“KultAz”- Azərbaycanın Mədəniyyət Portalı ədəbiyyatçılar arasında anket sorğusu keçirir. Sorğu “Azərbaycanın 10 ən böyük yazıçısı və şairi kimlərdir?” sualına cavab tapmaq məqsədi daşıyır. Sorğuda 100 respondentin iştirakı nəzərdə tutulur. Respondentlər iztəklərinə uyğun klassiklərdən tutmuş çağdaş yazarlara qədər böyük saydığı istənilən yazarın adını qeyd edə bilər.
Nəticələr 3 aydan sonra açıqlanacq. İnternet vasitəsi ilə sorğuya qatılmaq istəyən yazarların nəzərinə çatdıraq ki, öz rəylərini kultaz@gmail.com elektron ünvanına göndərə bilərlər. Bu halda öz həqiqi imzalararını və əlaqə vasitələrini qeyd etməyi unutmasınlar.




Bölmə: 










Qan T. adlı istifadəçi, Fevral 26, 2008 tarixində, saat 03:09 yazıb:
Olmaz ki, elə bura yazaq? Əlbəttə ki, mübahisə etməmək şərti ilə.
Postmodernpərvərpərəst adlı istifadəçi, Fevral 26, 2008 tarixində, saat 14:41 yazıb:
Aha, elə bura yazaq… Mənim namizədim Qan Turaldır, zira, qəşəng hekayələr yazır… -))
Novarg adlı istifadəçi, Fevral 26, 2008 tarixində, saat 15:39 yazıb:
Muselman mubahise etmez, muzakire eder… Menim de namizedim Qan Tural`dir…
Ryabina adlı istifadəçi, Fevral 26, 2008 tarixində, saat 17:53 yazıb:
Novarg və Postmodernpərvərpərəst…sizi Elif Şafaka görə savaşıb Qan Turalına görə bir araya gələ bilmənizə sevinsəm də, ədəbiyyatımızın bu xaotik halını azacıq da olsa düzəltməkçin əlində olan bütün imkanlardan istifadə edənlərin əməyinə istehza etmənizi qəbul edə bilmirəm…
Yəni bu qədər məzhəkəyəlayiqdir klassiklərimiz…? bircəciyinin belə adını çəkə bilmirsiniz…? Amma kimsə əhd edib ki, C. Məmmədquluzadənin külliyyatını əzbər bilməyən qızı almayacaq…
İkinizdən də incidim…düşmənlər sevinsin…-))
p.s.Bir az ciddi olun, uşaqlar…
Şahanə adlı istifadəçi, Fevral 26, 2008 tarixində, saat 19:26 yazıb:
Gör kim(lər)dən nə istəyirsən, Ryabina…-))
Təşkilatçılara sualım var. Bu 10 yazar Azərbaycan ədəbiyyatı bina olandan bəri yazanlar içindən seçiləcək? Bununçün 10 kiçik rəqəm deyilmi?
samir adlı istifadəçi, Fevral 26, 2008 tarixində, saat 21:22 yazıb:
Yazar olmasam da, zomu öz 10 yazarimi yazmaqdan özümü saxlaya bilmədim.
1. Nizami Gəncəvi
2. Füzuli
3. Şəms Təbrizi
4. Xəqani
5. Hüseyn Cavid
6. Aşıq Ələsgər
7. M.F.Axundov
8. Sabir Əhmədov
9. İsa Hüseynov
10. Aşıq Ələsgər
Yazar adlı istifadəçi, Fevral 27, 2008 tarixində, saat 16:59 yazıb:
Aşıq Ələsgər iki dəfə niyə?!
Oxucu adlı istifadəçi, Fevral 29, 2008 tarixində, saat 02:01 yazıb:
Mene gore dahi sairler:
KLASSIKLERDEN
1.Nizami
2.Fuzuli
3.Vaqif
4.Sabir
20-CI ESRDE
5.Semed Vurgun
6.Memmed Araz
7.Neriman Hesenzade
8.Ramiz Rovsan
9.Memmed Ismayil
10.Nusret Kesmenli
Oxucu adlı istifadəçi, Fevral 29, 2008 tarixində, saat 02:07 yazıb:
yazicilardan;
Mirze Feteli Axundov
Celil Memmedquluzade
Anar
Ekrem Eylisli
Movlud Suleymanli
Isa Huseynov…
…………..BASQA YADIMA GELMIR
Shabnam adlı istifadəçi, Mart 4, 2008 tarixində, saat 23:58 yazıb:
ANAR! ANAR! YALNIZ ANAR! ONDAN BASQA HEC KES!
seyyid adlı istifadəçi, Mart 5, 2008 tarixində, saat 13:25 yazıb:
1. Nizami Gəncəvi
2. Füzuli
3. Sabir
4. Seyyid Əzim Şirvani
5. Hüseyn Cavid
6. Ramiz Rovsan
7. İlqar Fəhmi
8. Hacı Ələmdar Mahir
9. Salam Sarvan
10. Bəxtiyar Vahabzadə
nazile adlı istifadəçi, Aprel 21, 2008 tarixində, saat 01:53 yazıb:
movlud suleymanli ne vaxtdan yazici olub?
Fuad TALIBOV adlı istifadəçi, Aprel 25, 2008 tarixində, saat 12:20 yazıb:
Səməd vurğunun həyatı və yaradıcılığı
elmir adlı istifadəçi, Oktyabr 30, 2008 tarixində, saat 01:32 yazıb:
Ekrem Eylisli,Seyran Sexavet,Ramiz Rovshen.genclerden hec kimi oxumamisham,hansin oxuyum bilmirem
nazile adlı istifadəçi, Noyabr 8, 2008 tarixində, saat 01:51 yazıb:
Klasikleri cixmaq sherti ile Cingiz Abdullayev,Rustem Ibrahimbeyov,Anar,Elcin,Ekrem Eylisli,Seyran Sexavet,Ramiz Rovshen,Musa Yaqub lap genclerdende Akshini cox deyerli yazici ve shair hesab edirem.
TaNıŞ adlı istifadəçi, Noyabr 8, 2008 tarixində, saat 11:50 yazıb:
1. Orta əsrlərdə:
- İmadəddin Nəsimi
2. 19-cu əsrdə:
- Mirzə Fətəli Axundov
3. 20-ci əsrin birinci yarısı:
- Mirzə Fətəli Axundov
- Əbdürrəhim bəy Haqverdiyev
- Mirzə Cəlil
- Cəfər Cabbarlı
4. 20-ci əsrin ikinci yarısı:
- Mirzə Fətəli Axundov
- Əli Kərim
5. 21-ci əsr:
- Mirzə Fətəli Axundov
- Ləzginin sözü olmasın, onu deməz )))