Azərbaycanlı şair daha bir neçə nüfuzlu şeir festivalına dəvət alıb
Tanınmış şair Qəşəm Nəcəfzadənin ədəbi taleyində 2007-ci il çox uğurlu bir il kimi qaldı. Belə ki, ötən il şairin rus, ingilis və azərbaycan dillərində yayımlanan internet saytı fəaliyyətə başladı. Bakıda ingilis və rus, həmçinin Hollandiyada ingilis və holland dillərində kitabları çap olundu, Hollandiyada keçirilən beynəlxalq şeir festivalının finalına vəsiqə qazandı və 23 dünya şairinin təmsil olunduğu, ingilis dilində dərc olunan “Poetry international” antologiyasında həmyerlimizin də şeirləri yer aldı. Bütün bunlar şairin dünya poeziyasınıa çıxışı üçün bir körpü rolunu oynadı. 2008-ci il də Qəşəm Nəcəfzadə üçün uğurlu başlayıb.
Belə ki, yanvar ayında şairin 30 şeiri məşhur Belçikali şair və tərcüməçi Jean Marie Flemal tərəfindən fransız dilinə tərcümə edilərək, həmin olkədə dərc edildi və dünya şairlərinin təmsil olunduğu www.poesiedumonde.com ədəbiyyat saytına yerləsdirildi. Tərcüməçi bu şeirləri şairin internet saytından götürüb.
Daha bir tərcümə xəbəri isə Tamil Unversitetinin akademiki Mullai Adhavan dan gəldi. Cənab Adhavan Q.Nəcəfzadənin bir neçə şeirini Tamil dilinə çevirərək yayımlayıb. Xatırladırıq ki, Tamil unversiteti Şri-Lankada yerləşir və Tamil dilində 77 milyon əhali danışır, bu dil Hindistanin bir hissəsini, Şri-Lankanı, Sinqapuru, Malaziyanı əhatə edir.
Bundan əlavə Qəşəm Nəcəfzadənin bir nece şeiri bu ilin əvvəlində Amerikalı naşir Marlow Peerse Meaver tərəfindən “Yeni dünyanın şairləri” antologiyasına daxil edildi. Alban şairəsi Rozi Theotori Qəşəm Nəcəfzadənin bir nece şeirini Alban dilinə tərcümə etdi.
Sevindirici haldır ki, Qəşəm Nəcəfzadəni bu il iyul ayının 5-12 də Kolumbiyada keçiriləcək 18-ci Beynəlxalq Poeziya Festivalına rəsmi şəkildə dəvət ediblər. Şairin dediyinə görə, bu il Beynəlxalq Festivallara başqa ölkələrdən də- Şotlandiyadan, İsraildən və Afrikadan ona müraciətlər olub.
Söhbətimizin sonunda şair onu da vurğuladı ki, bu festivalların xronikasina baxıram, hələ oralara bir Azərbaycan şairinin ayağı dəyməyib: “Ona görə də mən dostlarımın şeirlərini də bir cox xarici ölkələrə gondərmişəm. Hal- hazırda dünyanın aparıcı ölkələrindən 30-dan cox şairlə məktublaşıram, onlar məni tərcümə edir, mən də onların bəzilərini hal-hazırda tərcümə etməkdəyəm. Düşünürəm ki, dünyada xeyli oxucularım var Bir sözlə, xarici dillərdə şeirlərim özlərini yaxşı hiss edirlər.”
Kultaz




Bölmə: 










Novarg adlı istifadəçi, Fevral 22, 2008 tarixində, saat 13:41 yazıb:
Qeshem muellim sermayeni xarice yatirir… -))
Ryabina adlı istifadəçi, Fevral 22, 2008 tarixində, saat 14:42 yazıb:
İndiyədək Kolumbiya adı gələndə yadıma ilk düşən Şakira olurdu…daha Qəşəm müəllim olacaq…-))
Uğurlar…
Şahanə adlı istifadəçi, Fevral 22, 2008 tarixində, saat 14:53 yazıb:
Yoo…
Pudra şeker, Şakira, Qəşəm müəllim…-))
Uğurlar, Qəşəm müəllim!
Çılğın adlı istifadəçi, Fevral 22, 2008 tarixində, saat 17:38 yazıb:
Inwallah ordan da ugurla qayidarsiz Qewem mueellim. Tebrikler!!!
ehtiram adlı istifadəçi, Fevral 22, 2008 tarixində, saat 21:33 yazıb:
bu shair dehset shohretperestdi mence
Turxan Gerb adlı istifadəçi, Fevral 23, 2008 tarixində, saat 00:27 yazıb:
Qəşəm Nəcəfzadə Televiziyada deyir ki, porno şerlərim var… Nə vaxt oxuyacayıq Kultaz.com-da bu şerləri ???
zuzu adlı istifadəçi, Fevral 23, 2008 tarixində, saat 00:35 yazıb:
ele demishdi?
zuzu adlı istifadəçi, Fevral 23, 2008 tarixində, saat 00:36 yazıb:
o hemishe nese deyir
Aslan adlı istifadəçi, Fevral 23, 2008 tarixində, saat 19:42 yazıb:
İlin günün bu çağında, yazılırımız Biləcəridən o yana keçə bilməyəndə, dost-qardaş Türkiyədə bele çap olunmaq, ədəbiyyatımızı təbliğ eləmək kimi ciddi sorumlar yaşayanda, Qəşəm Nəcəfzadənin şeirlərini Avropada, Amerikada tərcümə eləyib yayırlarsa, Azərbaycan ədəbiyyatı adına hansısa konfranslara dəvət eləyirlərsə, bizə düşən, şəxsi münasibətlərdən, natamamlıq kompleksindən irəli gələn darılmaları, istehzaları, ironiyaları bir tərəfə qoyub, ona yalnız və yalnız uğurlar arzulamaq, bu yolda gərəkən köməyimiz varsa, əsirgəməməkdir. Yurdun şöhrəti boldur, dünyanın şöhrəti isə intəhasızdır!