Qaynar xəbər portalı

Kitab dünyası


Onlar haqqında hər şey


Bölmə Bölmə: Köşələr | Göndər Göndər | Çap et Çap et | 406 oxunma

Elnur Astanbəyli

molodoy25@box.az

İstirahət günü kiminsə qanını qaraltmaq insafdan deyil. Amma nə etməli, əlimizin altında iki-üç qəzet var, onlar da ya zəlzələdən, ya vəlvələdən bazar günləri çıxır. Həm də təcrübə göstərir ki, istirahət günlərində mədəni mühitdə sanitariya işləri aparmaq daha məqsədəuyğundur. Çünki həftə ərzində başarılı olmaq istirahət gününün ovqatından çox asılıdır. Ona görə də məhz həftəsonu yalançı istedadların, saxta intellektualların, bir sözlə, riyakar və yaltaq ziyalıların qanını qaraltmaqda böyük fayda var.
Getdik ee!  

Fikrət Qocanı unutma!

Qurdalasan, Azərbaycanın yaradıcı gəncliyinə hətta Anardan, Elçindən də çox nifrət edir. Yeniçiliyi görməyə gözü yoxdur. Müsahibələrində gənc yazarlara qarşı patoloji nifrətini ən təhqiramiz üslubda ifadə etməyi sevir. Onun iç üzünü Əkrəm Əylisli «Əylisdən Əylisəcən» kitabında dəqiq göstərib. Həmin kitabı oxuyun və bu adamın vaxtilə hətta öz yaşıdlarına qarşı nə qədər xıltlı və paxıl olduğuna, şairlik istedadının saxtalığına əmin olun.
Bəli, bu gün Fikrət Qocadan danışacağıq. O, AYB-nin «boz kardinal»ıdır. Anarın Yazıçılar Birliyinin timsalında ədəbiyyatı bazara, talkuçkaya çevirməsində bütün «qara işi» o görür - o, yəni Fikrət Qoca! Hələ gənc yazarlarla AYB arasında müharibənin yeni alovlandığı vaxtlarda Fikrət müəllim bir müsahibə verib bizi «həyasız» adlandırmışdı. Bu o vaxt idi ki, onun özü həm AYB-də katib, həm də «Qobustan» jurnalında baş redaktor idi, qızını birliyin kitabxanasına müdir təyin etdirmişdi, oğlu isə prezident təqaüdü alırdı. Və təsəvvür edirsinizmi, belə bir adam bizə - Elçinin dili ilə desək, «lümpen ədəbi gəncliyə» rahatca «həyasız» deyirdi. Doğrudan da, insan vicdan hissini itirəndə hər şey danışa bilər.
Əgər «altmışıncılar» nəslinin nəsrdə ən istedadsız nümayəndəsi Elçin Əfəndiyevdirsə, poeziyada Fikrət Qocadır. Onun poeziyasının əsl-siması «Yaşa, prezidentim, yaşa» şeiridir. Buna baxmayaraq, son yubileyində yayın cırhacırında da qalstukunu açmayan gənc və perspektivli müxalifət lideri Əli Kərimli Fikrət Qocanı təbrik etdi, yaradıcılığına, deməli, həm də «Yaşa, prezidentim, yaşa» şeirinə yüksək qiymət verdi. Hələ bundan sonra hakimiyyətə də gəlmək istəyir. Xalqı bu qədər qoyun yerinə qoymaq olmaz. Bir «nə isə» deyib qayıdaq Fikrət Qocaya, yaşlı adamdır, çox intizarda saxlamayaq. Onun oğlu Yalçın Qocanın ciddi ədəbiyyata heç bir dəxli olmadığı halda, adı təqaüd, mənzil siyahılarından düşmür. Niyə? Aydın məsələdir. Fikrət müəllim də Anar kimi oğlunun AYB-nin imtiyazlarından geninə-boluna yararlanması üçün əlindən gələni edir. AYB bu gün Anarın və Fikrət Qocanın ailəvi dolanışıq yeridir.
Fikrət Qoca gənc yazarları yeri gəldi-gəlmədi, əxlaqsız, tərbiyəsiz şeirlər yazmaqda ittiham edir. Onun son şeirlərindən birində isə belə misralar var:

Nə vaxt arvadı istədim,
Gördüm ki, namaz üstədi.

Qoy oxucu özü hər şeyə qiymət versin. Mənsə dostlardan AYB-dən danışarkən Fikrət Qocanı unutmamağa çağırıram. Çünki o, ən azı Anar qədər təhlükəlidir.

Səlim Babullaoğlunun pozası

Ötən bazar ertəsi ATV-nin gic-gic müğənniləri bir-birinin üstünə qısqırtmaqla ad çıxarmış «El içində» verilişinin qonaqları… azad yazarlarla AYB təmayüllü cızmaqaraçılar idi. Oxucuya bu verilişlə bağlı bir maraqlı faktı anladım. Veriliş iki dəfə çəkilib. Birinci çəkiliş efirə getmədi. Çünki köhnə ədəbi qvardiya çəkilişdən məğlub çıxmışdı. Bunu eşidən Anar dərhal «yuxarılar»a qarmaq atıb, onun efirə getməməsini xahiş edib. ATV də «texniki nasazlıq» bəhanəsi ilə Anarın xahişini yerə salmayıb. Beləcə, ikinci çəkiliş təyin olundu. Etiraf etmək lazımdı - ikinci çəkilişə qatılmaq əsasını AYO-çuların təşkil etdiyi azad yazarların özünə hörmətsizliyi idi. Yenə bir «nə isə» deyib verilişin üzərinə qayıdaq.
Yəqin ona baxanlar AYB şairlərindən biri, Anarın ədəbi gəncliyin ağzına daş kimi basdığı Səlim Babullaoğlunun qalstuk-pencəkdə,  ayağını ayağının üstünə aşırıb necə oturduğunu gördü. Səlimin pozasını görənlər elə bilərdi ki, zalım «Buker»i alıb, «Nobel» də bu-gün sabahlıqdı. Amma onun ədəbi istedadı hamıya məlumdu. Üstəlik, Səlimin ədəbiyyatımızın canlı klassiki Murad Köhnəqalanı şeirin formasını bilməməkdə günahlandırması özünü biabır etməkdən başqa bir şey deyildi. Guya Səlim şeirin nə olduğunu bilir, qalıb onun forması. Fikrət Qoca haqqında yazdığım Babullaoğlu haqqında da keçərlidir - insan vicdan hissini itirəndə hər şey danışa bilər. Ən komiki özünü intellektual göstərməyi çox sevən Səlimin Pazolininin filmlərini parnoqrafiyaya aid etməsi idi. A qardaş, Pazolinin filmlərində çılpaq qəhrəmanlar, vulqar ifadələr var, bu isə parnoqrafiya demək deyil.
Veriliş boyu AYB-dən gələnlərin öncədən Anarın otağında yaxşıca təlimatlandırıldığı açıq görünürdü. Bir məqamda hardansa (çox güman ki, naxır dalından) tutub gətirilən birlik üzvü həmişə eyni adamların təbliğ edilməsindən gileyləndi. Onun xalq şair və yazıçılarını nəzərdə tutduğu aydın idi. Aparıcı ondan israrla ad çəkməsini istədi. Başqa AYB-çi Şaiq Vəli yanında əyləşən Anardaşının «quş» buraxacağından qorxub, «ad çəkmə» dedi. Hər şey aydın idi. Başqa bir məqamda veriliş başlayandan azad yazarları əxlaqsız şeirlər yazmaqda ittiham edən AYB-çilərdən biri, ədəbi cameədə hansı din-məzhəb sahibi olması barədə əfsanələr dolaşan Qəşəm Nəcəfzadə qəfildən özünü yandırıb, «mən də pornoşeirlər yazmışam» dedi. Həmən yanında əyləşən Səlim yavaşca Qəşəmin qolundan dartıb «onu demə» pıçıldadı və bu, aydın eşidildi. Şərh artıqdır.
Qəşəmin adı gəlmişkən. O, verilişdə özündənrazı şəkildə öz şeirləri ilə (guya da!) Azərbaycan ədəbiyyatını dünyada layiqincə təmsil etməyə qadir olmasından, hətta bu il dörd beynəlxalq poeziya festivalına dəvət almasından bəlağətlə danışdı. Qəşəm Nəcəfzadənin indiyədək 20-yə yaxın kitabı çıxıb, amma bir misrasını cəhənnəm, bu kitablardan birinin də adını özündən başqa heç kim bilmir. Rəqsanə Azərbaycan musiqisini dünyada necə təmsil edə bilərsə, Qəşəm Nəcəfzadə də Azərbaycan ədəbiyyatını dünyada o qədər təmsil edə bilər. Nə artıq, nə əskik. 






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (4 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə axşamı, Fevral 26th, 2008 tarixində 20:17 radələrində Köşələr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

7 şərh var


  1. raschad adlı istifadəçi, Mart 2, 2008 tarixində, saat 15:35 yazıb:

    supper eli hemischeki kimi duz onurgadan!
    coox teessuf ki verlische axira qeder baxa bilmedin ischimle elaqedar ama mence AYO cular efire cixmasa idiler daha yaxschi olardi??
    senin ne vaxt kitabini oxuyub tenqid edeceyik?ne vaxt chixir kitabin?
    ischlerinde ugurlar….


  2. ehtiram adlı istifadəçi, Mart 3, 2008 tarixində, saat 23:46 yazıb:

    elchini istedadsizliqda ittiham etmek guluncdur.elchin istedadsizdirsa istedadli kimdir?


  3. Qan T. adlı istifadəçi, Mart 4, 2008 tarixində, saat 01:39 yazıb:

    Elçinə istedadsız demək gülüncdür. O müəyyən yazı vərdişləri olan adamdır, vəssalam.

    Halaldı Elnur. Mən həmişə səninləyəm.


  4. qedir qizilses adlı istifadəçi, Mart 5, 2008 tarixində, saat 19:00 yazıb:

    ushaqlar ozunuzu bele tentene ile teriflemeyin. dogrudan ela sheyler yazanda soz tapib deye bilmeyeceksiniz


  5. ikra adlı istifadəçi, Mart 6, 2008 tarixində, saat 22:16 yazıb:

    Bu adamin agzini yuman tapilacaq ya yox


  6. scorpion adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 01:56 yazıb:

    Qara molla məzuniyyətdədi…qayıtsın yumacaq…


  7. ikra adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 13:29 yazıb:

    Qara molla niye? Olkemizde o qeder qeyretli oglan var

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: