Çox sınmayan qozlar gördüm,
içini qurdlar yedi.
***
Ehtiyat igidin yaraşığıdır.
Ona görə igidlərimiz
bu qədər yaraşıqlıdır
***
Etdiyi yaxşılığa
o qədər minnət qoydu,
minnətdarlıq etməyə
yer qalmadı
***
O, yumurta kimidir.
Qabığının altında
yup-yumşaq ürəyi var
***
Allahın istefa vaxtı
çoxdaaan çatıb.
***
Hamıyla yola gedənin
öz yolu da varmı görəsən?
***
Uşaqlar sındıra bilmədiklərini sevmirlər.
Elə böyüklər də…
***
Sevgi min dildə min cürdür.
Sevginin dili bir cürdür.
***
Şəhər
süni işıqlarıyla
elə parlayırdı ki,
ulduzlar küsüb
geri çəkildilər
***
Acıq duyğusundan
acığım gəlir…
***
Zaman…
həbs olunur fotolarda
***
Səhra məmləkətimdə
azadlıq ilğımı…
***
Kədərin üzünə gülümsədim
Qondu üzümə
***
Liftin güzgüsündə
qoca və yorğun görünən qadın
duzsuz bir komplimentə
gülümsədi
***
Ey Od!
Pambıq olum,
ya su?
***
Mənə qarışqa gücü arzula
Qarışqa əməyi deyil
***
Bu adam ilan kimi
başdan-ayağa quyruqdu
***
Əgər bircə damcı su
Qarışqanı boğursa,
Okeandır ki var.
***
Bu çiçəklər bu an
o qədər gözəldi ki,
istəməzdim üç gün sonra
bir də görüm onları
***
Hamıya xəbərləyəcəm
sənin nə qədər
yaxşı adam olduğunu
***
İnsanlar bu qədər fərqliykən
skeletlər nədən bu qədər
bir-birinə bənzərlər?
***
Buludların üstündə yatmaq
Göy qurşağının altından keçmək
Uçan quşlara qoşulmaq
Daha nələr və nələr…
Nakam uşaqlıq arzularım
Göylərdə gözüm qaldı
***
Təkcə qanad arzulamıram ki.
(Milçəyin də qanadları var)
***
Bu kəndin qadınları
ərlərini rus puluna
dəyişirlər hələ də
***
Noolar iltifat edin
Bu üzü yanıq qızı görməyin…
***
Gör ha!
Bostandakı müqəvvalar da
qadın yox, kişi paltarında olur.
Kişi zəhmi
burada da yarayırmış




Bölmə: 










Sima N. adlı istifadəçi, Fevral 26, 2008 tarixində, saat 23:52 yazıb:
gözəl şeir, müdrik aforizmlərdir bu misralar. Mənə yapon hokkularını xatırlatdı. Əhsən!
e110365 adlı istifadəçi, Fevral 27, 2008 tarixində, saat 18:42 yazıb:
Bir neçəsi xaric, maraqlıydı.
Uğurlar!
Yazar adlı istifadəçi, Fevral 27, 2008 tarixində, saat 18:48 yazıb:
“Allahın istefa vaxtı
çoxdaaan çatıb.” (?!) da artıq korlamısınız…
Amma bəziləri pis deyildi.
Rebiqe adlı istifadəçi, Fevral 27, 2008 tarixində, saat 19:35 yazıb:
Maraqlıdı, amma fərqli deyildi ee… Üstəlik, bəzi fikirlər artıq deyilmişdi.
Hər halda, uğurlar!
Qismət adlı istifadəçi, Fevral 28, 2008 tarixində, saat 00:14 yazıb:
çox maraqlıydı.
Allahın istefa vaxtı çoxdan çatıb daha maraqlıydı.Təbriklər.
ehtiram adlı istifadəçi, Fevral 29, 2008 tarixində, saat 12:45 yazıb:
bunlar sheirdirse men shairem.
Ilahə Ucaruh adlı istifadəçi, Fevral 29, 2008 tarixində, saat 20:43 yazıb:
Bir hekayə ilə deyilə biləcək fikir bir-iki misra ilə deyilir Alovda. Asif Ata demiş, “söz azlığı, fikir çoxluğu” . Önəmli olan budur, məncə.
Uğurlar!
Anar adlı istifadəçi, Mart 1, 2008 tarixində, saat 01:34 yazıb:
heleki yeniyem ama haqqinda esiddiyim en gozel sayitlardan biridi bura