Çingiz Aytmatov Azərbaycana gəlib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 25 Şubat, 2008

2Tanınmış qırğız yazıçısı və diplomatı Çingiz Aytmatov Azərbaycana gəlib. Türkdilli Dövlətlərə Siyasi Dəstək Fondunun, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəvəti ilə Azərbaycana gələn məşhur yazıçı Fəxri Xiyabana gedərək Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət edib. O, jurnalistlərə açıqlamasında bu səfərin xüsusi məna daşıdığını bildirib: “Bu ilin sonunda mənim 80 yaşım tamam olacaq. Qırğızıstan prezidentinin sərəncamı ilə ölkədə “Çingiz Aytmatov ili” elan olunub. Yubileyimlə əlaqədar digər türkdilli ölkələrdə də müxtəlif tədbirlər planlaşdırılıb. Azərbaycana səfərim də bu tədbirlərlə bağlıdır”. Xocalı faciəsinin ildönümü ərəfəsində Bakıda olan yazıçı Azərbaycan xalqının kədərinə şərik olduğunu söyləyib. Ç. Aytmatov Brüsseldə diplomatik fəaliyyətini bu il başa çatdırıb vətənə qayıtmağa hazırlaşdığını da əlavə edib.//APA

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın