Güneydə daha bir yazıçı həbs olundu
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Şubat, 2008İran hüquq-mühafizə orqanları 21 fevral – Beynəlxalq Ana dili günü ilə bağlı tədbirlərdə iştirakda ittiham olunan yazıçı-publisist Rza Dağıstanini həbs edib. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən R.Dağıstani Urmiyada yaşadığı evdə saxlanılaraq İran təhlükəsizlik qüvvələrinə məxsus təcridxanaya aparılıb. İndiyədək onun ailə üzvləri ilə əlaqə saxlamasına icazə verilməyib. Məhkəmə qərarı olmadan saxlanılan R. Dağıstaninin evindən, ona məxsus kompüter, mobil telefon, fotoaparat, çoxlu sayda CD və video-kasetlər götürülüb. Bununla yanaşı, Urmiya Aşıq Birliyinin üzvü Əsgər Saiddə də İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.//APA





Yüklənir...