ELNUR ASTANBƏYLİ
molodoy25@box.az
«525»in intellektualları: Xeyrəddin Qoca, Elçin Hüseynbəyli
Keçən yazıların birində Azərbaycanın sabun mücəssiməsi Cahangir Məmmədlinin «525-ci qəzet»i intellektual qəzet adlandırmasından yazmışdıq. Bu qəzetin müəlliflərinə baxanda hər şey aydın olur. Musa Urud, Əli İldırımoğlu, Elçin Əfəndiyev, Elçin Hüseynbəyli, Kamil Vəli Nərimanoğlu, Nizaməddin Şəmsizadə, Ramiz Rövşənin kiçik qardaşı Yaşar intellektualdırsa, onda Hikmət Hacızadə kimdir? Ağalar Məmmədov kimdir?
«525-ci qəzet»in ötən şənbə sayındakı iki yazıya göz ataq, bu qəzetin və onun müəlliflərinin haracan intellektual olduğu bir daha aydın olsun. Bu qəzetin ən sevimli yazarlarından biri Xeyrəddin Qocadır. Guya öz aləmində satirikdir, Mirzə Cəlil davamçısıdır. Ən böyük satira hədəfi elə Xeyrəddin Qocanın özüdür. Dünənki «525»-də yenə bir anbar şit, duzsuz felyetonu çıxıb. Felyetonlardan biri belədir: «İndi əli qələm tutanların çoxu elmi dərəcə, orden, medal, fəxri ad, hətta qocalanda Fəxri Xiyaban haqqında düşünürlər. Belələri xalqa əsl sözü deyə bilərlərmi? Amma sözü zamanında deyənlərə qarşı bütün zamanlarda «səlib yürüşü» olub, qaragüruhçular sözü zamanında deyənlərin başına min bir oyun açıblar». Xeyrəddin Qoca indiyədək yazılarında ad çəkməyib, havaya atəş açmaqla məşğul olub. Guya özü xalqa əsl sözü nə vaxt deyib? Bəlkə hakimiyyət haqqında tərifli yazılar yazdığını unudub? Belə deyilsə, niyə həmişə başını sığallayıblar, başına min bir oyun açmayıblar?
Xeyrəddin müəllim, özünüzü qəhrəman kimi göstərməyiniz əbəsdir. Bilirik ki, bir dəfə də hansısa məmuru adı ilə tənqid etməməyinizin arxasında nə vaxtsa yenidən konsul göndərilmək niyyəti dayanır.
«525»dəki başqa bir yazını Elçin Hüseynbəyli yazıb. «Gənc Anar»ın sabun qoxulu bu yazısı yenə də xalq yazıçısı Anar haqqındadır. Hüseynbəylinin iştah dişi itilənən kimi, Anarı mədh etməsi adət halını alıb. «Ulduz» jurnalına baş redaktor təyin ediləndə də, AYB-nin Gənclər katibi olanda da, adı prezident təqaüdü siyahısına salınanda da Elçin H. bu taktikadan istifadə edib. Həmişə də özünü doğruldub. Özü də Hüseynbəylinin yazısının həcmindən onun xahişinin miqyasını müəyyənləşdirmək olur. Əgər yazı yarım səhifədirsə, deməli, söhbət uzaqbaşı maaşı artırmaqdan gedə bilər. Yox, əgər bütöv səhifədirsə, deməli «bala Anar» ölü yerdən təqaüd, xidməti maşın peşindədir. Bu dəfə isə Hüseynbəyli AYB-dən ev almaq ərəfəsində olduğundan Anardan növbəti bir səhifəlik tərifnamə bağlayıb. Yazının adı da çox mistikdir: «Anarı anlamaq zamanı». Haçan yetişir Anarı anlamaq zamanı? Ay sağ olun, düz tapdınız, təqaüd, vəzifə, ev almaq zamanı gələndə.
Hamlet İsaxanlı və ədəbiyyat
Eldar Quliyev və kino. Şahin Diniyev və futbol. Aydın Xan və kulturologiya. Elçin Əfəndiyev və «Nobel» mükafatı. İsmayıl Ömərov və ləyaqət. Zabil Müqabiloğlu və köşə. «525-ci qəzet» və intellekt. Rəqsanə və səs. Orxan Fikrətoğlu və mübarizə. Seymur Baycan və istedad. Bunları bir-birinə nə bağlayırsa, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlını da ədəbiyyata o bağlayır. Hələ çəkinib-eləmədən ədəbiyyat haqqında müsahibə verir, çağdaş şeir və proza haqqında hökmlər çıxarır. «Ədalət» qəzetinin dünənki sayına müsahibəsində Hamlet İsaxanlı deyib: «Bu gün Azərbaycanda böyük ədəbi nümunə görmürəm». Görmürsən, yoxsa görmək istəmirsən? Özün müsahibədə deyirsən ki, çağdaş ədəbiyyatı izləmək üçün vaxtım yoxdur, həm də ardınca çağdaş ədəbiyyat haqqında hökm çıxarırsan. Əcaibdir. Oxuduğun vur-tut iki müəllifin adını çəkirsən, - Zəlimxan Yaqub və Kamal Abdulla, - onlardansa heç kimin böyük ədəbiyyat gözləntisi yoxdur.
Hamlet İsaxanlı oxucuları muştuluqlayıb da. «Poetik düşüncələr» adlı şeirlər kitabı yaxın vaxtlarda işıq üzü görəcəkmiş. Axı bu adam niyə mütləq şeir yazmalıdır? Bir-iki dəfə şeirlərinə rast gəlmişəm, özünə hörmət eləyən insan nəinki bu şeirləri çap etdirməz, heç yazmaz da. Hamlet müəllim bundansa öz universitetinin tələbələrinin savadlanması qeydinə qalsa, daha məsləhətdir. Keçən il bir dəstə gürcü şairi ilə Xəzər Universiteti tələbələrinin görüşündə utancverici hadisə baş verir. Hamlet İsaxanlı qonaqlar arasındakı xanım şairi tələbələrə təqdim edərək, onun lesbiyan şeirləri yazdığını deyir. Tələbələr yerbəyerdən rektoru suala tuturlar: «Lesbiyan nədir?»
Hamlet müəllim nə cavab verəcəyini bilməyib, utancaq təbəssümlə qonaqların üzünə baxır. İndi o gürcü şairlərinin ölkəmizdən hansı təəssüratla qayıtdığını allah bilir. Rektoru işini atıb mənasız şeirlər yazan universitetin tələbələrindən bundan artıq nə gözləmək olardı ki?




Bölmə: 









Qan T. adlı istifadəçi, Fevral 22, 2008 tarixində, saat 15:08 yazıb:
Dəhşətli dərəcədə yaxşı yazıdır. Mən bu yazının qəhrəmanlarının nə vəziyyətə düşdüklərini təsəvvür edə bilmirəm. Amma Seymurla bağlı yeri ilə razı deyiləm. İnsanların istedadını mücərrəd şeylərlə ölçməkdənsə MƏTNləri ilə ölçmək lazımdır.
Raschad adlı istifadəçi, Fevral 24, 2008 tarixində, saat 16:22 yazıb:
Elnur hemischeki kimi supersen! yazilarin kimi!
Ugurlar!
Senin bele gec gec metbuatda cixisch etmeyin dahilik elametidi yoxsa vaxtin azligi?
eschitdiyimize gore bu yaxinlarda kitabin ischiq uzu gorecek bu dogrudur?
Qadjiyev adlı istifadəçi, Fevral 24, 2008 tarixində, saat 18:49 yazıb:
Əla!
Mən də Seymurla bağli məqam istisna olmaqla, qalan bütün fikirlərlə razıyam.
Yazar adlı istifadəçi, Fevral 24, 2008 tarixində, saat 19:07 yazıb:
Qardaş, tənqid edirsənsə et, yoxsa camaatın şəxsi məsələsi ilə nə işin var?! Axı, qeybət yaxşı şey deyil…
Ryabina adlı istifadəçi, Fevral 24, 2008 tarixində, saat 21:39 yazıb:
Mənsə Rəqsanəylə bağlı məqamla razı deyiləm…səsi var axı…-))
Elnur, kultazda yazılan şərhləri çox diqqətlə izlə…sonradan əvvəlinə-axırına əl gəzdirib köşə kimi gözdən iraq qəzetlərdə verə bilərsən heç olmasa…-))
Sən demişkən, “Mistikaya inanmayana lənət…”-))
Artyazar adlı istifadəçi, Fevral 25, 2008 tarixində, saat 00:12 yazıb:
Superyazı, əla, malades şair, belə yazılar çox yaz!!!
Elnur Astanbəyli, məgər sənin yerlilərin deyildimi Qazaxdan, Ağstafadan kənddən gələn hər kəsdən şair, yazıçı, tənqidçi edən…
Deyəsən sən o qatara bilet ala bilmədin, deyə, indi acığını başqalarından patoloji nifrətinlə almaq azarına düşmüsən…
Səməd Vurğunu sevimli şairi edən xalqın mənim kimi də kulturoloqu olmalıydı da…
scorpion adlı istifadəçi, Fevral 25, 2008 tarixində, saat 11:04 yazıb:
Elnur deyəsən hardasa arvadların qeybətinə qulaq asıb sonra da olduğu kimi yazıya alıb…
Novarg adlı istifadəçi, Fevral 25, 2008 tarixində, saat 16:45 yazıb:
S.B. ile bagli meqam istisna olmaqla, qalan fikirlerin hech biri ile razi deyilem…