“Nəsimi” mükafatının başa çatmasına 90 gün qaldı

Yazar: Admin | Bölmə: Müsabiqə | Tarix: 27 Şubat, 2008

“Nəsimi” Mükafatı… seçim turu isə martın 14-də yekunlaşır

KultAz: Fevralın 2-dən start götürən I “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsi davam edir. Xəbər verildiyi kimi, müsabiqənin birinci mərhələsi gənc istedadların üzə çıxarılması və təbliği məqsədi daşıyır. Şeir və hekayə nominasiyaları üzrə keçirilən müsabiqəyə geridə qalan 25 gün ərzində14 müəllifin 40-dan artıq mətni daxil olub. İştirakçılar arasında həm Azərbaycanın mərkəzdən uzaq rayonlarından, həm də Güney Azərbaycandan müəlliflərin olması artıq indidən qarşıya qoyulan əsas məqsədlərdən birinə nail olunduğunu göstərir. Seçim turu isə hələ martın 14-nə qədər davam edəcək. Müsabiqəyə bir bu qədər də gənc müəllifin qatılacağı güman olunur. Təşkilatçıların fikrincə, Azərbaycanda belə bir müsabiqənin ilk dəfə keçirildiyini nəzərə alsaq, prosesin gedişini uğurlu saymaq olar: “Çünki Azərbaycan müəlliflərində nəinki ciddi müsabiqə mədəniyyəti, ümumiyyətlə, bu kimi rəqabət mühitinə alışqanlıq hələ formalaşmayıb. Ona görə də özündə güc və güvən tapan, heç bir kompleksə qapılmadan müsabiqəyə qatılmağa qərar verən hər bir gənci alqışlamaq lazımdır.”
Bir daha xatırladaq ki, müsabiqə kultaz.com- Mədəniyyət Portalı və lit.az- Ədəbiyyat Portalının birgə təşkilatçılığı ilə keçirilir.
Müsabiqə və şərtləri haqqında əlavə məlumatları aşağıdakı internet səhifələrindən əldə etmək olar:

- www.musabiqe.lit.az
- www.musabiqe.kultaz.com

Müsabiqənin birinci mərhələsi- 28 may 2008-ci il tarixində- qaliblərin təntənəli elan olunması və mükafatlandırılması ilə başa çatır.

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

10 Şərh var
Şərh yazın »

  1. Her kese ugurlar!

  2. Sualım belə pis çıxmasın e, istər-istəməz, düşünürəm, qaliblər nə qazanacaq? Təbii, pul mükafatını nəzərdə tutmuram, bu məlum. Amma diplom verdiz, sonra nə olacaq bu uşaqlar?

  3. Rəbiş, müsabiqənin şərtlərini diqqətlə oxumaq lazımdır :) ))

    Sitat:

    “Qaliblərə “Nəsimi” mükafatı və diplom təqdim edilir. Hər iki nominasiyada I yerin sahibləri (2 nəfər) üçün təşkilatçılar tərəfindən şəxsi sayt yaradılır. Müsabiqə bitdikdən sonra da təşkilatçılar I yerin sahiblərinin daimi tanıtımı ilə məşğul olur, onların ədəbi agenti qismində çıxış edir. Bundan əlavə, bütün yerlər üzrə qaliblər (6 nəfər) təşkilatçıların idarə etdiyi hər iki portalda daimi müəlliflik hüququnu qazanır. II tura adlamış 20 əsərin hamısı kitab şəklində nəşr olunur.”

    Təbii ki, sürprizlər də olacaq. Amma çox şey söz verib, yarısını edə bilməməkdənsə, az söz verib, çox şey eləmək daha yaxşıdır.

    Hələ bele hesab edin ki, sitat kimi verdiyimi edəcəyik qaliblər üçün- bu günkü imkanlarımız daxilində edə biləcəklərimiz budur. Gələcəkdə daha böyük imkanlar ola bilər- amma əsas həfədəf, öncə də qeyd etdiyimiz kimi, proses yaratmaqdır, diqqəti gənc istedadların üzərinə cəlb etməkdir. Məsələn, qaliblərin “ədəbi agenti olcağıq” nə deməkdir? O deməkdir ki, təkcə virtual məkanda deyil, yazılı KİV-də də qalibin reklamını, tanıtımını öz üzərimizə götürür, onu tənqidin menyüsünə təqdim edir və s ishlər görürük.
    İkinci məqam: bu gün kimə sual versən ki, Azərbaycanın 5 ən gənc istedadlı şairin və ya hekayə yazarının adını çək- gözlərini döyəcək. (Zahir, Aqşin nə bilim başqaları- artıq qocaldılar- onlar daha gənc deyil). Amma bu müsabiqə artıq həmin adları bəlli edəcək- kimin qalib gəlməsindən asılı olmayaraq…
    Sadəcə, prosesi azacıq da olsa təsəvvürü eləsək- görərik ki, çox şeylər olacaq. İndidən hər şeyi açıqlamayaq :) )))

  4. Təşəkkürlər. Və uğurlar hamımıza!

  5. Bahooo! Musabiqenin blogunda artıq iştirakçılar 19 nəfər göstərilir. İki gündə daha 5 nəfər! Deməli qızışır uje!

  6. musabiqə2008@gmail.com deye poct unvani yoxdur axi. musabiqe2008@gmail.com var :)

  7. oxucu, bu adi istismar eleme))

  8. Ne yerde qaldi, munsifler oxuyub basha dushmekde chetinlik chekmirler ki, bizim genc istedadlari…?

  9. Ne yerde qaldi, bir netice varmi…?

  10. Mwsabiqə tam qaydasında davam edir. Artıq münsiflər ilkin seçimlərini də ediblər. Amma hələlik biz heç bir ad açıqlaya bilmərik. Əgər final mərhələsinə kimlərin adlayıb-adlamadığını açıqlasaq, onda münsiflərə də bu adlar bəlli olacaq. İndilik onlar yalnız “rəqəmlərlə” işləyirlər. Çünki qaydalara uyğun olaraq, iştirakçıların adları kodlaşdırılıb.

Şərh yazın