PAPA DÜZMÜ SÖYLƏDİ?

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 25 Şubat, 2008

QAN TURALI

QEYD: Bu yazı Rafiq Tağının “Avropa və biz” məqaləsinin dərcindən bir ay əvvəl “525-ci qəzet”də dərc olunmuşdu.

Son dövrlərdə dünyada din ətrafında gedən müzakarələr daha intensiv şəkil almaqdadır. Məhəmmədin karikaturaları böyük rezonans doğurdu, bu günlərdə isə Papanın açıqlamaları da eyni hiddətlə qarşılanır. Bizim cəmiyyətdə də dinə fərqli yanaşmalar böyük təzyiqlərlə üzləşir, Alatoran jurnalının 6-cı sayının və  Lakin qəzetinin təcrübəsini xatırlamaq kifayətdir. O, zaman Livana və İraqa Amerikan müdaxiləsi zamanı merdən mərhəmət uman dindarlar çox cəsarətli oldular,  nəşriyyatın qarşısında yığışıb, üzlərini görmədikləri mətbu nəşrlər haqda sloganlar atdılar.

Papanın açıqlamaları da eyni formada  hiddət doğurdu, az qala bütün siyasi partiyalar dalbadal bəyanatlar verdi, QMRİ Papanın üzr istəməsi tələbi ilə çıxış etdi. Bu axının qarşısında bircə anlığa olsa da dayanıb düşünürsən: Nələr baş verir?

PAPA NƏLƏR SÖYLƏMİŞ

Papa əvvəlcə deyib ki,  Quranda olan “dində məcburiyyət yoxdur” ayəsi islamın  ilk vaxtları üçündür, çünki o zaman müsəlmanlar  çox zəif idilər, amma onlar gücləndikdən sonra islam zorakı olaraq yayılıb. “Məhəmməd  Peyğəmbər vəz etdiyi inancı qılınc gücünə yaymaqdan başqa nə gətirib? Mənfi və insanlıqdan kənar şeylər.”

Açığı, papa heç də  qəribsənəcək şeylər söyləməmiş. Dilimizdə olan “qılınc müsəlmanı” ifadəsini də Papa düzəldib? İslamın qılınc gücünə yayıldığı doğru deyilmi? Babəkin qoşununa iki yüz min nəfəri qıran kim idi? Babəkin əvvəlcə əllərini, sonra ayaqlarını kəsən lap sonda öldürən də Papa III İnnokenti idi, yoxsa Xəlifə Mömin? Ərəb xilafəti üç qitədə nəyin hesabına hökmranlıq edib? Qılıncı, yoxsa Quranın? Əgər Quranın gücünədirsə, bəs indi niyə III dünya ölkələri arasında müsəlman ölkələri çoxdurlar? Niyə bircə dənə də olsun sivil müsəlman dövləti yoxdur? Niyə bu gün Quran var, amma “eski ramazanlar” arxada qalıb?

Açığı, Papa bəyanatına reaksiyalar Papanın sözlərinə qüvvət verməkdən başqa bir işə yaramadı. “Əl Qaidə” Papanın ölüm hökmünü verdi. Türkiyənin baş naziri, dinçi AK partiyasının lideri Erdoğan Papanı üzr istəməyə çağırdı, bu açıqlamalara münasibət bildirən Almaniyanın məşhur siyasilərindən olan Stoyiber isə bildirdi ki, tolerantlığı olmayan bir ölkənin Avropa Birlİyində nə işi var? Stoyiber vurğulayır ki, bu dözümsüzlük baş nazir səviyyəsində dilə gətirilib. Türk ictimaiyyəti də bekar durmur. Türk Arxivçilər Dərnəyi Papaya “Göy qübbəsi altında birlikdə yaşamaq” adlı bir kitab da göndərib. Görünür, onlar da Elşad Mirinin “Savadsız Roma papası nələri bilmir?” məqaləsini oxuyublar və bu addımlarıyla Papanın savadsızlığının ləğvinə dəstək olublar.

İstər Papanın, istərsə də məlum karikatura skandalının motivini bilmirik, amma fakt budur ki, islam dünyası qəzəbli reaksiyaları ilə onların dediklərini  təsdiqləməkdədir. Karikaturaların birində Məhəmməd  Peyğəmbər dinamitli əmmamə ilə təsvir edilmişdi, müsəlmanların dağıdıcı çıxışları, iğtişaşlar, şiddət hadisələri bu karikaturanın dediklərini təsdiqlədi, dolayısı ilə etiraz mədəniyyətinin olmaması hələ də müsəlmanları Qərb dəyirmanlarının suçularına çevirməkdədir. Hər belə hadisədən sonra  İslam dünyası telerantlıq və dözümlülük kimi bəşəri dəyərlərdən uzaq olduğunu ortaya qoyur.

İSLAM TOLERANTLIĞI

İslam tarixən nə qədər tolerant olub, yabançı fikirlərə nə qədər dözümlə yanaşıb? Həmişə islam dünyasında fərqli fikirlər qamçılanıb, ağır inkvizisiyalar tətbiq edilib. Məscid bu yöndə kilsəni böyük sürətlə arxada qoyur.

Nəsimi diri-diri soyuldu, Nəimini əzabla öldürdülər. Şərqin böyük filosofu Sührəvərdi ac saxlanılaraq öldürüləndə 37 yaşı vardı, başqa mənbələrə görə isə 34. Eynülqüzzət Miyanəçi də 33 yaşında din xadimlərinin hökmü ilə məhv edildi. Babək Xürrəmdinin  yüz minlik ordusunu vəhşiliklə qıran, Babəkin özünü də əzabla öldürən yenə də islam dini idi. Siyahı yalnız bunlarla bitmir. Şərqin böyük filosofları daim din xadimlərinin kəskin təzyiqlərinə məruz qalıblar, islam ideoloqu Əl Qəzali Fərabi və İbn Sinanı “kafir”  elan etmişdi.  Saymaqla bitərmi? Düzdür, Avropada da inkvizisiya olub, bunu heç kim inkar etmir, amma bu inkvizisiya daha çox yeretik, bidətçi təlimlərin daşıyıcılarına qarşı yönəlib, nəinki aydınlara qarşı. C.Brunodan başqa kilsə cəzasına tuş gələn başqa bir aydın tanımırıq.  Vaxtilə, Ş. De Qolldan tələbələrin iğtişaşlara qaldıran yazıçı-filosof Sartrın həbs etməyə icazə istəyəndə De Qoll demişdi: Fransa xalqı öz Volterini güllələmir. Amma şərqin intiqam qılıncı həmişə aydınların üstündə olub. Bunu inkar etməkdə qazancımız nədir?

Bundan başqa kilsə rəsmi şəkildə inkvizisiya üçün üzr istəyib, amma müsəlman dünyası nəinki üzr istəyir, əksinə yeni terrorlar dalğasını həyata keçirmək üçün güc toplayır. İran inqilabından sonra demək olar ki, məşhur olan bütün yazıçılar mühacirət etdilər, İran PEN klubu xaricdə fəaliyyət göstərməyə başladı.

AZƏRBAYCAN İSLAMI

Azərbaycanda ən geniş yayılmış din islamdır, islam dünyasının bir hissəsi kimi bizim dindarlar da Papanı hədələməyi unutmadılar. Yalnız dindarlar deyil, əlbəttə. Hətta Vəhdət Partiyası da Papaya etiraz etdi. Öz siyasi əqidəsini qoruya bilməyənlərin Məhəmmədin siyasi əqidəsinə sahib çıxması kimi absurd vəziyyət yarandı.

Azərbaycanda Papa əleyhinə ilk çıxışları Allahşükür Paşazadə etdi. Amma istənilən halda “Qafqazda islam” adlı kitab yazan şəxs kimi Şeyx yaxşı bilir ki, Azərbaycanda islam necə yayılıb. Sözügedən əsərdən sitatlara nəzər salaq:

“Bükeyr ibn Abdullahın ordusu ilə İsfəndiyar ibn Fərruxzadın qoşunu arasında döyüş olmuşdu və azərbaycanlılar bu döyüşdə məğlubiyyətə uğramışdılar.” (Səh. 45)

“22-ci ildə Hüzeyfə ibni əl-Yəmən öz qoşunu ilə Muğana və Gilana hücum etdi, qalib gəlib bu vilayətlərlə müahidə bağladı.” (Səh. 46)

Deyəsən, Hörmətli Şeyx öz yazdıqlarını oxumur.

MÜSƏLMANLARIN ETİRAZ RUHU

Tarixə göz atdığımızda Qərbin islam dəyərlərinə fərqli münasibətinin hər zaman şiddətlə qınandığının şahidi oluruq. Volterin Məhəmmədi lağa qoyan bir əsəri Fransada tamaşaya qoyulmaq istəyəndə Osmanlı sultanı Ahdülhəmid bəyanat vermişdi: “Əgər bu əsəri səhnəyə qoysanız bütün İslam dünyasını yığıb üstünüzə hücum çəkərəm”. Fransa hökuməti isə tamaşaya qadağa qoydu.  Bu hadisə iki baxımdan dəyərləndirilə bilər. Birincisi budur ki, müsəlmanlar daim bu cür məsələlərdə qeyri-tolerant olublar. İkincisi isə budur ki, bəyanatlar o zaman effektli olur ki, onun arxasında real güc dayanır. Düzdür, o zaman Osmanlı dövləti zəif idi, hətta o qədər zəif idi ki, Krım müharibəsindən sonra rus çarı Aleksandr Osmanlı haqqında “xəstə adam” demişdi. Amma görünür bu gün Türkiyənin təzyiq imkanları daha məhduddur, ona görə də Papa  başda Türkiyənin reaksiyası  olmaqla bu reaksiyaları ciddi qarşılamır, aciz adamın qışqırıb, bağırması, kimlərisə qorxuzması effekti daşıyır. Papanın açıqlamaları bu baxımdan bir daha aktualdır, Məhəmmədin qılıncı olmasaydı islam bu qədər yayıla da bilməzdi, Quran bəyanının arxasında İslam qılıncı olmasaydı Məhəmmədin dediyi kimi “Məğribdən Məşriqə qədər İslam nuru altında parlamazdı”. İslam tarixindən bir fakta nəzər salaq. Səd bin  Əbu Vəqqas ərəb qoşunlarının komandanı kimi  Sasanilərin qarşına üç şərt qoyur. Ya cizyə vergisi verin, ya islamı qəbul edin, ya da döyüşə hazır olun. İran döyüşü seçir və məğlub olur. Bir sözlə, Papanın “Məhəmməd  Peyğəmbər islamı qılınc gücünə yayıb” fikri əslində müsəlmanlara öz keçmiş qüdrətlərini xatırlatmalı idi. Amma müsəlmanlar nə etdilər?

PAPA ÜÇÜN BİR LƏTİFƏ

Papanın çıxışında başqa bir maraqlı məqama toxunub, təmsil etdiyi din rasional olduğunu deyib, arxasınca isə buyurub ki, islamın Allah anlayışı və cihad ağla uyğun deyil. Din dediyin ağla uyğun olmaz, əgər ağla uyğunsa onda din olmaz,  fəlsəfə olar. Din kimi xristianlıq daha irrasionaldır. Xristianlığın əsas tezislərindən birini xatırlayaq: Məryəmin Müqəddəs Ruhdan hamilə qalmasını.
Bu yerdə bir lətifə yada düşür. Monastırlardan birində rahibə hamilə qalır, buna görə keşiş ondan izahat istəyəndə rahibə deyir ki, mən Müqəddəs Ruhdan hamilə qalmışam. Keşiş də qəliz bir söyüş söyür, ardınca deyir ki, biz 2000 ildir insanları bir yalana inandıra bilmirik, indi sənin hərəkətini necə izah edək?
Yaxşı olar ki, Papa ilk növbədə İsanın doğulmasına aydınlıq gətirsin.

SÖZARDI

Müsəlmanlar bilməlidirlər ki, söz azadlığı və liberalizm şəraitində Məhəmməd  Peyğəmbər kimi tarixi şəxsiyyətə hər adam münasibət bildirə bilər, bu onların haqqıdır. Məhəmməd  Peyğəmbər Peyğəmbərin varisləri Papanın sitat gətirdiyi Bizans imperator Paleoqlosla  bilirsinizmi nə etdilər?  1453-cü ildə Fatih Sultan Mehmet Konstintinopolu fəth edib, Bizansın tarixdən sildilər. Belə gücünüz varsa göstərin. Yox, əgər gücünüz yoxdursa acıqlı  bəyanatlarınızla dünyanı özünüzə  güldürməyin. Yaxşı bilin ki, sizin reaksiyanız deyilən sözləri qüvvətləndirməkdən başqa bir işə yaramır.
Allah oruclarımızı qəbul etsin!!! Ondan başqa  qəbul olunmalı nəyimiz var ki?  

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

25 Şərh var
Şərh yazın »

  1. Pahoo… Min defe demishem, bu da 1001 olsun, “Islam qilinc gucune yayildi” deyende davani, muharibeni nezerde tutmayiblar… Tam eksine, insanlar konullu shekilde muselman olublar… Amma muselman olmagin esas shertlerinden birinin sunnet oldugunu bilirsiz, bax, o vaxt kutlevi shekilde muselman olmaq isteyenleri indiki kimi tenteneli shekilde sunnet elemirdiler, ne vaxt var idi, ne de imkan… Qilinc`la edirdiler… Bu “qilinc muselman” ifadesi de ordan qalib, sirga edin qulaqlarinizda, yeri geldi-gelmedi “qilinc muselman” ifadesini ora-bura yozmayin…

  2. Mən belə başa düşdüm ki,III İnnokenti bu gədənin papasıdı…bilmirmiş indi tapıb…

  3. Hardan bilirsen ay Novarq? Harda yazilib bu? Sayiqlayirsan sen? Sen bunu artiq 1001-ci defedi ki, deyirsen ve 1001-ci defediki sehv edirsen! Evvela, Az-da kutlevi sunnet hadisesi tarixde qeyde alinmayib.Ikincisi,Islam tarixinde de yashi kecmislerin sunnet edilmesi hadisesi yoxdur. Diger terefden ise, Islam tarixinde muselmanligin ilkin sherti hec vaxt sunnet olmayib. Ustelik, adam bir az bashini da ishleder, noolar ki, bir fikri bashqasindan eshidende: Yeke kishileri qilincla sunnet elemek olar?! Butov bir xalqi? Ne danishdigindi? Daha bunu bir de 1002-ci defe tekrarlama.
    Sag ol, Tural!

  4. Nə olsun ki, min dəfə demisən? 1400 ildir gündə 5 dəfə ALlahu Əkbər deyilir.

  5. Gozum, biz muselman olarken dushundukmu…? Ne dushunmek-dushunmek salmisan…? Imtahan elediler, biz de kechdik… Bir-iki sualini yazim, belke sen de tapdin:

    1) Edebiyyat
    Ashagidaki dua`da sifeti ve mubtedani gosterin:
    “O ki yeri ve goyu yaratdi” – cumlesinde O kimdir…?

    2) Biologiya
    Oxu… Amma kimin adiyla oxu…?
    a)Allah; b)Zerdusht; c) Atilla; d)hamisi

    3) Statistika
    Neche Allah var?
    a)choxdur; b)birdir; c)uchdur d)hech biri… (E)

    Amma zarafat bir terefe, Serroz, bu tefekkurle lap 14,000 il de Allahu Ekber desen, lap azanini Elton Con da oxusa senden muselman olmaz…

  6. Heç nə başa düşmədim. Təzədən gəl.

  7. Yazıda ciddi səhflər və qüsurlar var.
    Məsələn, müəllif deyir: ”Nəsimi diri-diri soyuldu, Nəimini əzabla öldürdülər. Şərqin böyük filosofu Sührəvərdi ac saxlanılaraq öldürüləndə 37 yaşı vardı, başqa mənbələrə görə isə 34. Eynülqüzzət Miyanəçi də 33 yaşında din xadimlərinin hökmü ilə məhv edildi. Babək Xürrəmdinin yüz minlik ordusunu vəhşiliklə qıran, Babəkin özünü də əzabla öldürən yenə də islam dini idi.”
    Birinci onu demək istərdim ki, Nəsiminin soyulması haqda tarixdə konkret fakt yoxdur. Həm də Nəsiminin soylması məntiqə uyğun da deyil. Çünki birinci o vaxt ki hakimiyyətdə soyulmaq cəzası olmayıb, ikinci biologiya da təsdiq edir ki, insanın dərisi çox nazik olduğundan ətə yapışıb və onu belə asanlıqla soymaq mümkün deyil. Və Nəsimi guya ki, soyulanda ağrımaz qəzəlini deyib. Bəli, “Ağrımaz” qəzəli Nəsimiyə məxsusdur. Amma gəlin özümüzü aldatmayaq kim edam ediləndə, yaxud dərisi soyulanda bədahətən qəzəl deyər. Bu ssenarini Sovet uydurub. Nəsimi kafir də olmayıb.
    İkincisi “Babəkin özünü də əzabla öldürən yenə də islam dini idi.” Cümləsi çox məntiqsiz cümlədir. Necə yəni, din də adam öldürə bilər?! İkincisi Babək və digər Şərq aydınlarının edam edilməsi İslam dinin günahı deyil. Çünki o vaxt bir çox hakimiyyətlər İslam dövləti adıyla öz istədikləri siyasəti aparıblar. Necə ki, indi bunu Səudiyə Ərəbistanı, Pakistan İslam Respublikası və İran İslam Cumhuriyyəti edir.
    Yenə müəllif deyir: “Bundan başqa kilsə rəsmi şəkildə inkvizisiya üçün üzr istəyib, amma müsəlman dünyası nəinki üzr istəyir, əksinə yeni terrorlar dalğasını həyata keçirmək üçün güc toplayır.” Bu cümlə onu deməyə əsas verir ki, Qan Turalının İslam dinindən zərrə qədər də xəbəri yoxdur. Çünki İslam dini birinci növbədə terrora qarşıdır. Terror təşkilatları kimi tanınan “Əl-Qaidə” və onun başçısı Usamə bin Ladin Qərbin kəşfiyyat orqanlarının “məhsuludur”. Bir də ki, əgər dünya tarixini araşdırsanız görərsiniz ki, terror sözü və terrorun özü ilk dəfə Qərbdə meydana gəlib.
    Sonra, “Məhəmmədin siyasi əqidəsi…” cümləsi də də yanlış bir cümlədir. Ümumiyyətlə o vaxt vəziyyətdə sisyasətdən danışmaq gülüncdür.
    Söz azadlığı və liberalizm şəraitində Məhəmməd Peyğəmbər kimi tarixi şəxsiyyətə hər adam münasibət bildirə bilər amma heç kim onu təhqir edə bilməz, çünki bu onların heç haqqı da deyil. Ümumiyyətlə demokratiya, liberalizm və söz azadlığı o demək deyil ki, hər yoldan keçən istədiyi şəxsi təhqir etsin. Demokratiya, liberalizm və söz azadlığının da öz çərçivəsi və sərhəddi var.
    Son sözüm budur ki, hörmətli Qan Turalı sən istedadlı yazarsan amma incimə bu mövzu sənlik deyil. Çünki əgər sənin ixtisasın fəlsəfədirsə onda sənin fəlsəfədən danışmağa haqqın var. Amma mənim haqqım yoxdur. Çünki mən fəlsəfədən bilmirəm. Həmçinin də əksinə. Deməli sənin bu mövzuya yanaşma tərzin də yanlışdır. Burada “Hər kəs öz işi ilə məşqul olsa daha yaxşı olar” məsəli lap yerinə düşür.
    Uğurlar.

  8. Adətən, şərh yazmıram. AMam Seyid Ramin üçün yazacağam. Sizin ixtisasınız nədir bəs? İlahiyyat bitirmisiniz?

    Mən fəlsəfə bitirmişəm. Onda siz Kantın, Hegelin, Nitsşenin və Rasselin dindən yazmasına da embarqo qoyursunuz? Axı onlar yazıblar.

  9. Əziz Qan!

    QEYDinizdə yazırsınız: «Bu yazı Rafiq Tağının “Avropa və biz” məqaləsinin dərcindən bir ay əvvəl “525-ci qəzet”də dərc olunmuşdu»
    Və özünüz də heyrətə düşürsünüz.. Niyə məni yox, Rafiq Tağını yaxaladılar? Bunun çox sadə izahı var; ona görə ki, bu yazı « Sənət» qəzetində deyil, «BEŞ YÜZ İYIRMİ BEŞİNCİ» qəzetdə çap olunmuşdu.
    Səhv etmrəmsə, Rafiqin və Samirin çəza çəkdiləri vaxt bu məqalənin müəllii, yəni Qan Tural, İran İslam Respublikasının «Səhər» telekanalının «Kompas» verilişi ilə əlaqələri vardı və mən həmin telekanalda Sizin iki müsahibənizin şahidi olmuşam.
    Qərbədir, Sizin özünüzü də heyrətə salan bu məqalənin müəllifinə «Səhər» telekanalınnın maraq göstərməsinin səbəbi nə idi?
    Bunu Siz mənə izah etməsəniz də olar.
    Məni bu maraqlandırmır.
    Məni maraqldandıran, indinin özündə də həftə səkkiz mən doqquz Rafiq Tağının və Samir Sədaqətoğlunun «Kompas» verlişində tez- tez «anılmasıdır»
    Bu faktın özü bir daha sübut edir ki, Allah, Peyğəmbər təəssübi çəkən «Səhər» telekanalının Allaha və Peyğəmbərlə heç bir dəxli yoxdur, ortada oyun gedir və təəssüf ki, bu oyunda «Sənət» qəzeti kimi bir qəzet fəaliyyətini dayandırmalı oldu.

  10. Salam Rasət bəy. 525-ci qəzetdə çıxmışdı yazı, məlum olduğu kimi bu hakimiyyətin qəzetidir. Onu düz deyirsiniz. Lakin biz islamdan imtina etdiyimiz gwn bu yaz;ya 525-ci qəzetdə cavab yazılıb. Bu da link. http://www.525.az/new/2008/03/01/read=5452

    Amma məni bircə İran casusu olmamaqda qınamayıblar. Çox şükür ki, siz də onu elədiniz. Bəli, mən Səhər telekanalına müsahibə vermişəm. Lakin bunlar adətən mənim çox zəif bildiyim geopolitikayla bağlı olub. Misal üçün bir dəfə Türkiyədəki parlament seçkiləri haqqında danışmışam. Nə Rafiq Tağının nə Samir Sədaqətoğlunun əleyhinə bir zad deməmişəm. Mən o zaman Azadlıq qəzetinin yazarı idim və mənimlə bərabər ora Azərbaycanın bir çox məşhur jurnalistləri müsahibə verib. O biri müsahibəm isə Amerikanın İrana hücumu haqqında olub. Mən şəxsi görüşlərimi açıqlamışam və Amerikanın bu hücum cəhdini pisləmişəm. Dediklərimi yazıb çap elətdirə də bilərəm. Necə ki, eləyirəm.

    Mən türkəm. Bunu bir-iki talış və etnik təfəkkürlü adam Rafiq Tağını buraxıb Samir Sədaqətoğlu üçün ayrıca müdafiə komitəsi yaradanda daha yaxşı hiss eləmişəm. Siz isə MK-nin sədri idiniz.

    Sizin kimi Rəsul Rzanın yazdığı “Uğurlu yol”un qazı ilə 30 il ədəbiyyatda veyllənən adamın yazdıqlarını cavabsız qoya da bilərəm. Siz nə yazıçı ola bilmisiniz, nə şair. Bircə adam da tanımıram ki, sizin bir misra şeirini bilir. Almada yazdıqlarınızı da görmüşük. Lakin məsələnin mahiyyətini bilməyənlər üçün yazdım.

    Hamı kimin-kim olduğunu bilir. Sadəcə Rasətin canından “R.Rzanın ədəbiyyata sürütdəmə formasında gətirilən adam” cümləsinin ağrısı çıxmayıb.

  11. Qan, dostum,

    Siz əbəs yerə belə qızışmısınız.

    Siz mənim yazıdığımı bu dünyanı necə başa düşürsünüzsə, eləcə də başa düşmüsünüz. Nə az, nə çox.
    Mən Sizin yazıya münasibət bildirməmişəm, Sizin haranın cəsus olmağınız da mənim üçün maraqlı deyil, mən sadəcə Sizin bir cümələnizə münasibət bildirmişəm, o cümlə də bundan ibarətdir: «Bu yazı Rafiq Tağının “Avropa və biz” məqaləsinin dərcindən bir ay əvvəl “525-ci qəzet”də dərc olunmuşdu»
    Mən öz fikirlərimi bu qeyd üzərində qurmuşam. Və mənim dediklərimin Sizə yox, İran İslam Respublikasının «Səhər» telekanalına dəxli var.

    Sizdə, ümumiyyətlə, sözü başa düşməyin mexanizmləri necə qurulub?

    Qaldı mənim rəhbəri olduğum müdafiə komitəsinin işinə. Mən və mənim dostlarım, öz yaxın dostlarının müdafəsini Sizin kimin adamların dərrakəsi səviyyəində qurmur.
    Mən Rafiq Tağı kimi bir allah adamının allahıszalrdın müdafiəsini məhz bu şəkildə həyata keçirə bilərdim və həyata keçirdim də.

    Sən nə bilirsən Rafiq Tağı ilə Samir Sədaqətoğlunun müdafiəsi prosesində hansı hadisələr baş verirdi.

    Mən boynuma düşüən işin öhdəsində ləyaqətlə gəldim, gördüyüm işin bütün nəticələrindən razıyam.

    Qaldı sənin türklüyünə… Bunu mənim gözümə soxmaq lazım deyil. Mən dəfələrlə demişəm, mən etnik mənşəyimə görə türk, milli mənsubiyyətimə görə azərbaycanlıyam.
    Sənin türklüyün orta əsrlər türklüyüdür, mənim türklüyüm gələcək əsrlərin türklüyü.

    Qaldı Rəsul Rzaya. Bu mənim taleyimdir. Mən Rəsul Rzayla tanışiılığımın, onun mənim xeyrixahım olmasının xəcalətini heç vaxt çəkməmişəm və bu gün də çəkmirəm.

    Mənim bir şair bir yazıçı kimi heç nəyə nail olmamğım, məni həyəcanlandırmır. Mümkünsə bu səni də həyəcanladırmasın.
    Guya Azərbaycanda son əlli ildə baş tütan şair, yaxud yazıçı olub?

    Mənim Səndən və Sənin kimi düşünənlərdən bircə xahişim var; əvvəl yazılan mətni mənisəyin, sonra «edam» buyurun.

    Ayıbdı.

  12. http://www.fikrini.de/viewtopic.php?p=118976&highlight=#118976

    Dostum, Qan, ele bilirem, bu senin tovsiyendir

  13. Tural “Biz İslamdan imtina etmişdik…” deyəndə siz bəyəm İslamda idiniz? Yoxsa müsəlman idiniz?!

  14. Ramin, senin burnunu yene burada gorurem. A bala, get ishin mesgul ol da =)
    Sen axi ne qanirsan bu islamdan imtina etmek ne mena dasiyirdi?
    Sen axi ne qanirsan bu usaqlar neye gore bu aksiyani etmisdiler?
    Islamdan imtina aksiyasinda en axmaq adamlar bu suali verirdiler: ‘Beyem siz islamda idiniz?’

  15. Ey insana bənzər bir şey. Belə qorxaq olma. Gizli adla niyə yazırsan. Əgər doğrudan da adamsansa öz adınla yaz. Qorxma!
    Sənin mənə bu cür söz yazmağından belə məlum olur ki, səndə mədəniyyət deyilən şey əsla yoxdur. Əgər səni tanısaydım onda başqa məsələ… Adama tərbiyəsiz müraciəti sənə harada öyrədiblər ey məxluq? O ki, qaldı mənim burnuma, ay bədbəxt burada hamının şəhr yazmağa haqqı var, eləcə mənimdə. Mənim işim yazmaqdır. Mən nə etdiyimi çox yaxşı qanıram və “sizin uşaqları” da çox yaxşı tanıyıram. Bu aksiyada iştirak edənlər çox məntiqsiz bir iş gördülər. Müsəlman olmayan, alkaş, tərbiyəsiz və sairə küçə insanları İslamdan imtina etdilər. Normal və ağıllı insan bu işə mənqitlə yanaşsa, onda belə qərara gələr ki, bu aksiyanın heç yeri yox idi və bu aksiya ən axmaqların aksiyası idi. Vəssalam.

  16. Raminə cavab. Quranın Maidə surəsinin 33-cü ayəsində oxuyuruq: “Allaha və onun peyğəmbərinə qarşı müharibə edənlərin və yer üzündəki nizamı pozmağa cəhd edənlərin cəzası belə olmalıdır: onları ya (acımadan) öldürmək, ya asmaq, ya da əl və ayaqlarını çarpaz şəkildə kəsmək və yaxud da onları yaşadıqları yerdən sürgün etmək…” Babəkin əl və ayaqlarının çarpazlama şəkildə doğranaraq öldürülməsi birbaşa Quran hökmü olub!
    İkincisi, Səmərqənd türklərini ərəblər öz yaşadıqları torpaqlarından, yurd-yuvalarından qovarkən, ərəblər yenə yuxarıda verdiyim Quran ayəsindən çıxış edirdilər! Səmərqəndlilərin Xilafət mərkəzinə yazdığı şikayət məktubu qalıb tarixdə. Xəbərin var, ay ərəb qırığı?!
    Üçüncüsü, tarixdə ilk dəfə terror Hasan Sabbahın başçılığı altında islam təriqəti Xaşxaşilər tərəfindən icra edilirdi! Terroru qərblilər yaradıblar deyərkən, sən çox böyük səhv edib, başından yekə danışırsan!
    Dördüncüsü, Nəsiminin dərisinin soyulub-soyulmamasından belə şübhələnə bilirsənsə, peyğəmbərinizin göyə uçmağından, Ayı barmağı ilə parçalamağından niyə şübhələnmirsən?
    Beşincisi, “Hər kəs öz işi ilə məşğul olmalıdır, Tural ilahiyyyatçı deyil”, deyirsənsə, mən ilahiyyat mütəxəssisiyəm. İndi sözün nədi?

  17. Ramin, ciddi movzularda sherh yazma. Get Qesemin zadin seirlerinde yaz. OKEYMI?

  18. Suleyman Seferov – a cavab:
    Əhsən sənə ay başından balaca danışan ilahiyyat mütəxəssisi! Ümumiyyətlə sənin məqsədin nədir de bilək! Yoxsa sonra biyabırçılıq olar haaa…

  19. S.s.s…. sən canı düz deyirsən, yoxsa zarafat edirsən. Mən ölüm…

  20. Mən Gerçeğe Doğru jurnalında oxumuşam ki, ilk kosmonavt Məhəmməd Peyğəmbərdir. Müəllif Mirac haqqındakı hədislərə istinad edirdi.

  21. Men de qilinc muselman anlayisini Novarqin yazdigi kimi bilirem ve buna inaniram. ama bunun kutlevi wekilde olduguna yox.
    Ama bir weyi qeyd etmek istiyirem. Bir hocam deyirdi avropaliya dedem bele, deden ele deyende, yaxud daha deqiq, menim dedem cengelle yeyende sen cengel nedi qanmirdin soyleyende avropali “dedenle dedemi deyince ozumle ozunu de” deyer, deyirdi. BUrda da tarixi qurdalamaqdansa, bugunumuzu desek pis olmaz mence. Xocalini unutmuwuq deyesen. men bilen ermeniler muselman deyil axi. Bes sizce?

  22. Cilqin adli istifadeci duz buyurur, Yoxsa 1-ci , 2-cidunya muharibesinide muselmanlar bashlayib,Xerasima, Naqasaqide muselmanlarin ishidir.Kopernikide muselmanlar yandirib,Belke Belarusiyada Xatun kendindede adamlari diri-diri muselmanlar yandirib.
    Danishdiqlarinz hamisi cefengiyyatdir.Dunyada ne bash veibse insanin nefsi sebeb olur.Burda dinin hec bir gunahi yoxdur.Butun gunahlar insanliqdadir.

  23. Qan Turali, ele haya kuye salib yazmisan.Hele qeydi de gupbuldatmisan ki,baxxin men Rafiqden daha qabaqdayam! bilmirem senin onun qabagindasan ya yox,amma mene bir qulaq ver…

    Islam da soz azadligi da var fikir azadligi da! Cunki Quranda defelerle “dusunen topluluq ucun ayetler var” kimisinden cagirislar var.Ayrica islamda hec bir zaman fikirlesdiyi ucun bir insana ceza verilmeyib.Cunku verilen cezalar ve mudaxileler ancaq feli-emele kecerse o zaman nese mudaxile olub,olur.Eksini subut ucun bir yerivi terlede bilersen…Yeni bu ayerler de gosterir ki,islam fikirlesmeyi meslehet bilir.
    Soz azadligi ise…bu haqda men cahil muselman kimi onu deyim ki..”Susmaq daha meslehetlidir veya allaha havale edin ” kimisinden hedisler onu gosterir ki Islam soz azadligina mudaxile etmir.Amma deyir ki,her dediyinle o biri terefde hesab vereceksen…Bu dunyada ozun bilersen…

    Umumiyyetle islam insanlarin elediklerine cox qarismir!Gunahlarina bele! Yeter ki o gunahlar emeller 3-cu sexslere eziyyet,ziyan vermesin…

    Xelife!!!A kisi sen bu qeder kutbeyin olmamalisan axi! Xelifeni muselmanlar secib???Xelifeliyin atadan ogula kecdiyini bile bile utanmadan qizarmadan nece iddia edirsen ki onlar islami,dini,muselmanlari temsil edib!!!

  24. Qan əfəndi,sənin türk-türk deyib “bir-iki talış”dan danışmağınla işim yox! hər halda bu baxımdan yekəbaşlığın bilinir.işim onunladı ki,məqaləndə taleriantlıqdan danışan “türk oğlu” bəs özü niyə müxalif fikirlərə dözümlü deyil? və bir sual da:talışların sayını hansı mənbədən əldə etmisən?

  25. Islam haqqında fikir yürüdüldükdə çox zaman bəzi məslələrə diqqət yetirilmir. Babəkin qolarını kəsən, Nəsiminin dərisini soyanların kimliyi haqqında araşdırma aparmaq lazımdır? Onalrın necə hakimiyyətə gəlməsi, kimlərə divan tutması və s. yenidən nəzərdən keçirilməldir. O şəxslərin ucubatından İslam və əsil İslam simalarının özü də az əziyyət çəkməyib.
    İslam qılıncdan istifadəe dib. Amma hər qılınc tutarlı olmur. Əgər hz. Məhəmmədin (s) dinin, ideologiyasının dərinliyi, məntiqliyi, aliliyi olmasaydı, günümüzdə milyonlarla insan bu dinə tapınmazdı.
    Maidə surəsində buyurulur: “Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.” Allahla vuruşanalrın, yer üzündə fitnə-fasad törədənlərin Nəsimi, Babəklə nə əlaqəsi var? Onlar yer üzündə fitnə-fəsadmı törədirdilər? Onlar əsl islahatçılar , mütərəqqi düşüncəli şəxsiyyətlər olmayıbmı? (Əlbəttə Babəkin şəxsiyyəti haqqında tarixdə yekdil rəy yoxdur. Mən isə onun haqqında müsbət düşünürəm.) Əgər belə olubsa, İslam dininin onlarla nə işi. Lütfən, əməvi və abbasi xəlifələrinin törətdikləri cinayətləri İslam dininin adına yazmayın.

Şərh yazın