Qaynar xəbər portalı

Kitab dünyası


pionerƏziz dostlar. Deməyə gərək yoxdur ki, nədən də əksiyimiz olsa, yaradıcı şair tayfasından boluq. Her tində eyni anda min şair yetirir xalqimiz, ciddi iş deyil ki, əllərindən gəlməsin. “Avtomatik” şeir qoşan Ağasəlim Çıldaq dövlət başçısı tərəfindən xüsusi adla təltif edildikdən sonra sözsüz ki, işıq gələn deşiyə papaq tıxası deyil müasir gəncliyimiz. Budur ki, aşağıdakı şeirlərdə siz asanlıqla Ağasəlim Çıldaq yolunda irəliləyən solçu-anarxist gənclərin bu sahədə iddialı və “sona qədər gedəcək” fikri yaratdığının şahidi ola bilərsiniz. Elmir Mirzoyevlə Göte-landdə söhbət edərkən   onun söhbətləri sayəsində yəhudi əsilli rumın şair Paul Celanla tanış oldum. O, Nazy ölüm düşərgəsində anasının güllələnməsinə gözlərilə şahid olmuş və bu xatirələrin buraxdığı izlər onu 50 yaşında Seine çayına atılaraq intihara sürükləyib.
Amma əminliklə deyə bilərəm ki, aşağıdakı şeirlərin müəlliflərini mən çox əziyyətlə özüm araşdırıb üzə çıxardım. Paralellər aparmaq istəmirəm P.Celanla bu gənc şairlər arasında, ən azından ona görə ki, onların yaşadıqları mühitlər (”Ölüm Düşərgəsi - Azərbaycan” - fərq varmı? Əlbəttə var), yaradıcılıq dilləri, həyat tərzləri və sonda seçəcəkləri ölüm çox fərqlidir… Qısası, mən bu müəllifləri çox da tanınmamış bir virtual auditoriyadan tapdım. Müəlliflərin əsil adları onların xüsusi səhifələrindən götürülüb. Və maraqlısı burasındadır ki, bu gənclər “təm-təraqlı “şair” olmaq həvəsində olan iddiabazlar deyil, sadəcə “biz həvəskarıq” deyirlər.
Dostlar, bu səhifəni mən hazırlayıb sizə təqdim edirəm və bu da açıq-aşkar bilinməlidir ki, şeirlərə görə məsuliyyət daşıyan müəlliflər deyil, bu portal üçün hazırlayan mənəm…
Xoş istirahətlər arzusu ilə, Abbas Atilay.
Artur Rasimzadə

Siqaret

Sənsiz qala bilməyəcəyimi,
Düşünürdüm hər zaman.
Sən məni atıb gedəndən
Sənsiz yaşayıram.
Amma siqetim qurtaranda
Mən onu tapana kimi axtarıram.
Heç bir zaman axtarmadım səni
Siqareti axtardığım kimi…

Sadəcə mən sevməliyəm səni…

Sadəcə mən oyanmalıyam yay gecələrinin səhərlərində…
Mən yuxulamalıyam şirin danışığına qulaq asarkən…
Küləyin dağıtdığı saçlarını, ancaq mən düzəltməliyəm…
Mən bilməliyəm dodaqlarındakı yaş öpüşlərin atəşini…
Və ancaq mən silməliyəm gözlərindəki yaşı…
Və sadəcə mən sevməliyəm səni dəlicəsinə…
Əgər sevə-sevə cəhənnəmə düşəcəmsə…
mən sadəcə ölməliyəm…
(İsabelle-yə ithaf olunur…)
Sonuncu Tost

Bu gün çox içəcəyəm
sərhədsiz yaşayanların,
anama görə olmayan gələcəyimin,
məni tanıyanlara görə dürüstlüyümün,
yataq yoldaşlarıma görə dahiliyimin,
acından ölən uşaqlara görə mübarizəmin
sağlığına…
Məleykə Abbasəliyeva

YOL

Zaman axır, yol uzanır,
illərdir ki, yol gedirəm…
Başlanğıçda beşik, ana laylası
Sonda torpaq içrə yuva,
Səssizlik nəğməsi…
Yolun tən ortasında
Torpaq qoynunu açmış,
“Gəl qoynuma, layla calım, yat” deyir.
Yox, yox! Hələ ömrümün gündüzüdü,
Gecə gəlsin ki, yatım…
Qurtuluşum tullanışdır,
Addım atsam uçurumdur.
Birdən tullanıb qurtulmasam,
Uçurumda yox olsam?
Amma addım mütləq ölümdür.
Elə isə risk etmək,
Qurtuluşa can atmaq-
Olsun mənim seçimim.
Zəncinin xatirələri

Qaranlıq,səssizlik…
Yağışın laylası.
İnsanlardan, yaşadğım qutudan qaçıram,
Çətirsiz, ayaqyalın…
Torpağa ayaq basdıqca azadlığı duyuram,
Yagış illərlə üzərimə hopmuş əsarəti yuyur.
Arxaya baxmadan gecənin zülmətində qərq olub,
Qəddar insanları gecəyə qurban verirəm…
Amma təbiət hələ də ağlayır,
Mənim üçünmü ağlayır?
Yolun sonu yenə məhkumluqdur-
Əsarət gətirəcək daha bir səhər…

***

Növbəti gecə, növbəti səfər,
İnsan axtarışına çıxmışam…
Səssiz, işıqsız evlərin arasıyla dolaşıram,
Təksakinli, yeraltı evlərin arasılə…
Onu səsləyirəm, pıçıltı ilə,
Yatanları oyatmamaq üçün.
Amma cavab ala bilmirəm…
Əbədiyyəti məndən daha çox sevirmiş,
Səssizliyi, tənhalığı belə…
Birtərəfli qatarla getdi,
Biletimi alıb gələcəyəm, gözlə məni…
Ölülər şəhərinin sakinləri,
Sizin aranızda insan axtarıram…

İnsanzadənin gündəliyindən

Bəşəriyyət, insanlar-
qəfəsdəki bülbüllər…
bülbül anlayır əsarətini,
qurtulmaq üçün daim çırpınır.
biz isə bədbəxtik
Bəlkə də, xoşbəxtik
Sərhəddini görmədiyimiz
kürəvi qəfəsimizdə…
Sərhədi görmürəm, deməli, yoxdur?
Gözlərimi sevirəm…
Ey düşüncə, məndən əl cək!

Hallyusinasiya xəstəsi

Səs eşidirəm, qulağımı batıran bir səs…
illərdir ki, mənimlə yaşayan bir səs.
Boğa bilmirəm, susdura bilmirəm onu,
Ölməsəm susmayacaq…
icimdən gəlir bu səs
azadlıq deyə qışqırır.
Dağın zirvəsinə qalxmışam,
arzuma çatmaq üçün…
Uçmaq və ruhumu azadlığına
qovuşdurmaq üçün …
Bahar Murtuzova

(Sevgilim Murtuz Ələkbərov üçün)

Allah 5 gün güclü işləyib,
6-cı gün yorulub,
bazar günü
dincəlib.
Şənbə günü yorğun vaxtına düşüb.
Seyfəddin Şəkərli

(Bahar Murtuzovaya cavab)

Allah 5 gün düşünüb
Şənbə günü sevib
Bazar günü intihar edib…

Məleykə Abbasəliyevaya açıq məktub

Bilsəydim o gecənin sabahı
bir daha görməyəcəyəm
tutardım tellərini
dodaqlarımla
alardım könlünü tellərinin ucundan
axardı zaman qaranlığın dibinə
və ölərdik o gecə
bir söz demədən…
yarım iki insandansa
bütöv bir ölü olardıq
və mən səni
əyilmiş əqrəblərini sevən qol saatım kimi
sevəydim…
sən indi başqasının evindı saat qurursan
mənim saatım isə geriyə gedir
məndən xəbərsiz…
cəhənnəmə getsin
Görüş

tık-tık-tık
kimdir?
Əzrail
de getsin, özüm gələcəyəm
Zeynəb Bəylərovanı düşünərkən

sən bir sonuncu şənbə qatarında uzaqlaşırdın
mənsə sənə kipriklərimlə əl sallayırdım
nə o qatar bir daha geri dönəcək
nə də cırıq ayaqqabımdakı revmatizmam
Özünü sevən insan

əvvəlcə ölmək
sonra dirilmək
başqası olmaq
sancılanmaq
özümü doğmaq
ad qoymaq
ona baxmaq
bir az gülmək
ələ salmaq
tez-tez aldatmaq
arada bir ağlatmaq
bir az da sevmək istəyirəm
onunla bir gün
yağışlı dəniz sahilində ölmək istəyirəm…
Bilirsiniz Mən Kiməm?

Bilirsiniz mən kiməm
mən kiçik bir müəllim
amma böyük Tanrıyam
dövlətin şah damarıyam
yetim-yesir gənclərin
ağ-qara kitabların
kserokopiya dəzgahıyam
mən kişiliyi başqasında tapan
bığıburma kişiyəm
harayında üç mərtəbəsi titrəyən
bu xalqın Nəbisi-Kərəmiyəm
…sadəcə dia-nın rəhbəriyəm
üç il əvvəl özünü asan
o oğlanın qatiliyəm
başa düşün artıq
mən Seyfəddin Şəkərliyəm






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 3 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, Fevral 25th, 2008 tarixində 14:12 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

9 şərh var


  1. Novarg adlı istifadəçi, Fevral 25, 2008 tarixində, saat 16:49 yazıb:

    -))


  2. Turxan Gerb adlı istifadəçi, Fevral 25, 2008 tarixində, saat 19:15 yazıb:

    Sən öl halaldı. Xaricdə qalasan qırığları tanıyasan… Əla!


  3. A. adlı istifadəçi, Fevral 25, 2008 tarixində, saat 23:39 yazıb:

    =)
    Abbas, senin ishin gucun yoxdur?


  4. S.s.s.... adlı istifadəçi, Fevral 25, 2008 tarixində, saat 23:44 yazıb:

    Abbas men basa dusmedim sen neden qorxursan ki?


  5. Artur Rasimzade adlı istifadəçi, Fevral 26, 2008 tarixində, saat 10:08 yazıb:

    Hörmətli Seyfəddin Şekərli mənim şerlərimi bura qoymusunuz…Amma siz camaatın anasının və bacısının olduğunu nəzərə alıb gərək Bahar Murtuzovanın və Məleykə Abbasəliyevanın şerlərini bura qoymayaydınız…

    :)

    Artur Rasimzadə


  6. matriarchist adlı istifadəçi, Fevral 26, 2008 tarixində, saat 21:18 yazıb:

    bizim milli mentalitetimiz var

    camaatin anasi, bacisi var

    boyuk var, kicik var


  7. Sima N. adlı istifadəçi, Fevral 27, 2008 tarixində, saat 00:10 yazıb:

    Demək, xaricdə (oxu: axtardığın azad ölkədə) yaşamağın səni pessimizm, ümidsizlik girdabından xilas etməyib, əks halda vaxtını belə opuslara sərf etməzdin


  8. Artur Rasimzade adlı istifadəçi, Fevral 28, 2008 tarixində, saat 08:09 yazıb:

    Hmmm
    Mən demişdim axı…Görürsən artıq bura elələri yazdı ki elə şeylər yazdı ki mən bir daha başa düşdüm ki bu ölkədə nəinki camaatın anası bacısı həm də atası qardaşı var..


  9. Şahanə adlı istifadəçi, Fevral 28, 2008 tarixində, saat 13:03 yazıb:

    Həə, Abbas, sən bu adamları unutmamağa məhkumsan…)

    Yaxşıydı…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: