedə bilməzsən!
- Niyə bilmərəm! Lap 5-c mikrorayona da gedərəm!
- Tfu, sənin sifətinə! Mən sən deyən kişilərdən deyiləm! Deyirdilər, inanmırdım, sən demə belələri doğrudan da varmış!
Qapını çırpıb çıxdı. Pilləkəndə göyümtül işıq şüaları oynaşırdı, soyuq, sürtülməkdən işıldayan pillələr ürək sıxırdı. Neləməli, yenidən Nadyanın yanına getməli olacaqdı. Gedəcək və deyəcəkdi, Nadya, mən gəldim, yenə də pulum yoxdur.




Bölmə: 









zuzu adlı istifadəçi, Fevral 22, 2008 tarixində, saat 23:58 yazıb:
Deyirdilər, inanmırdım, sən demə belələri doğrudan da varmış… Maraqli hekaye idi
prix adlı istifadəçi, Fevral 23, 2008 tarixində, saat 18:33 yazıb:
Super
Çılğın adlı istifadəçi, Fevral 24, 2008 tarixində, saat 02:25 yazıb:
Adi Manyak ve Manyak olsaydi…
Aslan adlı istifadəçi, Fevral 24, 2008 tarixində, saat 11:43 yazıb:
Oxuduğunuz, münasibət bildirdiyiniz üçün Sizlərə təşəkkür edirəm! Sevinc xanım, niyə “Manyak və manyak”? Qadın manyak deyil axı,ən azından manyak olmadığı üçün də işindən gedir. Yenə də təşəkkürlər!
zuzu adlı istifadəçi, Fevral 24, 2008 tarixində, saat 13:50 yazıb:
siz yazmaginizda olun Aslan bey biz oxuyariq.Son iki hekayeniz maraqlidir /Ugurlar
ehtiram adlı istifadəçi, Fevral 29, 2008 tarixində, saat 12:54 yazıb:
igrah igrah igrah